"Uzak Şehir"in ulduzları arasında gizli münasibət ortaya çıxdı
Kanal D-nin reytinq rekordları qıran "Uzak Şehir" serialı bu dəfə aktyorlarının şəxsi həyatı ilə gündəmə gəlib.
Sonxeber.az Musavat.com-a istinadən xəbər verir ki, serialda Şahin Albora obrazını canlandıran Alper Çankaya ilə Pakize rolunun ifaçısı Yaren Güldiken arasında münasibət yaşandığı ortaya çıxıb.
Türkiyə mediasında yayılan məlumatlara görə, aktyorlar arasında yaxınlıq serialın çəkiliş meydançasında başlayıb və zamanla sevgiyə çevrilib. Bir müddətdir eşq yaşadıqları iddia edilən cütlüyün birlikdə çəkilmiş fotolarının yayılması şayiələri daha da gücləndirib.
Məlumata əsasən, serial mövsüm finalına girdikdən sonra tətilə yollanan cütlük birlikdə görüntülənib. Sosial şəbəkələrdə yayılan fotolar qısa zamanda böyük marağa səbəb olub. Bununla belə, hər iki aktyor münasibətləri ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Digər tərəfdən, Alper Çankayanın "Uzak Şehir" serialı ilə yollarını ayıracağı da bildirilib. İddialara görə, aktyor mövsüm finalından sonra layihədən ayrılacaq.
Türkiyə mətbuatında yer alan xəbərlərə əsasən, Alper Çankaya artıq yeni layihə ilə razılıq əldə edib. Uğurlu aktyorun yaxın zamanda çəkilişlərinə start veriləcək Netflix platformasının "Evə gedən yol" serialının aktyor heyətinə qoşulduğu qeyd olunur.
Qeyd edək ki, "Uzak Şehir" serialı yayımlandığı gündən etibarən həm mövzusu, həm də aktyor heyəti ilə geniş izləyici auditoriyası qazanıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ayseldən Murad Adıgözəlzadə ilə bağlı xəbərə reaksiya
Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadənin səhhətində problem yaranıb. Axşam.az-ın məlumatına görə, Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində bununla bağlı paylaşım edib. Paylaşıma şərh yazanlar arasında M.Adıgözəlzadənin keçmiş həyat yoldaşı, müğənni Aysel Teymurzad
5 sentyabrFiruzə İbadova xəstəxanaya yerləşdirilib
Əməkdar artist Firuzə İbadova xəstəxanaya yerləşdirilib. Axşam.az xəbər verir ki, bu haqda aparıcı Elgiz Əkbər yutubdakı verilişində deyib. O bildirib ki, müğənninin vəziyyəti ağırdır. Daha sonra F.İbadovanın qızı Hülya verilişə zəng edərək "Əməliyyat olunub, reanimasiyaya yerləşdirilib. Vəziyyət
9 sentyabrBoşanıb, ayrıla bilməyən məşhurlar
Şou-biznes dünyasında boşanmalar çox vaxt qalmaqal, xəyanət ittihamları və milyonluq əmlak davaları ilə yadda qalır. -ın əməkdaşının bu mövzu ilə bağlı araşdırmasını təqdim edir:. Nikahları bitsə də, münasibətlərini düşmənçiliyə çevirməyən və keçmiş həyat yoldaşları ilə dost qalmağı bacaran məşhurlarhe
30 avqustZabitə Alıyevanın toyu oldu (FOTO)
Xanəndə Zabitə Alıyevanın toy mərasimi keçirilib. Qaynarinfo xəbər verir ki, məclisdən görüntülər sosial şəbəkələrdə sənət adamları tərəfindən paylaşılıb. Toy mərasimində Zabitə Alıyevanın yaxınları ilə yanaşı, şou-biznes nümayəndələri də iştirak edib
15 sentyabrLedi Qaqa ana oldu - Foto
Dünyaca məşhur müğənni Ledi Qaqa ilk dəfə ana olub. "Qafqazinfo" xəbər verir ki, iş adamı Maykl Polanski ilə birlikdə olan 40 yaşlı sənətçi körpəsi ilə görüntülənib. Qeyd edək ki, L.Qaqa və M.Polanski 2024-cü ildə nişanlanıblar
12 sentyabrFatma Mahmudova qızının nişanını qaytardığını açıqladı
Xalq artisti Fatma Mahmudovanın qızı Nigar Tofiqqızının nişanını qaytardığını açıqlayıb. xəbər verir ki, bu barədə aktrisa aparıcı Elgiz Əkbərin "Şadlıq olsun" verilişində danışıb. O veriliş zamanı toyla bağlı verilən suala aktrisa etiraz edib. Fatma Mahmudova bildirib ki, nişan qayıdıb v
10 sentyabrHəmin obraz ona verilmişdi - Etirazlardan sonra dəyişiklik
Xəbər verdiyimiz kimi, aktyor Serhat Mustafa Kılıçın ölümündən sonra "Teşkilat"dakı rolu həmkarı Savaş Özdemirə həvalə edilib. Axşam.az-ın məlumatına görə, sosial media izləyiciləri yayım şirkətinin bu addımını tənqid edib və Serhatın ruhuna hörmətsizlik kimi qəbul ediblər. Onlar səhhətindək
13 sentyabrDünyaca məşhur müğənninin səhnədə ətəyi düşdü
Dünyaca məşhur müğənni Jennifer Lopez son konsertində bədbəxt geyim qəzası yaşayıb. Mahnı oxuyub rəqs etdiyi zaman kostyumu sürüşən sənətçi səhnədə çətin anlarla üzləşib. Onun köməyinə isə rəqqaslarından biri çataraq vəziyyəti qısa müddətdə toparlayıb. xarici mediaya istinadla xəbər verir ki, səhnəd
4 sentyabr