70 illik bir səhv üzündən bu ölkədə allergik partlayışa məruz qaldı: Nə baş verib?
Yaponiyada mövsümi allergiya problemi sürətlə kəskinləşərək artıq milli böhran səviyyəsinə çatıb.
Qaynarinfo BBC-ə istinadən xəbər verir ki, qiymətləndirmələrə görə, əhalinin təxminən 43%-i orta və ağır dərəcəli simptomlardan əziyyət çəkir və bunun səbəbi 70 ildən çox əvvəl həyata keçirilmiş meşə siyasəti hesab olunur.
Fevral ayında sosial şəbəkələrdə Yaponiya meşələrindən yayılan və havaya qalxan sıx "tüstü buludları"nı göstərən videolar viral olmuşdu. Əslində isə bu, hər yaz meşələrdən şəhərlərə yayılan tozcuqlar idi.
Bu səbəbdən milyonlarla yapon hər il maska taxmağa və antihistamin preparatlar qəbul etməyə məcbur olur. Saman qızdırması və ya allergik rinit ölkənin əsas səhiyyə problemlərindən birinə çevrilib.
Problemin kökü İkinci Dünya müharibəsindən sonrakı dövrə gedib çıxır. Həmin illərdə Yaponiya enerji çatışmazlığı səbəbindən genişmiqyaslı meşə qırılması ilə üzləşmişdi.
Yaşıl əraziləri sürətlə bərpa etmək üçün hökumət geniş meşəsalma proqramına başlayaraq əsasən iki sürətlə böyüyən ağac növü - yapon sidri "suqi" və "hinoki" sərvini əkmişdi.
Hazırda bu monokultura plantasiyaları ölkə ərazisinin təxminən 1/5-ni - 10 milyon hektara yaxın sahəni əhatə edir.
Məhz bu ağaclar küləklə asanlıqla şəhərlərə yayılan çoxlu miqdarda yüngül tozcuq istehsal edir. Ağacların yaşı artdıqca - xüsusilə 30 ildən sonra - tozcuğun miqdarı daha da çoxalır və bu da allergiyanın indiki pik həddinə səbəb olub.
Tədqiqatçılar bildirirlər ki, problemin əsas səbəblərindən biri də böyük meşə massivlərinin eyni vaxtda çiçəkləməsidir.
Allergiya simptomlarından əlavə, xəstələr yuxu pozğunluğu, diqqət zəifləməsi və astma riskinin artması ilə də qarşılaşırlar.
Pik mövsümdə iqtisadi itkilərin gündəlik təxminən 1,6 milyard dollar olduğu bildirilir. Bunun əsas səbəbi xəstəlik məzuniyyətləri və istehlak fəallığının azalmasıdır.
Yaponiya hökuməti problemi hələ 2023-cü ildə milli məsələ kimi tanıyıb və 30 il ərzində tozcuq miqdarını 50% azaltmaq planını elan edib.
Tədbirlər arasında "suqi" plantasiyalarının bir hissəsinin qırılması, onların daha müxtəlif meşələrlə əvəz olunması və az tozcuq istehsal edən ağac növlərinin əkilməsi də var.
Lakin ekspertlər xəbərdarlıq edir ki, meşələrin tam şəkildə dəyişdirilməsi son dərəcə mürəkkəb prosesdir və onilliklər çəkə bilər.
Bəzi şəhərlərdə artıq biomüxtəlifliyin bərpasına yönəlmiş pilot layihələr həyata keçirilir. Monokultura meşələrinin əvəzinə müxtəlif ağac növlərindən ibarət qarışıq meşələr salınır.
Alimlər qeyd edirlər ki, belə ekosistemlər təkcə tozcuq miqdarını azaltmır, həm də torpaq sürüşmələrindən daha yaxşı qoruyur və vəhşi təbiətin bərpasına kömək edir.
Bütün genişmiqyaslı planlara baxmayaraq, Yaponiyanın meşələrinin böyük hissəsi hələ də plantasiyalardan ibarətdir. Ekoloqlar vurğulayırlar ki, meşə təsərrüfatında sistemli islahat aparılmasa, ölkə uzun müddət "sonsuz allergiya mövsümü" ilə yaşamağa davam edəcək.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
13 yaşlı qızla görüşmək üçün 14 saat yol getdi, evə çatanda polislə qarşılaşdı - VİDEO
Mobil nömrə istifadədən çıxarılıb başqa şəxslərə satıldıqda təhlükəsizlik necə qorunur? - AÇIQLAMA
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO
Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Diplomatik səfər niyə narahatlıq yaratdı? Qarabağ reallığının yerində görülməsinə erməni revanşist dairələrdən sərt reaksiya