Puqaçovanın qəsri muzey ola bilər
Şoumen və prodüser Gera İvaşenko müğənni Alla Puqaçovanın Rusiyanın Qryaz kəndində yerləşən qəsrinin muzeyə çevrilməsini təklif edib.
Axşam.az xəbər verir ki, o, bu barədə müsahibəsində danışıb. İvaşenkonun sözlərinə görə, bu addım uzun müddətdir istifadəsiz qalan binanın yenidən canlanmasına və bölgəyə turist axınının artmasına kömək edə bilər.
"Özüm də ora gedər, baxar və icmal çəkərdim. İnsanlar da həmin yerə maraq göstərərdi. Qryaz kəndi müəyyən turizm potensialı qazanardı. Hətta bu evi gedən bir dövrün simvolu kimi dövlət statusu ilə qorumaq olar" deyə, prodüser bildirib.
Qeyd edək ki, Alla Puqaçova və həyat yoldaşı, komediyaçı Maksim Qalkin Qryaz kəndindəki mülklərinin bir hissəsini əkiz övladları Harri və Lizanın adına keçiriblər. Mediada yayılan məlumata görə, məşhurlar torpaq sahəsinin altıda bir hissəsini uşaqlarına bağışlayıblar. Bildirilir ki, bu addım mülkün gələcəkdə əlindən alınmaması məqsədilə atılıb.
Xatırladaq ki, Rusiyanın Ukraynada başladığı müharibədən sonra Alla Puqaçova həyat yoldaşı Maksim Qalkin və övladları ilə birlikdə Rusiyanı tərk edərək İsrailə köçüb. Hazırda ailə müxtəlif ölkələrdə səyahət edir. Onlar Latviya və Fransada da görüntülənsələr də, əsas yaşayış yerlərinin İsrail olduğu bildirilir. Cütlüyün İsrail pasportu və Kipr vətəndaşlığı da var.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1170 Tarix: 29 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ İranın 104 ticarət gəmisini ələ keçirib
İranın dəniz blokadası bərpa olunandan bəri ABŞ Hərbi Dəniz Qüvvələri İran limanlarına gedən və ya çıxan 104 ticarət gəmisini saxlayıb. xəbər verir ki, bunu ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) bildirib. "ABŞ qüvvələri qaydalara tam uyğunluğunu təmin etmək üçün 104 ticarət gəmisin
18 sentyabrKörfəz dövlətləri ABŞ-ın etibarlılığını şübhə altına alır
Yaxın Şərqdəki münaqişə fonunda Körfəz ölkələri ABŞ-ın təhlükəsizlik zəmanətlərinin etibarlılığını şübhə altına almağa başlayıblar. xəbər verir ki, ABŞ-ın münaqişəyə İsrail tərəfində girməsi, lakin nəticələrini aradan qaldıra bilməməsi region dövlətləri üçün gözlənilməz olub. Məqaləyə görə, Fars körfəz
15 sentyabrKolumbiyada təyyarənin qəzaya uğraması nəticəsində beş nəfər həlak olub
Kolumbiyada Çoko departamentinin Kondoto şəhərindən Boqotadakı Quaymaral hava limanına uçuş zamanı qəzaya uğrayan Cessna T206 təyyarəsi tapılıb. Təyyarədə olan beş nəfərin hamısı həlak olub. xəbər verir ki, bu barədə 16 sentyabrda ölkə prezidenti Abelardo de la Esperanza X sosial şəbəkəsində məluma
17 sentyabrRusiyadan Ermənistana təbii qaz tədarükü dayandırılacaq
Rusiya Federasiyasında planlaşdırılan profilaktik və təmir işləri ilə əlaqədar olaraq Ermənistana təbii qazın tədarükü müvəqqəti olaraq dayandırılacaq. xəbər verir ki, bu barədə "Qazprom Ermənistan" QSC məlumat yayıb. "Rusiya Federasiyasında Şimali Qafqaz-Zaqafqaziya qaz kəmərində planlaşdırıla
14 sentyabrVarşava hava limanında sərnişinlər təxliyə ediliblər
Varşavanın Frederik Şopen adına hava limanında sərnişinlər nəzarətsiz baqaj barədə məlumatlardan sonra terminalın bir neçə hissəsindən təxliyə ediliblər. xəbər verir ki, Polşa Sərhəd Mühafizə Xidmətinin mina təmizləmə mütəxəssisləri hadisə yerinə gələrək obyekti potensial təhlükə baxımından yoxlayıblar
16 sentyabrNATO qırıcıları ilk dəfə Litva üzərində pilotsuz təyyarəni vurub
Litva prezidenti Gitanas Nauseda NATO qırıcı təyyarələrinin Litva səmasında bir pilotsuz təyyarəni vurduğunu bildirib. xəbər verir ki, X sosial şəbəkəsində təfərrüatları açıqlamadan "Müttəfiqlərə tez reaksiyalarına görə təşəkkür edirəm" yazıb. LRT qəzetinin məlumatına görə, pilotsuz təyyar
15 sentyabrBu ölkədə 1 əsr yaşayanların sayı 100 mini keçdi - Yeni rekord
Yaponiyada 100 və daha yuxarı yaşda olan insanların sayı ilk dəfə 100 mini keçərək 107 min 677 nəfərə çatıb. Bununla da ölkədə 100 yaşdan çox yaşayanların sayı ardıcıl 56-cı il artaraq yeni rekorda yüksəlib. "Qafqazinfo" xəbər verir ki, Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyinin məlumatın
16 sentyabr