Türk dövlətləri arasında nəqliyyat əlaqələri uzunmüddətli perspektivlərə malikdir

Türk dövlətləri arasında nəqliyyat əlaqələri uzunmüddətli perspektivlərə malikdirAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edir. Zirvə görüşündə TDT üzvləri arasında qarşılıqlı münasibətlərin zəngin və uzunmüddətli imkanlara malik olduğu vurğulanıb. Prezident İlham Əliyev Zirvə görüşündə çıxış edərək nəqliyyat əlaqələrinin, xüsusilə Orta dəhlizin, Zəngəzur dəhlizinin TDT üzvləri arasında əlaqələrin inkişafında xüsusi önəm kəsb etdiyini bildirib.
Dünyada sülh və sabitlik adası kimi qəbul edilən Azərbaycan Respublikası qlobal məkanda cərəyan edən proseslərdə aktivliyini qoruyaraq, bütün mümkün istiqamətlərdə dünyaya sürətlə inteqrasiya etməkdədir. "Bizim başqa ailəmiz yoxdur, ailəmiz Türk dünyasıdır" deyən Azərbaycan Prezidentinin həyata keçirdiyi xarici siyasətdə Türk dünyası, Türk Dövlətləri Təşkilatı üzvləri xüsusi yer tutur. Məhz, bunun nəticəsidir ki, son illər Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərdə böyük canlanma müşahidə olunur. Prezident İlham Əliyevin Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə mütəmadi səfərləri və eləcə də həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri Türk dünyası üzvləri ilə əlaqələrin genişlənməsini və strateji xarakter almasını şərtləndirir. Qazaxıstanda keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Prezident İlham Əliyev tərəfindən səsləndirildiyi kimi: "Son 5 ildə bu, mənim Qazaxıstana səkkizinci səfərimdir. Prezident Tokayev isə Azərbaycana altı dəfə səfər etmişdir." Dövlət başçılarının dostluq münasibətləri, qarşılıqlı səfərlər ölkələr arasında uzunmüddətli siyasi-iqtisadi əlaqələrin formalaşması və inkişafına xüsusi təkan verir.
Bütün bunları imzalanmış sənədlər də sübut edir. Azərbaycanın Türkiyə ilə imzaladığı Şuşa Bəyannaməsi, Qırğızıstanla imzaladığı "Strateji Tərəfdaşlıq haqqında Bəyannamə", Özbəkistanla imzaladığı "Strateji tərəfdaşlığın dərinləşməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi barədə Bəyannamə", "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında hərtərəfli strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair 2023-2024-cü illər üzrə Yol Xəritəsi" və Qazaxıstanla imzalanan "Strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında Bəyannamə" yuxarıda qeyd edilənlərin bariz nümunəsidir.
Türk dövlətləri arasında enerji, nəqliyyat, kənd təsərrüfatı və turizm kimi sektorlarda iqtisadi inteqrasiya üçün imkanlar genişdir. Azərbaycanın Avropa və Asiya arasında tranzit dəhlizi kimi strateji mövqeyi Asiya ölkələrinin də ticarət yollarını diversifikasiya etmək və regional əlaqəni artırmaq səyləri TDT arasında nəqliyyat əlaqələrini daha da önə çıxarır. Uzun illər öncədən başlayaraq ardıcıl şəkildə reallaşdırılan layihə və proqramların, həyata keçirilən düzgün daxili və xarici siyasətin real nəticəsi kimi Azərbaycanın Zəngəzur dəhlizinin açılması kontekstində həyata keçirdiyi siyasət və strateji infrastruktur-quruculuq işləri Mərkəzi Asiya ölkələrinin Avropaya çıxışı üçün ən cəlbedici imkana çevrilir.
Qazaxıstanda keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə "Reallaşmaqda olan Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcəkdir" söyləyən Prezident İlham Əliyev cari reallıqların, mövcud geosiyasi vəziyyətin Orta dəhlizin əhəmiyyətini daha da artırdığını vurğulayıb. Başqa sözlə desək, Orta dəhliz, eləcə də bu dəhlizin aparıcı bir komponentinə çevriləcək Zəngəzur dəhlizi TDT üzvləri arasında nəqliyyat əlaqələrinin inkişafını daha da təşviq etməklə qarşılıqlı münasibətləri, inteqrasiyanı genişləndirəcək.
Orta dəhlizin əhəmiyyətli olması üçün zəruri məsələlərdən biri də dəhliz boyunca sərhəd-buraxılış proseslərinin asanlaşdırılmasıdır ki, TDT üzvləri arasında bu istiqamətdə də ardıcıl addımlar atılır. Artıq TDT hökumətlərinin gömrük orqanları arasında malların və nəqliyyat vasitələrinin hərəkəti haqqında məlumat mübadiləsini asanlaşdırmaq məqsədilə "Türk Dövlətləri Təşkilatı hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında" və "Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında" sazişlər təsdiq olunub. Adıçəkilən Zirvə görüşündə də dövlət başçısının qeyd etdiyi kimi "Orta Dəhliz boyunca gömrük prosedurları sadələşdirilir. Türk Dövlətləri Təşkilatı çərçivəsində hazırlanmış "e-Permit" sistemi elektron icazələrin operativ şəkildə verilməsini təmin edir.
Bütün bunlar nəqliyyat əlaqələrinin Azərbaycan-Mərkəzi Asiya arasında çoxşaxəli münasibətlərin uzunmüddətli inkişafının əsas prioritetlərindən biri olduğunu deməyə əsas verir. Zəngəzur dəhlizinin açılması isə inkişaf perpektivlərini, qarşılıqlı münasibətləri daha da gücləndirəcək. Zəngəzur dəhlizi həm daşımaların həcm və intensivliyini artırmaqla iqtisadi münasibətləri inkişaf etdirəcək, həm də TDT üzvləri arasında birbaşa bağlantını təmin etməklə mədəni-siyasi-strateji bağlantıları daha da möhkəmləndirəcək.

Ramil Qədimquliyev - hüquqşünas, BDU-nin doktorantı


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 686   Tarix: 16 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Avropa institutları ölkəmizə qarşı məkrli mövqe nümayiş etdirir

Prezident İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Görüşdək

16 sentyabr
.

Türk dünyası və İslam həmrəyliyi güclənməkdədir

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının üzvləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının nümayəndələrindən ibarət heyəti qəbul etdi, görüşdə mühüm mesajlar verdi. Ölkə rəhbərinin səsləndirdiyi fikirlə

16 sentyabr
.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr