Niyə parlaq yuxulardan sonra özümüzü yorğun hiss edirik? - Alimlərin cavabı

Niyə parlaq yuxulardan sonra özümüzü yorğun hiss edirik? - Alimlərin cavabıBir çox insan ən azı bir dəfə parlaq və emosional yuxularla dolu gecədən sonra tam yorğunluq hissi ilə oyanıb. Alimlər bildirirlər ki, səbəb yuxunun məzmunundan çox, yuxunun keyfiyyəti və beynin istirahət zamanı necə işləməsi ilə bağlıdır.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Independent" yazır.

Məqalədə qeyd olunur ki, parlaq yuxulardan sonra baş "ağır" hiss edilə, düşüncələr qarışıq ola və orqanizm özünü istirahət etmiş kimi hiss etməyə bilər. Hətta elə görünə bilər ki, beyin bütün gecə fasiləsiz işləyib.

Hər kəs yuxu görür, sadəcə hamı bunu xatırlamır

"Yuxuların əsas hissəsi REM adlanan sürətli yuxu mərhələsində yaranır. Bu mərhələ ümumi gecə yuxusunun təxminən 20-25%-ni təşkil edir. İnsan gecə ərzində dörd-altı REM dövrü keçirir və səhərə yaxın bu mərhələlər daha uzun olur", deyə məqalədə bildirilir.

Alimlər vurğulayırlar ki, bütün insanlar hər gecə bir neçə dəfə yuxu görür. Sadəcə, hər kəs onları xatırlamır.

Adətən insanlar REM mərhələsi zamanı və ya dərhal sonra oyandıqları halda yuxuları daha yaxşı xatırlayırlar. Yuxunun emosional olması, gecə ərzində qısa oyanmalar və beynin fərdi xüsusiyyətləri də buna təsir edir.

Müntəzəm olaraq çox parlaq və emosional yuxuları xatırlayan insanlar adətən daha səthi və tez-tez bölünən yuxuya malik olurlar.

Beyində nə baş verir?

REM mərhələsində beyin gündüz olduğu qədər aktiv işləyir. Eyni zamanda bədən faktiki olaraq iflic vəziyyətində olur - bu, insanın yuxuda gördüyü hərəkətləri real həyatda təkrarlamaması üçün təbii qoruyucu mexanizmdir.

Bu dövrdə beynin emosiyalara cavabdeh hissələri - amiqdala, hipokamp və talamus xüsusilə aktiv olur. Məntiq və rasional düşüncəyə cavabdeh olan prefrontal korteks isə daha zəif fəaliyyət göstərir.

Məhz buna görə yuxular həm çox emosional və real görünə, həm də tamamilə məntiqsiz ola bilər.

Bir çox insan düşünür ki, yuxular qısa fraqmentlər və ya ani görüntülərdən ibarətdir. Lakin araşdırmalar bunun əksini göstərir. Alimlər müəyyən ediblər ki, REM mərhələsində görülən yuxular adətən həmin mərhələnin davam etdiyi qədər uzun sürür.

Məsələn, insana yuxunun 20 dəqiqə davam etdiyi kimi gəlirsə, böyük ehtimalla həqiqətən də belə olub.

Tədqiqatçılar bildirirlər ki, yuxunun özü orqanizmi insanın özünü tam tükənmiş hiss edəcəyi qədər yormur.

Əsas səbəb başqa amildir: insan yuxunu xatırlayırsa, deməli, REM mərhələsi zamanı və ya dərhal sonra oyanıb. Hətta qısa gecə oyanmaları belə orqanizmin bərpası üçün ən vacib olan dərin yuxu mərhələlərini pozur.

Dərin yuxu zamanı beyin gün ərzində toplanaraq yorğunluq yaradan adenozin maddəsindən də təmizlənir. Yuxu tez-tez bölünərsə, beyin tam "təmizlənməyə" imkan tapmır və insan növbəti gün özünü yorğun hiss edir.

Bundan əlavə, REM mərhələsindən oyanmaq orqanizm üçün yüngül yuxu mərhələlərindən oyanmaqdan daha çətindir. Bu zaman "yuxu inertliyi" deyilən vəziyyət yaranır - beyin uzun müddət tam ayıla bilmir, insan başında duman hiss edir və güclü halsızlıq yaşayır.

Problem yuxularda deyil, yuxunun keyfiyyətindədir
Əgər yuxu mütəmadi olaraq bölünür və ya insan kifayət qədər yatmırsa, beyin növbəti gecələrdə REM mərhələsinin çatışmazlığını kompensasiya etməyə çalışır. Bu hal "REM rebound" - yəni REM yuxusunun bərpası adlanır.

Məhz buna görə stress, yuxusuzluq və ya həddindən artıq yorğunluq dövrlərindən sonra insanlar daha parlaq və emosional yuxular görürlər.

