Tarix kitabları yanıla bilər: Xristofor Kolumb əslində kim idi?

Tarix kitabları yanıla bilər: Xristofor Kolumb əslində kim idi?Baham adalarına ayaq basaraq dünya tarixinin gedişatını dəyişən məşhur səyyahın həqiqi kimliyi ilə bağlı sensasion nəticələr əldə olunub. Alimlərin kompüter modelləri və minlərlə genetik göstəricidən istifadə etməklə apardığı araşdırma uzun illərdir müzakirə olunan bir sirrə yeni işıq salıb.

Qaynarinfo xəbər verir ki, tarix kitablarında "Cenoalı toxucunun oğlu" kimi təqdim olunan hekayə müasir laboratoriya nəticələri fonunda şübhə altına düşməyə başlayıb. Madrid Komplutense Universiteti və "Citogen" laboratoriyasının mütəxəssisləri məşhur dənizçi Xristofor Kolumbun nəslindən olan şəxslərin DNT nümunələrini araşdırıblar.

Əldə olunan nəticələr dünya tarixinin ən tanınmış simalarından birinin keçmişinə fərqli baxış ortaya qoyur. Yeni sübutlara əsasən, səyyahın düşünüldüyü kimi italyan deyil, əksinə İspaniyanın şimal-qərbində yerləşən Qalisiya bölgəsindən olan köklü zadəgan ailəsinə mənsub olduğu iddia edilir.

Genetik mütəxəssislər bu versiyanı dəqiqləşdirmək üçün Sevilyadakı Gelves qrafları ailəsinin kriptasında dəfn olunan 12 nəfərin qalıqlarını tədqiq ediblər. Həmin məzarlıq məşhur səyyahın nəvəsi də daxil olmaqla eyni nəslə aid ən azı yeddi şəxsin burada dəfn olunması səbəbindən xüsusi əhəmiyyət daşıyır.

Aparılan geniş genetik analizlər Kolumbun nəslinin XV əsrin ən güclü sülalələrindən biri hesab olunan Sotomayor ailəsi ilə güclü əlaqəsini üzə çıxarıb. Alimlər 16 nəsli əhatə edən kompüter modelləri və 10 mindən çox genetik marker vasitəsilə həyata keçirilən testlər nəticəsində tarixdə Pedro Madruqa kimi tanınan zadəgan Pedro Alvares de Sotomayor adına gəlib çıxıblar.

Araşdırmanın genetik hissəsi tarixi xronologiya ilə üst-üstə düşdükdə diqqətçəkən mənzərə yaranır. Pedro Madruqa adı 1486-cı ildə İspaniyanın rəsmi qeydlərindən tamamilə yoxa çıxır. Məhz həmin dövrdə Xristofor Kolumb İspaniya sarayında görünməyə başlayır.

Tədqiqatçılar hazırladıqları rəqəmsal modeldə Madruqanı ailə ağacından çıxardıqları zaman nəsillər arasındakı genetik əlaqənin tamamilə itdiyini müəyyən ediblər. Bu isə Madruganın soy ağacında əsas fiqur olduğunu göstərir.

Araşdırmanı dəstəkləyən yeganə amil genetik nəticələr deyil. Kolumbun əlyazmalarında Qalisiya-Portuqaliya ləhcəsinə aid aydın izlərin olduğu bildirilir. Bundan əlavə, səyyahın istifadə etdiyi gerbin Sotomayor ailəsinin simvolları ilə oxşarlıq göstərməsi də diqqət çəkən məqamlardan biridir.

Ənənəvi tarixçilərin əksəriyyəti Kolumbun 1498-ci ilə aid vəsiyyətində doğum yeri kimi Cenevrəni göstərməsini əsas arqument hesab etsə də, yeni nəzəriyyənin tərəfdarları bunun şüurlu gizlətmə cəhdi ola biləcəyini irəli sürürlər. Onların fikrincə, səyyah zadəgan mənşəyini gizlətmək üçün belə addım atmış ola bilər.

Tədqiqat nəticələrinin hələlik dolayı sübut statusunda olduğu vurğulanır. Çünki analizlər birbaşa Kolumbun sümükləri üzərində deyil, onun nəslindən gələn şəxslərin genetik məlumatları əsasında aparılıb. Bununla belə, eyni elmi qrup 2024-cü ildə Sevilya Katedralında tapılan sümüklərin qəti şəkildə Xristofor Kolumba aid olduğunu təsdiqləmişdi.

1492-ci ildə üç gəmi ilə Asiyaya alternativ dəniz yolu tapmaq məqsədilə yola çıxan və Baham adalarına çataraq dünya tarixinin istiqamətini dəyişən bu şəxsiyyətin əsl kimliyi artıq yalnız arxivlərin deyil, həm də müasir laboratoriyaların əsas müzakirə mövzusuna çevrilib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 11380   Tarix: 20 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Böyük Britaniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb

Böyük Britaniyanın Rusiyadakı müvəqqəti işlər vəkili Deyni Dolakiyanı Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə Rusiya XİN-in məlumatına istinadən xəbər verir. Nazirlikdə diplomata London tərəfindən Ukraynaya PUA və digər silah sistemləri tədarükünün artırılması ilə əlaqədar etiraz bildirilib

18 sentyabr
.

Bu ölkə kitab oxuyanlara pul verəcək

Sinqapur hakimiyyəti vətəndaşlara kitab oxuduqları üçün ödəniş etmək qərarına gəlib. "Qafqazinfo" xəbər verir ki, bu haqda "The Independent" nəşri məlumat yayıb. Ölkə "doomscrolling" (bədbin xəbərləri fasiləsiz izləmə vərdişi) ilə mübarizə aparmaq və ölkə daxilində mütali

17 sentyabr
.

Gürcüstanda ABŞ tərəfinin iştirakı ilə xarici hərbi maliyyələşmə müzakirə olunub

Gürcüstan Müdafiə Nazirliyində xarici hərbi maliyyələşdirmə ilə bağlı məsələlər ABŞ tərəfinin iştirakı ilə müzakirə olunub. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Gürcüstan Müdafiə Nazirliyində ABŞ-nin təhlükəsizlik sektoruna dəstəyi ilə bağlı maliyyə icmalı keçirilib. Görüşlərdə ABŞ-ni

17 sentyabr
.

Kanada Aİ-nin ilk assosiativ üzvü ola bilər: fon der Leyen

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Kanadanın Baş naziri Mark Karniyə Kanadanın Avropa İttifaqının ilk assosiativ üzvü olması üçün işə başlamağı təklif edib. xəbər verir ki, Von der Leyen bu təklifi sentyabrın 16-da illik Birliyin Vəziyyəti ilə bağlı çıxışı zamanı irəli sürmüşdü. O, Aİ-ni

16 sentyabr
.

Körfəz dövlətləri ABŞ-ın etibarlılığını şübhə altına alır

Yaxın Şərqdəki münaqişə fonunda Körfəz ölkələri ABŞ-ın təhlükəsizlik zəmanətlərinin etibarlılığını şübhə altına almağa başlayıblar. xəbər verir ki, ABŞ-ın münaqişəyə İsrail tərəfində girməsi, lakin nəticələrini aradan qaldıra bilməməsi region dövlətləri üçün gözlənilməz olub. Məqaləyə görə, Fars körfəz

15 sentyabr
.

Hellouin təhlükə altında: İsti hava bayramın əsas simvolunu məhv edə bilər

Bu il Hellouin üçün yetişdirilən balqabaqlar ənənəvi fənərlər hazırlamaq üçün çox kiçik ola bilər. Qaynarinfo "The Independent"ə istinadən xəbər verir ki, buna rekord istilik dalğaları və məhsulun inkişafına mənfi təsir göstərən uzunmüddətli quraqlıq səbəb olub. Narıncı balqabaqlar ənənəv

16 sentyabr
.

Trampın impiçment tələbi ilə bağlı sənəd qəbul olunmadı

ABŞ Konqresinin Nümayəndələr Palatası ölkə Prezidenti Donald Trampa qarşı impiçment prosedurunun başlanmasını tələb edən qətnaməni qəbul etməyib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, hazırkı dövlət başçısının təmsil olunduğu Respublikaçılar Partiyasının nəzarətində olan Nümayəndələ

16 sentyabr
.

Tramp İranın onunla razılaşmaq istədiyini düşünür

ABŞ prezidenti Donald Tramp bir daha İranla münaqişəyə tezliklə son qoya biləcəyini bildirib. xəbər verir ki, o, Şimali Karolinada jurnalistlərə bildirib:. "Ümid edirəm ki, müharibənin sonuna yaxınlaşırıq. İran razılaşma əldə etmək istəyir, görək işlər necə gedəcək". Daha əvvəl Tramp Tehranl

17 sentyabr
.

Britaniyada inflyasiya son 5 ayın maksimumuna çatıb

Böyük Britaniyada illik inflyasiya avqust ayında 3,1%-ə yüksəlib. xəbər verir ki, bu barədə Britaniya Milli Statistika İdarəsinin hesabatında deyilir. Bu, son beş ayda ən böyük artımdır və iyul ayındakı 2,9% artımı da üstələyir. İstehlak qiymətlərinin artımının əsas səbəbi, Yaxın Şərqdə yenidən başlaya

16 sentyabr