"Sabah" 10 oyundur "Neftçi"yə uduzmur

"Sabah" 10 oyundur "Neftçi"yə uduzmurMisli Premyer Liqasında çempionluğu rəsmiləşdirən "Sabah" 32-ci turda avrokuboklara vəsiqə uğrunda mübarizə aparan "Neftçi"ni qəbul edəcək.

"Qafqazinfo" xəbər verir ki, mayın 17-də bu komandaların ifasında yubiley paytaxt derbisi reallaşacaq.

Çünki "Sabah"la "Neftçi" buna qədər çempionatda 29 dəfə qarşılaşıblar. Düzdür, ümumi statistikada "Neftçi" rəqibini üstələyir - 13 qələbə, 9 məğlubiyyət, 7 bərabərlik. Hətta top fərqində də "ağ-qaralar" öndədirlər - 34:24. Lakin son vaxtlar "Sabah" "Neftçi" önündə aşkar favoritə çevrilib. Təsadüfi deyil ki, axır 10 oyunda "bayquşlar" bu rəqibinə uduzmayıb. Həmin qarşılaşmaların 5-də qələbə qazanan "Sabah" eyni sayda da heç-heçəylə yadda qalıb.

Digər diqqətçəkən məqam "Neftçi"nin 4 ildir "Sabah"ı səfərdə məğlub edə bilməməsidir. "Ağ-qaralar" axırıncı dəfə 2022-ci ilin fevralında səfərdən 3 xalla dönməyi bacarıb. "Sabah"ın meydanında baş tutan son 7 matçın yalnız 3-də "Neftçi" 1 xalla öyünə bilib.

Qeyd edək ki, mayın 17-də "Bank Respublika Arena"da keçiriləcək "Sabah" - "Neftçi" oyunu saat 18:00-da başlayacaq.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 612   Tarix: 15 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ançelotti Neymarın Braziliya millisinə qayıtmaq şansından DANIŞDI

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Neymarın milliyə qayıtmaq planının olmadığını bildirib. xarici mediaya istinadən bildirir ki, italiyalı məşqçinin sözlərinə görə, Braziliya indi 2030-cu il Dünya çempionatında komandanı təmsil edə biləcək yeni nəsil oyunçuların yetişdirilməsinə diqqə

15 sentyabr
.

"Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək

"Sabah" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsindəki ilk oyununu bu gün keçirəcək. Qaynarinfo-nun məlumatına görə, Valdas Dambrauskasın baş məşqçi olduğu kollektiv İngiltərədə "Mançester Yunayted"lə üz-üzə gələcək. "Old Trafford" stadionundakı qarşılaşma Bak

10 sentyabr
.

"Liverpul" Braziliya millisinin hücumçusu Rayanı transfer edə bilər

İngiltərənin "Liverpul" klubu "Bornmut"un və Braziliya millisinin hücumçusu Rayanı rekord məbləğə transfer edə bilər. "Report" "TeamTalk"a istinadən xəbər verir ki, bu transferdə "Liverpul"un baş məşqçisi Andoni İraola təkid edir. 2023-2026-cı illərd

14 sentyabr
.

Çempionlar Liqası: "Qalatasaray" "Sportinq'ə məğlub oldu

UEFA Çempionlar Liqasında əsas mərhələnin I turunun növbəti matçları keçirilib. Qaynarinfo-nun məlumatına görə, ikinci oyun günündə daha 6 qarşılaşma baş tutub. Türkiyə təmsilçilərindən "Qalatasaray" Portuqaliyada "Sportinq"in qonağı olub. Günün maraqla gözlənilən görüşlərindən bir

10 sentyabr
.

Frenki de Yonq qışda "Barselona"dan ayrıla bilər

Niderland millisinin futbolçusu Frenki de Yonq qış transfer dönəmində İspaniyanın "Barselona" klubundan ayrıla bilər. xəbər verir ki, bu barədə "De Telegraaf" nəşri məlumat yayıb. Kataloniya təmsilçisinin rəhbərliyi 29 yaşlı yarımmüdafiəçinin satışından 50 milyon avro sabit məblə

10 sentyabr
.

Naxçıvanda ilk Minifutbol Kuboku başa çatıb

Naxçıvan Muxtar Respublikasında ilk dəfə təşkil olunan Minifutbol Kuboku üzrə iki aya yaxın davam edən mübarizəyə yekun vurulub. Final qarşılaşmasında "Cahan MFK"nı 6:5 hesabı ilə məğlub edən "Prestij MFK" turnirin ilk qalibi adını qazanıb. Sentyabrın 15-də Uzunoba Təlim-Məşq Bazasınd

16 sentyabr
.

"Sabah"ın 21 yaşlı qapıçısından möhtəşəm seyvlər - Video

"Sabah"ın 21 yaşlı qapıçısı Rəvan Mirzəmmədov çıxışı ilə diqqət çəkir. "Qafqazinfo" xəbər verir ki, o, ötən gün "Şəfa"ya 3:0 hesabı ilə qalib gəldikləri matçda etdiyi seyvlərlə diqqət mərkəzinə düşüb. R.Mirzəmmədov Masazır təmsilçisinin heyətində bu mövsüm 2 oyunda meydan

15 sentyabr
.

Nəriman niyə bu dəfə milliyə dəvət edilmədi?

Türkiyə superliqa təmsilçisi "Erzurumspor"un hücumçusu Nəriman Axundzadə Azərbaycan millisinin heyətindən kənarda qalıb. -a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu bu gün milli komandanın Tacikistanla yoxlama, Litva və Lixtenşteynlə UEFA Millətlər Liqasının oyunları üçün açıqlanan 30 nəfərli

18 sentyabr
.

Avropa Liqasında ilk turun oyunları başa çatdı

UEFA Avropa Liqasında əsas mərhələnin ilk turunun oyunları başa çatıb. İlk turda 9 qarşılaşma keçirilib. xarici mediaya istinadla xəbər verir ki, gecənin diqqətçəkən oyunlarından birində Türkiyənin "Beşiktaş" komandası İstanbulda Fransa təmsilçisi "Marsel"i qəbul edib. İstanbul təmsilçis

18 sentyabr