Yumurtaların saxlanmasında ən çox edilən SƏHV

Yumurtaların saxlanmasında ən çox edilən SƏHVHeç düşünmüsünüzmü, niyə yumurtalar bəzən gözlədiyinizdən daha tez xarab olur, hətta soyuducuda saxlanılsa belə?

Yumurtanı soyuducuya qoyursan və məsələ bitir. Amma əslində yumurtaların saxlanması bütöv bir "incəlikdir" və kiçik bir detal onların təravətinə və təhlükəsizliyinə ciddi təsir edə bilər.

Yumurtalar satışa çıxarılmazdan əvvəl yuyulur və dezinfeksiya edilir. Bu, salmonella yoluxma riskini azaltmaq üçün edilir. Sanki yaxşı ideyadır, amma bu proses zamanı yumurtanın üzərində olan təbii qoruyucu qat "bloom" adlanan örtük də yuyulub gedir. Əvvəllər həmin qat yumurtanın otaq temperaturunda belə daha uzun müddət təravətli qalmasına kömək edirdi. Yuyulduqdan sonra isə yumurta daha həssas olur və artıq mütləq soyuducuda saxlanmalıdır.

Bir çoxumuz vərdiş olaraq yumurtaları soyuducunun qapısında yerləşən xüsusi rəfə və ya yumurta qabına qoyuruq. İlk baxışdan bu, rahat görünür: yumurtalar həmişə əl altındadır və yerə də qənaət edilir. Amma əslində bu, ən yaxşı yer deyil. Soyuducunun qapısı temperaturun tez-tez dəyişdiyi zonadır. Hər dəfə qapını açanda yumurtalar kiçik temperatur sıçrayışlarına məruz qalır və bu da onların daha tez "köhnəlməsinə" səbəb olur. Üstəlik, qapıda yumurtalar daim tərpənir, bu da çatların yaranma riskini artırır. Çatlar isə bakteriyaların içəri daxil olması üçün yol aça bilər.

Yumurtaları təravətli saxlamaq üçün sadə qaydalar:

Yumurtaları orijinal qablaşdırmada və ya qapaqlı konteynerdə saxlayın ki, zərbələrdən və kənar qoxulardan qorunsun. Onları soyuducunun orta rəfində yerləşdirin burada temperatur daha sabit olur, qapıda isə deyil. Yumurtaları iti ucu aşağı tərəfə qoyun ki, sarısı mərkəzdə qalsın. Əgər istehsalatda yuyulubsa, onları saxlamazdan əvvəl yenidən yumayın.

Təravəti sadə "su testi" ilə yoxlayın:

yumurta suya batır və yan üstə uzanırsa - təzədir

şaquli vəziyyətdə dayanırsa - tezliklə istifadə etmək lazımdır

suyun üzündə üzürsə - atmaq lazımdır

Maraqlıdır ki, saxlanma müddəti təkcə necə saxlamanızdan yox, yumurtanın növündən də asılıdır. Təbii "bloom" qatı olan kənd yumurtaları iki aya qədər təravətli qala bilər. Halbuki mağazada satılan adi toyuq yumurtaları adətən bir aydan bir az artıq saxlanır. Ördək və bildirçin yumurtaları isə təxminən altı həftə təravətini qoruyur. Əgər çox yumurta ilə yemək hazırlayırsınızsa, onları hətta dondurmaq da olar, amma qabığında yox. Dondurulmuş yumurtalar bişirmə və müxtəlif yeməklər üçün ideal hesab olunur. Dondurmaq üçün yumurtanı qırıb konteynerlərə tökmək və ya buz formalarından istifadə etmək olar ağını və sarısını ayrı-ayrı dondurmaq daha rahatdır. Bəzən sarılara bir az duz və ya şəkər əlavə edirlər ki, əridildikdən sonra jelə çevrilməsin. Əsas qayda isə budur: yumurtanı yavaş şəkildə soyuducuda əridin, beləliklə həm teksturası, həm də təhlükəsizliyi qorunmuş olur. /Lent.az


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 477   Tarix: 24 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İnsan ölənə yaxın bu 4 sözü deyir - "Səni sevirəm"...

İnsan həyatının son anlarında nələr düşünür və hansı sözləri deməyə çalışır? Uzun illər ağır xəstələrlə çalışan məşhur onkoloq insanların ölümə yaxın vaxtlarda ən çox işlətdikləri dörd ifadəni açıqlayıb. xarici mediaya istinadla xəbər verir ki, tanınmış onkoloq, yazıçı və Pulitser mükafatı laureatı Siddharth

15 noyabr
.

Köhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu

Bir vaxtlar faylların saxlanılması və ötürülməsi üçün ən çox istifadə olunan USB fleşkartlar indi əvvəlki qədər populyar deyil. Lakin evdə qalan köhnə fleşkartları atmağa tələsməyin. fləşkartın kompüterin təhlükəsizliyini artırmaqdan tutmuş avtomobildə musiqi dinləməyə qədər yenidən istifadə etməyi

14 noyabr
.

Arıqlamaq üçün 18:00-dan sonra yemək yeməyənlərə - Xəbərdarlıq

Endokrinoloq Qriqori Dolquşin arıqlamaq istəyən şəxslərin saat 18:00-dan sonra qidadan tamamilə imtina etməsinin sağlamlıq üçün zərərli olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, həkim bu barədə məlumat paylaşıb. Mütəxəssis izah edib ki, insan acqarına yatdıqda ya gecə yarısı oyanıb yemə

17 noyabr
.

Pomidoru soyuducuda saxlamayın

Təzə pomidorları soyuducuda saxlamaq onların dadına, ətrinə və quruluşuna mənfi təsir göstərə bilər. Mütəxəssislərin fikrincə, pomidorları otaq temperaturunda saxlamaq daha məqsədəuyğundur. xarici mediaya istinadən xəbər verir ki, meyvə, tərəvəz və göyərtiləri aldıqdan dərhal sonra soyuducuya yerləşdirmə

14 noyabr
.

Ölümdən iki gün əvvəl orqanizmdə nə baş verir?

Həyatın son 48 saatında insan orqanizmi həyati funksiyalarını qorumaq qabiliyyətini tədricən itirir. Həyatın son 48 saatında insan bədəni nəzərəçarpacaq dəyişikliklərə məruz qala bilər. İnsan zəifləyir, daha çox yatır, yeməyə az maraq göstərir və nəfəs alma və qan dövranı tədricən dəyişir. Bu təzahürlə

15 noyabr
.

Mətbəxdə paket yığanlara mütəxəssislərdən xəbərdarlıq: Təhlükə saçır

Milyonlarla evdə marketlərdən gətirilən plastik paketlər "bir gün lazım olar" deyə mətbəx şkaflarında və ya rəflərin altında toplanır. Lakin mütəxəssislər demək olar ki, hər kəsin etdiyi bu vərdişin ciddi səhiyyə təhlükələri yaratdığını bildirərək, həmin paketlərin dərhal evdən atılması üçü

7 noyabr
.

Bu qış dəbdə olacaq ayaqqabılar - Stilistdən əsas trendlər

2026-2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələ

12 noyabr
.

Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq

"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv

13 noyabr
.

Qocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı

Sağlam yaşlanmaq, dərinin gəncliyini qorumaq və immuniteti güclü saxlamaq hər zaman diqqət mərkəzindədir. Orqanizmin özünün istehsal etdiyi, lakin qidalar vasitəsilə də dəstəklənməli olan kükürd tərkibli sistein amin turşusu hüceyrələrin yenilənməsində mühüm rol oynayır. Hüceyrələrin qocalmasının qarşısın

13 noyabr