Rusiyada sosial şəbəkə vasitəsilə terror aktına cəlb edilən yeniyetmələr həbs edilib

Rusiyada sosial şəbəkə vasitəsilə terror aktına cəlb edilən yeniyetmələr həbs edilibRusiya Federasiyasının Krasnodar diyarından olan iki yeniyetmə, o cümlədən yetkinlik yaşına çatmayan şəxs, terror aktına hazırlıq üzrə cinayət işinin iştirakçısı olub.

"Report" xəbər verir ki, bu barədə Rusiya mediası ölkənin İstintaq Komitəsinə istinadən məlumat yayıb.

Onlar Tuapsedəki inzibati binalardan birində partlayış törətməyi planlaşdırırdılar.

İş materiallarına görə, martda Kuban vilayətinin 18 yaşlı sakini sosial şəbəkədə terror təşkilatlarından birinin üzvü ilə yazışmaya başlayıb. Kurator yeniyetməyə 300-500 dollar müqabilində özüyığma bomba hazırlamağı təklif edib, o da tapşırığın icrasına 17 yaşlı tanışını cəlb edib.

Həmçinin istintaq komitəsinin iddialarına görə, kuratorun tapşırığı ilə yeniyetmələr hərbi obyektin çəkilişini aparıb, mühafizənin və videomüşahidə kameralarının yerləşməsi barədə məlumatları ötürüblər. Bundan sonra yeniyetmələrdən birinin hesabına 30 dollar daxil olub.

Cinayətin qarşısı FTX əməkdaşları tərəfindən alınıb. Saxlanılanlar barəsində RF CM-nin 205-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi, 30-cu maddəsinin 1-ci hissəsi üzrə iş qaldırılıb. İstintaqda əlavə ediblər ki, dindirilmə zamanı yeniyetmələr günahlarını etiraf ediblər. Məhkəmə onları istintaq təcridxanasına göndərib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 105   Tarix: 30 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

40 ildən sonra dünya əhalisi yarıbayarı AZALA BİLƏR

Yer kürəsinin əhalisi ciddi ekoloji böhran baş verəcəyi təqdirdə 2064-cü ilə qədər iki dəfə azala bilər. xəbər verir ki, bu barədə müvafiq tədqiqatın müəlliflərindən biri Alessio Cakkone (Alessio Zaccone) Phys.org portalında dərc olunan məqaləsində bildirib. Alim vurğulayıb ki, bu ssenari qəti proqno

27 may
.

Rusiya Ermənistandakı səfirini geri çağırdı (SƏBƏB)

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan rəhbərliyinin Avropa İttifaqı (Aİ) ilə yaxınlaşma istiqamətində atdığı addımlarla əlaqədar məsləhətləşmələr üçün Moskvaya çağırılıb. Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistan mediası Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir

30 may
.

Evdən çıxarkən şəkil çəkmək vərdişi niyə faydalıdır? - Vaxt, pul və stressə qənaət

Evdən çıxmazdan əvvəl evin telefonla fotoşəklini çəkmək sadə bir vərdiş kimi görünsə də, gündəlik həyatda bir sıra praktik faydalar verə bilər. Qaynarinfo-nun "Better Homes & Gardens" portalına istinadən məlumatına görə, mütəxəssislər bildirirlər ki, bu üsul insanlara evdən çıxarkən dah

29 may
.

Süni intellektlə işləyən yeni raketi sınaqdan keçirdilər

Koreya Xalq Demokratik Respublikasında (KXDR) çoxməqsədli yüngül raketlərin ən yeni buraxılış sisteminin, həmçinin taktiki qanadlı raketlərin zərbə atəşi sisteminin sınaqları keçirilib. bildirir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyinə (KMTA) istinadən xəbər verir. Məlumata görə, Şimali Korey

27 may
.

Hansı duzdan istifadə edək? - Həkim xəbərdarlıq edir

Tiroid xəstəliklərinin sürətlə yayılması mütəxəssisləri narahat edir. Xüsusilə son illər dəbə çevrilən Himalay duzunun həddindən artıq istifadəsinin sağlamlıq üçün risk yarada biləcəyi bildirilir. Mütəxəssislər yod çatışmazlığının tiroid problemlərinin əsas səbəblərindən biri olduğunu vurğulayaraq, yodl

26 may
.

Hər 6 ildən bir 6 bal gücündə zəlzələnin baş verdiyi yer

Sakit okeanın dərinliklərində yerləşən "Gofar qırılma xətti" təxminən 30 ildir alimlərin diqqət mərkəzindədir. Bu bölgədə təxminən hər 5-6 ildən bir oxşar gücdə zəlzələlər qeydə alınır və ən maraqlısı odur ki, sarsıntılar demək olar eyni nöqtədə və eyni enerji səviyyəsində təkrarlanır. Qaynarinf

26 may
.

Laosda su basmış mağaradan 10 gündən sonra dörd nəfər xilas edilib

10 gün sonra xilasedicilər Laosda su basmış mağaradan dörd kişini azad ediblər. Bu barədə "Report" xarici mediaya istinadən xəbər verir. Hadisə mərkəzi Saysombun əyalətində baş verib, burada yeddi nəfərdən ibarət kənd sakinləri qrupu qızıl axtarışı ilə dar yeraltı tunellərə girib. Mayın 20-d

30 may
.

Külək əslində necə yaranır?

Gündəlik həyatda küləyə adətən yalnız bizi narahat etdikdə diqqət edirik, amma onun arxasında atmosferdə havanın hərəkətini idarə edən mürəkkəb fiziki proseslər dayanır. Qaynarinfo xəbər verir ki, küləyin əsas səbəbi Yer səthinin Günəş şüaları ilə qeyri-bərabər qızmasıdır. Qurunun və ya okeanın bəz

29 may
.

Rusiyada sosial şəbəkə vasitəsilə terror aktına cəlb edilən yeniyetmələr həbs edilib

Rusiya Federasiyasının Krasnodar diyarından olan iki yeniyetmə, o cümlədən yetkinlik yaşına çatmayan şəxs, terror aktına hazırlıq üzrə cinayət işinin iştirakçısı olub. "Report" xəbər verir ki, bu barədə Rusiya mediası ölkənin İstintaq Komitəsinə istinadən məlumat yayıb. Onlar Tuapsedəki inzibat

30 may