"Qara delfin" həbsxanasında qalmaqal: Ömürlük həbsdə olan senator beş milyon dollara kef çəkmək istədi
Ömürlük həbs cəzası çəkən rusiyalı keçmiş senator Rauf Araşukov "Qara delfin" həbsxanasının əməkdaşlarına imtiyazlar əldə etmək üçün daha əvvəl 5 milyon dollar rüşvət təklif edib.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə məhkəmə sənədlərindən məlum olur.
"Əməliyyat-istintaq tədbirləri çərçivəsində koloniyanın əməliyyat şöbəsinin rəisi R.R.Araşukovla təxminən beş dəfə görüşüb. Üstəlik, məhz R.R.Araşukov ona ilkin olaraq beş milyon dollar məbləğində rüşvət təklif edib, növbəti görüşdə isə Rusiya Federal Penitensiar Xidmətinin (Orenburq vilayəti) sədrinə verilməsi üçün beş milyon rubl, onun özünə isə cəzasını çəkərkən limitsiz telefon danışıqları, görüşlər, göndərmələr, kamera yoldaşını seçmə və iş daxil olmaqla, güzəştli imtiyazlar üçün bir milyon rubl təklif edib", - deyə sənəddə bildirilib.
Daha əvvəl TASS-ın bildirdiyinə görə, rüşvət işi üzrə məhkəmə iclaslarının birində Araşukov Orenburq vilayəti üzrə Federal Penitensiar Xidmətinin rəhbərinin dindirilməsi üçün vəsatət qaldırıb, lakin onun tələbi rədd edilib.
Rauf Araşukov 30 yanvar 2019-cu ildə Federasiya Şurasının qapalı iclasında saxlanılıb və elə həmin gün həbs edilib. Həmçinin onun atası, "Qazprom Mejreqionqaz" şirkətinin baş direktorunun keçmiş müşaviri Raul Araşukov da həbs edilib. 27 dekabr 2022-ci ildə Moskva Şəhər Məhkəməsi andlılar heyəti Araşukovları ömürlük həbs cəzasına məhkum edib və onları mütəşəkkil cinayətkar qruplaşma yaratmaqda, "Adıqe Xase" gənclər hərəkatının sədri Aslan Jukovun və Qaraçay-Çərkəz prezidentinin müşaviri Fral Şebzuxovun qətllərinin təşkilində, eləcə də "Qazprom"dan 4,4 milyard rubl məbləğində qaz mənimsəməkdə təqsirli bilib. Qətllər qaz oğurluğu ilə bağlı məlumatları gizlətmək məqsədilə törədilib.
Rauf Araşukov ömürlük həbs cəzası çəkərkən Rusiya Cinayət Məcəlləsinin 291-ci maddəsinin 5-ci hissəsi (bir qrup şəxs tərəfindən əvvəlcədən əlbir olmaqla açıq-aşkar qanunsuz hərəkətlər törədilməsi üçün vasitəçi üzərindən vəzifəli şəxsə xüsusilə külli miqdarda rüşvət vermə) üzrə ittiham olunub.
