Afrika "Böyük yaşıl divar" tikir: Özlərini nədən qorunmaq istəyirlər?

Afrika "Böyük yaşıl divar" tikir: Özlərini nədən qorunmaq istəyirlər?Afrikanın 11 ölkəsi dünyanın ən böyük ekoloji layihələrindən biri sayılan "Böyük yaşıl divar" ("Great Green Wall") təşəbbüsünü həyata keçirməyə davam edir. Layihənin məqsədi Sahara səhrasının genişlənməsinin qarşısını almaq və Sahel bölgəsinin münbit torpaqlarını qorumaqdır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Mediafax" nəşri yazır.

Layihə Afrikanın şərqində yerləşən Cibutidən qərbdəki Seneqala qədər uzanan təxminən 8000 kilometrlik nəhəng yaşıllıq zolağının yaradılmasını nəzərdə tutur. Təşəbbüsün əsas məqsədi səhralaşmanı yavaşlatmaq, deqradasiyaya uğramış torpaqları bərpa etmək və həyatı kənd təsərrüfatından asılı olan milyonlarla insanı qorumaqdır.

Plana əsasən, 2030-cu ilə qədər layihə çərçivəsində təxminən 100 milyon hektar deqradasiyaya uğramış torpaq bərpa edilməli, 250 milyon tona yaxın CO₂ udulmalı və 10 milyona qədər "yaşıl" iş yeri yaradılmalıdır.

Layihə müəllifləri hesab edirlər ki, genişmiqyaslı ağacəkmə və ekosistemlərin bərpası torpağın sabitləşməsinə, quraqlığın təsirlərinin azalmasına və dünyanın ən həssas bölgələrindən birində kənd icmalarının dəstəklənməsinə kömək edəcək.

Əslində söhbət Sahara səhrasının irəliləməsinə qarşı təbii baryer rolunu oynayacaq nəhəng "yaşıl kəmər"in yaradılmasından gedir.

Təşəbbüs təxminən 19 il əvvəl Afrika dövlətləri və beynəlxalq təşkilatların dəstəyi ilə başladılıb. Lakin iddialı planlara baxmayaraq, layihənin icrası gözlənildiyindən daha yavaş gedir. Mətbuatın məlumatına görə, layihə hələlik yalnız təxminən 18 faiz tamamlanıb.

Ən nəzərəçarpan nəticələr Efiopiya, Seneqal və Nigeriyada əldə olunub. Bu ölkələrdə artıq böyük torpaq sahələri bərpa edilib. Amma əksər ölkələrdə işlər ləng şəkildə davam edir.

Layihənin həyata keçirilməsini siyasi qeyri-sabitlik, hərbi çevrilişlər, korrupsiya, zəif infrastruktur və maliyyə idarəçiliyi problemləri çətinləşdirir. Təşəbbüsün ümumi büdcəsi təxminən 31 milyard dollar qiymətləndirilir.

Sahel bölgəsi - Sahara səhrası ilə savannalar arasında yerləşən keçid zonası - sürətlə quruyur. BMT-nin məlumatına görə, səhra hər il təxminən 45-60 santimetr irəliləyir. Bundan əlavə, son yüz ildə bölgədə temperatur dünya orta göstəricisindən təxminən 1,5°C daha çox artıb.

Ekspertlər xəbərdarlıq edirlər ki, genişmiqyaslı tədbirlər görülməzsə, torpaqların deqradasiyası böyük miqrasiya böhranına səbəb ola bilər.

BMT-nin hesablamalarına görə, 2050-ci ilə qədər təxminən 250 milyon insan yaşayış və kənd təsərrüfatı üçün yararlı ərazilərin itirilməsi səbəbindən evlərini tərk etməyə məcbur qala bilər.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 577   Tarix: 25 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paşinyan rus dili kurslarına gedir

Ermənistanın baş naziri Nikol Paşinyan İdarəetmə Akademiyasında təhsil alaraq rus dilini öyrəndiyini bildirib. Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Paşinyan hökumətin iclası zamanı məlumat verib. Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyanın dövlət idarəçiliyində çalışa

17 sentyabr
.

