Kimlərə qurban əti vermək olmaz? - AÇIQLAMA
Qurbanlıq heyvanın ətini paylamaq bayramın savab əməllərindən hesab olunur. İnsanlar adətən bu ətdən qonum-qonşuya, dost-tanışa, yoxsullara pay ayırırlar. Lakin bir məsələ var, görəsən, savab əməl etmək istəyərkən günaha batdığımız an varmı? Qurban ətinin verilməsinin qadağan olunduğu kəslər var?
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, ilahiyyatçı Hacı Fuad Nurullayev Lent.az-a açıqlamasında bildirib ki, qurban ətinin kiməsə verilməməsi ilə bağlı dini baxımdan konkret qadağa yoxdur:
"Qurban əti adətən üç hissəyə bölünür. Bir hissəsi qurban kəsən şəxsin ailəsinə ayrılır, digər hissəsi qohumlar arasında ehtiyacı olan insanlara verilir, qalan hissəsi isə qonşulara, tanışlara və uzaq adamlara paylana bilər.
Qurban ətinin kimlərə verilməməsi ilə bağlı konkret bir hökm yoxdur. Qurban kəsən şəxs bu məsələdə seçim hüququna malikdir və istədiyi şəxsə ətdən pay verə bilər. Burada din, məzhəb və ya irq fərqi əsas götürülmür. Qurban kəsmək yalnız Məkkədə Həcc ziyarətini yerinə yetirən şəxslər üçün vacib hesab olunur. Digər insanlar üçün qurban kəsmək vacib olmasa da, savab əməl sayılır.
Məntiqi baxımdan qurban ətinin daha çox ehtiyacı olan şəxslərə, yaşlılara, kimsəsizlərə, aztəminatlı ailələrə, yoxsullara və sosial dəstəyə ehtiyacı olan insanlara verilməsi tövsiyə edilir. Təbii ki, qurban kəsən şəxslər bunu nəzərə alaraq əti əsasən həmin ünvanlara paylamağa üstünlük verirlər. Evində əti olan, yaxşı yaşayan, hər cür maddi imkanı olan adama qurban əti verməzlər. Allah kəsilən qurbanları qəbul etsin".
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 909 Tarix: 26 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bina bombaların hədəfi oldu, gənc qadın görün nə etdi - VİDEO
Ukraynanın Odessa şəhərində hücumdan sonra lentə alındığı bildirilən görüntülər sosial mediada diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, kadrlarda hücum nəticəsində zərər görən yaşayış binası və ətraf ərazidəki vəziyyət əks olunub. Binanın bəzi mərtəbələrində ciddi dağıntıların olduğu, ərazid
18 sentyabrPis yuxu insan beynini qocaldır?
"Yuxu beynin təmizlənmə vaxtıdır. Heyvan modellərində göstərildiyi kimi, dərin yuxu zamanı beyin hüceyrələri arasındakı məsafə genişlənir və qlimfatik sistem adlanan axın gün ərzində yığılan metabolik tullantıları, o cümlədən beta-amiloidi yuyub aparır". Bu fikirləri Səhiyyə Nazirliyinin rəsm
13 sentyabrİtaliyalı qadın hakim sosial şəbəkədə gündəm oldu
İtaliya A Seriyasında keçirilən "Genoa" - "Frosinone" matçında köməkçi hakim kimi vəzifə alan Giuliana Vigile qarşılaşmadan sonra sosial şəbəkələrdə diqqət mərkəzinə düşüb. xarici mediaya istinadla xəbər verir ki, Vigile-nin matç zamanı hakim forması ilə çəkilmiş görüntüləri ilə yanaşı
14 sentyabr"WhatsApp" bu telefonlarda ARTIQ İŞLƏMƏYƏCƏK
Meta şirkəti "WhatsApp"ın ən son təhlükəsizlik standartlarını qorumaq məqsədilə bəzi köhnə Android və "iPhone" modellərinə dəstəyi dayandırır. -a istinadla xəbər verir ki, şirkətin yenilədiyi minimum sistem tələblərinə əsasən, 8 sentyabr 2026-cı ildən Android 6-dan aşağı versiyalarda
13 sentyabrMumiyalanmış insan qalıqları internetdə satılır: Həyəcan təbili
Bioarxeoloqlar sosial şəbəkələrdə, onlayn marketpleyslərdə və hərraclarda mumiyalanmış insan qalıqlarının satışının artması ilə bağlı sağlamlıq üçün real təhlükə barədə xəbərdarlıq ediblər. Alimlər bu qənaətə mumiyaların fraqmentlərinin satışı ilə bağlı 128 elan və paylaşımı araşdırdıqdan sonra gəliblər
17 sentyabrAncelina Colinin səmimi müsahibəsi: Nələri etiraf etdi?
Ancelina Coli "L'Officiel" jurnalına səmimi müsahibə verib. -ın xəbərinə görə, 51 yaşlı aktrisa və rejissor övladları böyüdükdən sonrakı həyatı, yeni yaradıcılıq planları, humanitar missiyası və daha çox səyahət etmək istəyi barədə danışıb. Fotosessiya üçün Coli Fendi, Ferragamo brendlərini
15 sentyabrBir mənzil qiymətinə kənd aldı - Fotolar
Amerikalı sahibkar Ceyson Li Bekvit İspaniyanın Zamora əyalətində 37 ildir yaşayış olmayan Salto de Kastro kəndini 310 min avroya (təxminən 608 min manat) alıb. "Qafqazinfo" xəbər verir ki, Salto de Kastroda 44 ev, məktəb, bar, köhnə kazarma binaları və tarixi kilsə yerləşir. Kənd 1946-cı ild
15 sentyabr