Alimlər qeyd edirlər ki, insan demək olar bütün yuxularını mütəmadi xatırlayır, hər gün yorğun oyanır və gün ərzində yuxululuq hiss edirsə, bu, yuxu strukturunun pozulmasına işarə edə bilər.

Belə hallarda həkimlər mütəxəssisə müraciət etməyi və gecə yuxusunun keyfiyyətini yoxlatdırmağı tövsiyə edirlər.

Yaxşı yuxu üçün hansı məhsullar tövsiyə olunur
Alimlərin sözlərinə görə, melatonin insan beyninin yuxu və oyanıqlıq dövrünü tənzimləmək üçün istehsal etdiyi hormondur. Bu maddə bəzi qidalarda da mövcuddur - məsələn, göbələk, yumurta, qızılbalıq, turş albalı və digər məhsullarda.

Bu məhsullar melatonin səviyyəsinin artmasına kömək edə və yuxunu yaxşılaşdıran faydalı maddələr ehtiva edə bilər. Xüsusilə turş albalı şirəsinin yuxunu yaxşılaşdırdığı sübut olunub. O, həm də iltihabı azaltmağa kömək edən polifenollar adlı antioksidantlarla zəngindir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 429   Tarix: 29 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İnsan ölənə yaxın bu 4 sözü deyir - "Səni sevirəm"...

İnsan həyatının son anlarında nələr düşünür və hansı sözləri deməyə çalışır? Uzun illər ağır xəstələrlə çalışan məşhur onkoloq insanların ölümə yaxın vaxtlarda ən çox işlətdikləri dörd ifadəni açıqlayıb. xarici mediaya istinadla xəbər verir ki, tanınmış onkoloq, yazıçı və Pulitser mükafatı laureatı Siddharth

15 noyabr
.

Köhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu

Bir vaxtlar faylların saxlanılması və ötürülməsi üçün ən çox istifadə olunan USB fleşkartlar indi əvvəlki qədər populyar deyil. Lakin evdə qalan köhnə fleşkartları atmağa tələsməyin. fləşkartın kompüterin təhlükəsizliyini artırmaqdan tutmuş avtomobildə musiqi dinləməyə qədər yenidən istifadə etməyi

14 noyabr
.

Arıqlamaq üçün 18:00-dan sonra yemək yeməyənlərə - Xəbərdarlıq

Endokrinoloq Qriqori Dolquşin arıqlamaq istəyən şəxslərin saat 18:00-dan sonra qidadan tamamilə imtina etməsinin sağlamlıq üçün zərərli olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, həkim bu barədə məlumat paylaşıb. Mütəxəssis izah edib ki, insan acqarına yatdıqda ya gecə yarısı oyanıb yemə

17 noyabr
.

Pomidoru soyuducuda saxlamayın

Təzə pomidorları soyuducuda saxlamaq onların dadına, ətrinə və quruluşuna mənfi təsir göstərə bilər. Mütəxəssislərin fikrincə, pomidorları otaq temperaturunda saxlamaq daha məqsədəuyğundur. xarici mediaya istinadən xəbər verir ki, meyvə, tərəvəz və göyərtiləri aldıqdan dərhal sonra soyuducuya yerləşdirmə

14 noyabr
.

Ölümdən iki gün əvvəl orqanizmdə nə baş verir?

Həyatın son 48 saatında insan orqanizmi həyati funksiyalarını qorumaq qabiliyyətini tədricən itirir. Həyatın son 48 saatında insan bədəni nəzərəçarpacaq dəyişikliklərə məruz qala bilər. İnsan zəifləyir, daha çox yatır, yeməyə az maraq göstərir və nəfəs alma və qan dövranı tədricən dəyişir. Bu təzahürlə

15 noyabr
.

Mətbəxdə paket yığanlara mütəxəssislərdən xəbərdarlıq: Təhlükə saçır

Milyonlarla evdə marketlərdən gətirilən plastik paketlər "bir gün lazım olar" deyə mətbəx şkaflarında və ya rəflərin altında toplanır. Lakin mütəxəssislər demək olar ki, hər kəsin etdiyi bu vərdişin ciddi səhiyyə təhlükələri yaratdığını bildirərək, həmin paketlərin dərhal evdən atılması üçü

7 noyabr
.

Bu qış dəbdə olacaq ayaqqabılar - Stilistdən əsas trendlər

2026-2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələ

12 noyabr
.

Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq

"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv

13 noyabr
.

Qocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı

Sağlam yaşlanmaq, dərinin gəncliyini qorumaq və immuniteti güclü saxlamaq hər zaman diqqət mərkəzindədir. Orqanizmin özünün istehsal etdiyi, lakin qidalar vasitəsilə də dəstəklənməli olan kükürd tərkibli sistein amin turşusu hüceyrələrin yenilənməsində mühüm rol oynayır. Hüceyrələrin qocalmasının qarşısın

13 noyabr