Tramp İranın onunla razılaşmaq istədiyini düşünür

ABŞ prezidenti Donald Tramp bir daha İranla münaqişəyə tezliklə son qoya biləcəyini bildirib. xəbər verir ki, o, Şimali Karolinada jurnalistlərə bildirib:. "Ümid edirəm ki, müharibənin sonuna yaxınlaşırıq. İran razılaşma əldə etmək istəyir, görək işlər necə gedəcək". Daha əvvəl Tramp Tehranl

17 sentyabr
.

NATO qırıcıları ilk dəfə Litva üzərində pilotsuz təyyarəni vurub

Litva prezidenti Gitanas Nauseda NATO qırıcı təyyarələrinin Litva səmasında bir pilotsuz təyyarəni vurduğunu bildirib. xəbər verir ki, X sosial şəbəkəsində təfərrüatları açıqlamadan "Müttəfiqlərə tez reaksiyalarına görə təşəkkür edirəm" yazıb. LRT qəzetinin məlumatına görə, pilotsuz təyyar

15 sentyabr
.

Gələn il Tokioda pilotsuz taksilərin işə salınması planlaşdırılır

ABŞ-nin "Waymo" şirkəti, "GO" taksi çağırış tətbiqi operatoru və "Nihon Kotsu" taksi şirkəti Tokioda 2027-ci ildə tam avtonom taksi xidmətlərini işə salmağı planlaşdırdıqlarını açıqlayıb. Bu barədə "Report" "Kyodo"ya istinadən xəbər verir. Xidmətin tədricə

15 sentyabr
.

Aleksandar Vuçiç Ukraynada səfərdədir

Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynada səfərdədir. Bu barədə "Report"un Balkan bürosuna Serbiya Prezident Administrasiyasından məlumat verilib. O, ukraynalı həmkarı Volodimir Zelenskinin dəvəti ilə "Karpat İnteqrasiya Təşəbbüsü" sammitində iştirak edir. A.Vuçiç sosial şəbək

18 sentyabr
.

Tramp: Ukrayna münaqişəsi tezliklə başa çatacaq

ABŞ prezidenti Donald Tramp ABŞ nümayəndələrinin Ukrayna münaqişəsinə son qoymaq üçün böyük səylər göstərdiyini və bunun ölkədə dizel yanacağının qiymətlərinin artmasına səbəb olduğunu açıqlayıb və tezliklə razılaşma əldə olunacağına söz verib. xəbər verir ki, Tramp Şimali Karolinada tərəfdarları üçü

17 sentyabr
.

"Axios": ABŞ xarici hökumətlər üçün ən yaxşı tərəfdaş statusunu itirir

ABŞ ehtiyatların saxlanması, silahların alınması və tələbələrin təhsili baxımından xarici hökumətlər üçün üstünlük verilən seçim statusunu itirir. "Report"un xəbərinə görə, bu barədə "Axios"un məqaləsində bildirilir. Nəşr qeyd edib ki, hətta məhdud vəsait axını və ABŞ-dən asılılığı

13 sentyabr
.

Hellouin təhlükə altında: İsti hava bayramın əsas simvolunu məhv edə bilər

Bu il Hellouin üçün yetişdirilən balqabaqlar ənənəvi fənərlər hazırlamaq üçün çox kiçik ola bilər. Qaynarinfo "The Independent"ə istinadən xəbər verir ki, buna rekord istilik dalğaları və məhsulun inkişafına mənfi təsir göstərən uzunmüddətli quraqlıq səbəb olub. Narıncı balqabaqlar ənənəv

16 sentyabr
.

Bu ölkədə 10 avroya dağ havası satılır

Avstriyada 10 avroya dağ havası satılır. xəbər verir ki, bu barədə dünyaca məşhur turizm məkanı olan Avstriyanın Halştat kəndinə səyahət edən türkiyəli turist bildirib. Kənddə qeyri-adi məhsulla qarşılaşdığını deyən turist sosial şəbəkədə üzərində "Halştat havası" yazısı olan xüsusi qablaşdırmanı

15 sentyabr