Danimarkada yeni hökuməti formalaşdırmaq mümkün olmayıb
Danimarkada Liberal Partiyanın lideri Troels Lund Poulsen yeni hökumətin formalaşdırılması barədə razılığa gələ bilməyib.
"Report"un "Ritzau" agentliyinə istinadən xəbərinə görə, siyasətçi danışıqların uğursuzluğu barədə Kral X Frederikə məlumat verəcəyini bildirib.
Liberal Partiyanın lideri müəyyən edilmiş 14 günlük müddət ərzində yeni hökumətin formalaşdırılması barədə razılığa gələ bilməyib. Agentliyin məlumatına görə, Mötədil Partiyanın lideri Lars Lyokke Rasmussen əvvəllər aralarında mümkün razılaşma barədə məlumat verilən "Venstre", Liberal Alyans və Mühafizəkarlar Partiyasından ibarət koalisiyanı dəstəkləməkdən imtina edib.
Troels Lund Poulsenə danışıqlar üçün 14 gün vaxt verilmişdi, lakin bundan əvvəl analoji cəhdi baş nazirin müvəqqəti əvəz edən Mette Frederiksen də uğursuz şəkildə həyata keçirmişdi. O, martın 24-də keçirilən seçkilərdən sonra altı həftə ərzində məsləhətləşmələr aparmışdı.
Danimarkada parlament seçkilərindən sonra heç bir blok çoxluq əldə edə bilməyib: sol mərkəzçi blokun 83, sağ mərkəzçi blokun 78, "Mötədillər" Partiyasının isə 14 mandatı var. Koalisiya danışıqları uzun sürən siyasi böhran fonunda davam edir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 71 Tarix: 24 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qan təzyiqini ölçmək üçün ən dəqiq metod müəyyən edilib
Həkimlər Paula Samper və Xavyer Marin maksimal dəqiq nəticələr verən qan təzyiqinin (arterial təzyiq) ölçülməsi metodunu tövsiyə ediblər. -ın xəbərinə görə, onların tövsiyələrini "HuffPost" nəşri dərc edib. Həkimlər izah ediblər ki, arterial təzyiqi ardıcıl üç dəfə, bir və ya ikidəqiqəlik fasilələrl
24 mayBakılı dünya çempionu Rusiyada beynəlxalq axtarışa verildi
Rusiya istintaq orqanları terrorçuluğa bəraət qazandırmaqda və xarici agent fəaliyyəti qaydasını iki dəfə pozmaqda ittiham olunaraq qiyabi həbs edilən tanınmış şahmatçı Harri Kasparovu beynəlxalq axtarışa verib. xəbər verir ki, bu barədə TASS onunla bağlı cinayət işinin materiallarına istinadən məluma
23 may"Axios": Tulsi Qabbard istefa verməzdən əvvəl MKİ ilə münaqişəyə girib
İstefasını elan edən ABŞ-nin milli kəşfiyyat direktoru Tulsi Qabbard Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə pərdəarxası münaqişəyə girib. "Report" xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb. Məlumata görə, milli kəşfiyyat direktorunun Aparatı bir neçə aydır MKİ ilə münaqişəd
23 mayTramp oğlunun toyunda iştirak edə bilməyəcək
ABŞ Prezidenti Donald Tramp dövlət işləri səbəbindən böyük oğlu Donald Tramp-kiçiyin toyunda iştirak edə bilməyəcəyini açıqlayıb. "Report" xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsindəki hesabında yazıb. ABŞ lideri ailəsi ilə birlikdə olmaq istədiyini, lakin hökumə
24 maySeneqal Prezidenti Baş naziri istefaya göndərib
Seneqal Prezidenti Bassiru Diomaye Faye fərmanla Baş nazir Usman Sonkonu işdən çıxarıb. "Report"un məlumatına görə, fərman RTS telekanalının efirində oxunub. Yeni hökumət başçısının təyin olunma vaxtı və namizədin adı hələ açıqlanmayıb. "Dakaractu" xəbər portalı qeyd edib ki, Sonkonu
23 may