"Axios": Tulsi Qabbard istefa verməzdən əvvəl MKİ ilə münaqişəyə girib

"Axios": Tulsi Qabbard istefa verməzdən əvvəl MKİ ilə münaqişəyə giribİstefasını elan edən ABŞ-nin milli kəşfiyyat direktoru Tulsi Qabbard Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə pərdəarxası münaqişəyə girib.

"Report" xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Məlumata görə, milli kəşfiyyat direktorunun Aparatı bir neçə aydır MKİ ilə münaqişədə olub və bu, sonradan Senatın Daxili Təhlükəsizlik və Dövlət İslahatı Komitəsinin dinləməsi zamanı ictimaiyyətə açıqlanıb.

Öz növbəsində "The Washington Post" qəzeti qeyd edib ki, Donald Trampın hazırkı prezidentlik müddəti ərzində MKİ ilə milli kəşfiyyat direktorunun Aparatı arasında ciddi qarşıdurma olub və Qabbardın istefası, ehtimal ki, MKİ direktoru Con Retkliffin mövqeyini gücləndirəcək.

Qabbard tərəfindən yaradılan "Director's Initiative Group (DIG)" İşçi Qrupunda bir il xidmət etmiş MKİ zabiti Ceyms Erdman 13 may dinləməsində ifadə verib. Bu qurum araşdırmalara, yüksək səviyyəli işlər üzrə sənədlərin dərc olunmasına və administrasiya siyasətinin həyata keçirilməsinə mane olmaq üçün mümkün cəhdlərin müəyyən edilməsinə cavabdeh idi.

C.Erdmanın yazılı ifadəsinə görə, MKİ DIG-in fəaliyyətinə nəzarəti əngəlləyib və qrup üzvlərinin qanunsuz araşdırmalarını aparıb.

O, idarənin sənədləri və məlumatları gizlətdiyini, həm İşçi Qrupu üzvlərinə, həm də Qabbardın özünə girişi qadağan etdiyini bildirib. Bundan əlavə, C.Erdman iddia edir ki, MKİ DIG işçilərinin rabitə və kompüter fəaliyyətini izləyib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 66   Tarix: 23 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ milli kəşfiyyatının direktoru vəzifədən ayrılmazdan əvvəl səs-küylü təhqiqatları açıqlayacaq

ABŞ-nin milli kəşfiyyatının direktoru Tulsi Qabbard vəzifəsindən ayrılmazdan əvvəl bir neçə səs-küylü araşdırmanın nəticələrini açıqlamaq niyyətindədir. "Report"un məlumatına görə, bu barədə "The Daily Wire" mənbələrə istinadən xəbər verib. Məlumata görə, Qabbard Rusiyanın 2016 v

23 may
.

Rusiya Ermənistan istehsalı olan bir sıra şərab və konyakların satışına qadağa qoyub

"Rospotrebnadzor" Ermənistandan idxal olunan keyfiyyətsiz spirtli içkilər aşkar edib. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Rusiyada "Vedi-Alko", "Abovyan konyak zavodu" və "Şahnazaryan Şərab-konya

23 may
.

Aya gedən "gizli yol" tapıldı

Beynəlxalq alimlər qrupu Yerlə Ay arasında kosmik missiyaların enerji sərfini azalda biləcək yeni orbital trayektoriya müəyyən etdiklərini bildiriblər. "Qafqazinfo" xəbər verir ki, astrodinamika sahəsində aparılan araşdırmaya görə, yeni model kompüter simulyasiyaları vasitəsilə 30 milyon fərql

22 may
.

Bu əsər 308 milyona satıldı - Tarixə düşdü - Fotolar

Abstrakt ekspressionizm cərəyanının ən görkəmli nümayəndəsi, 1956-cı ildə 44 yaşında vəfat edən məşhur amerikalı rəssam Cekson Pollokun "7A nömrəli, 1948" adlı əsəri Nyu-Yorkda keçirilən hərracda rekord qiymətə satılıb. "Qafqazinfo" xəbər verir ki, "Christie's" tərəfində

20 may
.

Uqandada Ebola virusuna yoluxanların sayı beşə çatıb

Uqandada Ebola qızdırmasına üç yoluxma halı aşkarlanıb. "Report" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin sosial şəbəkələrdəki məlumatında deyilir. "Ölkədə Ebola virusunun səbəb olduğu üç yeni yoluxma faktı təsdiqlənib və nəticədə təsdiqlənmiş yoluxma hallarının ümumi say

23 may
.

Ermənistanda seçicilərə rüşvət verən 20-dən çox şəxs saxlanıldı

Ermənistanda seçicilərə rüşvət verən 21 nəfər saxlanılıb. Ermənistan KİV-ə istinadən xəbər verir ki, cinayət işi bu ölkənin antikorrupsiya komitəsi tərəfindən araşdırılır. Artıq 13 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Qeyd olunub ki, əməliyyatlar son iki gündə keçirilib

23 may
.

Xərçəngə qalib gəldi - Belə QEYD ETDİ - VİDEO

Türkiyədə xərçəng xəstəliyinə qalib gələn Elif Tekir sağalmasını fərqli və duyğusal şəkildə qeyd edib. xəbər verir ki, o, avtomobilinin arxa hissəsinə "Mən xərçəngə qalib gəldim, qeyd etmək üçün siqnal verin" sözlərini yazaraq yola çıxıb. Maraqlı təşəbbüs digər sürücülərin də diqqətini çəkib

23 may
.

Çində kömür mədənində ölənlərin sayı 90 nəfərə çatdı

Çinin şimalında yerləşən Şansi əyalətindəki kömür mədənində qaz partlaması nəticəsində həlak olanların sayı 90 nəfərə yüksəlib. Qaynarinfo-nun məlumatına görə, bu barədə şənbə günü Çinin Mərkəzi Televiziyası xəbər verib. Ehtimal edilir ki, mədənçilərin ölümünə dəm qazının səviyyəsinin icazə verilən səviyyəsin

23 may
.

ABŞ-də zəhərli kimyəvi maddəyə görə onminlərlə insan təxliyə edildi

ABŞ-nin Kaliforniya ştatında yerləşən aerokosmik şirkətlərdən birində zəhərli kimyəvi maddələrin sızması nəticəsində ətraf şəhərlərdən 44 min nəfər təhlükəsiz ərazilərə köçürülüb. xəbər verir ki, hadisə ilə bağlı mənbələrinə istinadən "CBS News" telekanalı məlumat yayıb. Məlumata əsasən, Qarden-Qrouvdak

23 may