Bu səhər yeməyi vərdişindən uzaq durun
Səhər yeməyi bir çox insan üçün günə enerjili başlamağın əsas hissəsidir. Ancaq mütəxəssislər xəbərdarlıq edir ki, süfrələrimizdən əskik olmayan bəzi qidalar ürək sağlamlığı üçün ciddi təhlükə yarada bilər. Xüsusilə ağ undan hazırlanan məhsulların düşündüyümüzdən daha zərərli olduğu bildirilir.
Milli.Az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, simit, ağ çörək, açma və poğaça kimi məhsullar rafinə olunmuş undan hazırlanır. Bu proses zamanı taxılın lif və faydalı hissələri ayrılır, geridə isə orqanizmdə sürətlə şəkərə çevrilən nişasta qalır. Nəticədə qan şəkəri kəskin yüksəlir və bədən bunu tarazlamaq üçün çox miqdarda insulin ifraz edir. Bu prosesin davamlı təkrarlanması damarların daxili qatına zərər verir.
Araşdırmalarda qeyd olunur ki, yüksək şəkər və insulin səviyyəsi damar divarlarında zədələnmələr yaradaraq damar sərtliyinə səbəb ola bilər. Bundan əlavə, rafinə karbohidratların orqanizmdə iltihab yaradan maddələrin artmasına gətirib çıxardığı vurğulanır. Bu isə ürək-damar xəstəliklərinin əsas risk faktorlarından hesab olunur.
Məqalədə həmçinin trans yağların təhlükəsinə diqqət çəkilir. Xüsusilə market və ya şirniyyat dükanlarında satılan bəzi xəmir işlərinin hazırlanmasında istifadə edilən marqarin və sənaye tipli yağların "pis" xolesterini artırdığı, "yaxşı" xolesterini isə azaltdığı bildirilir.
Mütəxəssislər sağlam seçim kimi ağ undan hazırlanan məhsullar əvəzinə tam taxıllı çörəkləri, yağlı xəmir işləri yerinə isə yumurta, lor pendiri və zeytun yağı ilə hazırlanan qidaları tövsiyə edir. Onların fikrincə, hər səhər edilən qida seçimi ürəyin sağlamlığına birbaşa təsir göstərir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 106 Tarix: 24 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Metrlərlə yüksəklikdən yıxılan pişiyi xilas etmək üçün bayraq açdılar - VİDEO
Stadionun damında köməksiz vəziyyətdə qalan və yıxılmaq təhlükəsi yaşayan pişik azarkeşlərin müdaxiləsi sayəsində xilas edilib. Tribunada yaşanan həyəcan dolu anlar sosial şəbəkələrdə böyük maraq doğurub. xarici mediaya istinadla xəbər verir ki, matç zamanı stadionun damında gəzən pişik bir anda diqqə
21 mayƏrdoğandan "vida" sualına diqqətçəkən cavab - VİDEO
Türkiyə Prezidenti Recep Tayyip Erdoğan AK Partiyanın parlament qrup toplantısından sonra jurnalistlərin suallarını cavablandırıb. xarici mediaya istinadla xəbər verir ki, Jurnalistlərdən biri Ərdoğanın çıxışının emosional olduğunu bildirərək, bunun "vida və seçkiyə hazırlıq çıxışı" təsir
20 mayDünyada sifilis xəstəliyi yayıldı - Rekord hədd
Avropada cinsi yolla keçən infeksiyalar kəskin artıb. xarici mediaya istinadla xəbər verir ki, bu barədə Avropa Xəstəliklərin qarşısının alınması və nəzarəti mərkəzi məlumat yayıb. Hesabata görə, 2015-2024-cü illər arasında Avropada qonoreya hallarının 303 faiz artdığı bildirilib. Eyni dövrdə sifilis
21 mayUşaqlar niyə tərəvəz yemək istəmir? - Həkimlərin İZAHI
Bir çox valideynə tanış vəziyyətdir: siz faydalı tərəvəz yeməyi hazırlayırsınız, amma uşaq boşqabdan yalnız alma və ya bananı seçir. xarici mediaya istinadən xəbər verir ki, sosial şəbəkələrdə brokkoli və köklə dolu "ideal boşqablar" görünür, real həyatda isə hər şey daha fərqlidir. Sosia
24 mayÇin yeni avtomobil brendini istifadəyə verir
"Xiaomi Auto" rəsmi olaraq yeni avtomobil brendi "Sky Nomad"ı istifadəyə verəcək. xəbər verir ki, bu barədə "Carscoops" məlumat yayıb. Yeni marka altında artırılmış yürüş ehtiyatına malik hibrid avtomobillər istehsal olunacaq. Brendin ilk modeli daxili kod adı "Kunlu
20 mayBəyin dostları toyda görün, NƏ ETDİLƏR - VİDEO
Sosial şəbəkələrdə yayılan maraqlı toy görüntüləri izləyicilərin diqqətini çəkib. xəbər verir ki, videoda bəyin dostlarının iştirak etdikləri toy məclisində qeyri-adi addımı əks olunub. Belə ki, məclis zamanı bəyin yaxın dostları zalın bir hissəsində domino masası quraraq oyuna başlayıblar. Toyun gedişind
23 mayKöhnə smartfonunuzu çəkməcədə saxlamayın: TƏHLÜKƏLİDİR
Köhnə smartfon sadəcə çəkməcədə unudulmuş bir cihaz deyil, həm də potensial problemlər mənbəyidir. Bir çox texnologiya həvəskarları üçün köhnə cihazları toplamaq qürur mənbəyidir və onların tez-tez köhnə smartfonlardan ibarət kolleksiyası olur. Digərləri isə köhnə telefonları "birdən lazım olar"
20 may