İstintaq versiyasına görə, təqsirləndirilən şəxs vəkili vasitəsilə Rusiya Federal Penitensiar Xidmətinin Orenburq vilayəti üzrə əməkdaşına 3 milyon rubl rüşvət ötürüb. Bu pul koloniyada cəzaçəkmə müddətində güzəştli şərait yaratmaq üçün nəzərdə tutulmuşdu. 13 yanvar 2026-cı ildə Orenburqun Leninski Rayon Məhkəməsi keçmiş senatoru rüşvət işi üzrə 10 il həbs cəzasına və 120 milyon rubl cəriməyə məhkum edib. Cəzaların ümumi məbləğinə əsasən isə ona ömürlük həbs cəzası və 120 milyon rubl cərimə təyin edilib. 18 mart 2026-cı ildə apellyasiya instansiyası hökmü qüvvədə saxlayıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1085 Tarix: 30 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kolumbiyada təyyarənin qəzaya uğraması nəticəsində beş nəfər həlak olub
Kolumbiyada Çoko departamentinin Kondoto şəhərindən Boqotadakı Quaymaral hava limanına uçuş zamanı qəzaya uğrayan Cessna T206 təyyarəsi tapılıb. Təyyarədə olan beş nəfərin hamısı həlak olub. xəbər verir ki, bu barədə 16 sentyabrda ölkə prezidenti Abelardo de la Esperanza X sosial şəbəkəsində məluma
17 sentyabrÜrəyində tikiş iynəsi aşkarlandı
Çində sidikdə qan olması şikayəti ilə xəstəxanaya müraciət edən 35 yaşlı əqli inkişaf pozuntusu olan şəxsin ürəyində 36 millimetr uzunluğunda tikiş iynəsi aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, xəstənin xəstəxanaya gətirilərkən həyati göstəriciləri normal olub. Lakin həkimlər döş qəfəsini
15 sentyabrGürcüstan Azərbaycana yeni səfir təyin etdi
Giorgi Zakaraşvili Gürcüstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib. xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Qeyd olunur ki, Zakaraşvili ölkənin xaricdəki diplomatik nümayəndəliklərində çoxillik iş təcrübəsinə malikdir. Diplomat 2021-ci ildə
16 sentyabrİndoneziyada bərənin aşması nəticəsində itkin düşən 130 nəfər axtarılır
İndoneziyadakı xilasedicilər artıq ikinci gündür ki, Yava dənizində sərnişin gəmisinin batması nəticəsində itkin düşmüş 130 nəfəri axtarırlar. xəbər verir ki, son məlumatlara görə, axtarış-xilasetmə əməliyyatlarında 622 mütəxəssis və təxminən 12 gəmi iştirak edir. 14 sentyabr səhəri etibarilə 6 nəfə
14 sentyabrBu ölkədə 1 əsr yaşayanların sayı 100 mini keçdi - Yeni rekord
Yaponiyada 100 və daha yuxarı yaşda olan insanların sayı ilk dəfə 100 mini keçərək 107 min 677 nəfərə çatıb. Bununla da ölkədə 100 yaşdan çox yaşayanların sayı ardıcıl 56-cı il artaraq yeni rekorda yüksəlib. "Qafqazinfo" xəbər verir ki, Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyinin məlumatın
16 sentyabrTramp İranın onunla razılaşmaq istədiyini düşünür
ABŞ prezidenti Donald Tramp bir daha İranla münaqişəyə tezliklə son qoya biləcəyini bildirib. xəbər verir ki, o, Şimali Karolinada jurnalistlərə bildirib:. "Ümid edirəm ki, müharibənin sonuna yaxınlaşırıq. İran razılaşma əldə etmək istəyir, görək işlər necə gedəcək". Daha əvvəl Tramp Tehranl
17 sentyabrLukaşenko ABŞ-nin xüsusi elçisi ilə görüşüb
Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampın Belarus üzrə xüsusi elçisi Con Kolun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. "Report" xəbər verir ki, bu barədə BELTA məlumat yayıb. "Cəmiyyət sizin səfərlərinizi böyük maraqla qarşılayır. Qonşular və digər dövlə
15 sentyabrHellouin təhlükə altında: İsti hava bayramın əsas simvolunu məhv edə bilər
Bu il Hellouin üçün yetişdirilən balqabaqlar ənənəvi fənərlər hazırlamaq üçün çox kiçik ola bilər. Qaynarinfo "The Independent"ə istinadən xəbər verir ki, buna rekord istilik dalğaları və məhsulun inkişafına mənfi təsir göstərən uzunmüddətli quraqlıq səbəb olub. Narıncı balqabaqlar ənənəv
16 sentyabrRusiyadan Ermənistana təbii qaz tədarükü dayandırılacaq
Rusiya Federasiyasında planlaşdırılan profilaktik və təmir işləri ilə əlaqədar olaraq Ermənistana təbii qazın tədarükü müvəqqəti olaraq dayandırılacaq. xəbər verir ki, bu barədə "Qazprom Ermənistan" QSC məlumat yayıb. "Rusiya Federasiyasında Şimali Qafqaz-Zaqafqaziya qaz kəmərində planlaşdırıla
14 sentyabr