İmtahan ərəfəsində nələri etmək olmaz? - Psixoloqdan tövsiyələr
"Məktəblilərə imtahan ərəfəsində bütün materialı yenidən öyrənməyə çalışmaq deyil, qüvvələrini düzgün bölüşdürmək və psixoloji olaraq hazırlaşmaq tövsiyə olunur".
Oxu.Az xəbər verir ki, bu barədə Gazeta.ru-ya rusiyalı pedaqoq-psixoloqu Natalya Morozova danışıb.
Mütəxəssisin sözlərinə görə, imtahana bir gün qalmış əsas hazırlıq artıq yekunlaşmalıdır. Bu mərhələdə yeni mövzular öyrənməyə çalışmaq əvəzinə əsas mövzuları, düsturları və qaydaları təkrarlamaq daha faydalıdır.
Psixoloq biliklərin sistemləşdirilməsi üçün qısa plan və vizual sxemlərdən istifadə etməyi tövsiyə edib. Onun sözlərinə görə, bu üsul mövzular arasındakı əlaqələri daha yaxşı görməyə və imtahan zamanı lazım olan məlumatı tez xatırlamağa kömək edir.
Mütəxəssis istirahətin də hazırlığın vacib hissəsi olduğunu vurğulayıb. Bildirilib ki, fasilələr diqqəti qorumağa və stres səviyyəsini azaltmağa kömək edir. Bununla yanaşı, gəzinti və idman kimi aktiv istirahət növlərini kitab oxumaq, musiqi dinləmək və dostlarla ünsiyyət kimi sakit fəaliyyətlərlə növbələşdirmək faydalıdır.
Morozova yuxuya xüsusi diqqət yetirməyi də məsləhət görüb. Onun sözlərinə görə, imtahanlara hazırlıq dövründə gündə ən azı yeddi-səkkiz saat yatmaq və mümkün qədər eyni saatda yatıb oyanmaq vacibdir. Yuxusuzluq yaddaşa, diqqətə və ümumi vəziyyətə mənfi təsir göstərə bilər ki, bu da imtahan nəticələrinə təsirsiz ötüşmür.
Psixoloq yatmazdan yarım saat əvvəl smartfon, planşet və kompüterdən istifadə etməməyi, bunun əvəzinə kitab və ya jurnal oxumağı tövsiyə edib. O qeyd edib ki, isti bitki çayı və nəfəs məşqləri də rahatlamağa kömək edir.
Həyəcanı azaltmağın digər üsullarından biri isə uğurun zehində canlandırılmasıdır. Mütəxəssisin sözlərinə görə, yatmazdan əvvəl imtahanın sakit keçdiyini, suallara inamla cavab verildiyini və yüksək nəticə əldə olunduğunu təsəvvür etmək faydalıdır.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 71 Tarix: 30 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İlanlar bir-birini yeyirmi? - Cavab göründüyü qədər sadə deyil
İlanlar ilk baxışdan göründüyündən daha müxtəlif canlılar qrupudur. Təxminən 4 min ilan növü müxtəlif məməlilər, quşlar, yumurtalar, kərtənkələlər, balıqlar, ilbizlər, qurdlar və həşəratlarla qidalanır. Qaynarinfo xəbər verir ki, bu barədə "Discover Wildlife" yazıb. Bir çox ilan növü, o cümlədə
29 mayAlimlər insan bədənində gizlənmiş üçüncü gözü aşkar etdilər
Alimlər belə nəticəyə gəliblər ki, insan başının mərkəzində yerləşdiyi deyilən sirli "üçüncü göz" əslində mövcud olub, lakin milyonlarla illik təkamül nəticəsində formasını dəyişib. "Daily Mail" nəşrinin yazdığına görə, Böyük Britaniya və İsveç alimləri insanın ən qədim əcdadlarınd
30 mayDünya çempionatının ən yaxşı oyunçusu adına favorit AÇIQLANDI
Bukmekerlər 2026-cı il Dünya çempionatının ən yaxşı oyunçusu mükafatını qazanmağa namizədi açıqlayıblar. -ın xarici mediaya istinadən məluamtına görə, analitiklər İngiltərə millisinin hücumçusu Harri Keyni turnirin ən yaxşı oyunçusu mükafatına əsas namizəd kimi göstəriblər. Onun qalib gəlmək şansı 8.00-dür
26 maySərxoş sürücü ona yazılan cəriməni bəyənmədi: "Bu azdır" - VİDEO
Türkiyənin Isparta şəhərində gecə saatlarında keçirilən alkoqol yoxlaması zamanı maraqlı anlar yaşanıb. xarici mediaya istinadla xəbər verir ki, polis əməkdaşlarının saxladığı xarici vətəndaş qadın sürücünün 1.31 promil sərxoş olduğu müəyyən edilib. Qadına sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə gör
25 mayAtmağa tələsməyin: məhsulların son istifadə tarixləri əslində nəyi göstərir?
İnsanlar çox vaxt avtomatik davranırlar: qablaşdırmanın üzərindəki son istifadə tarixi keçibsə, məhsul dərhal zibilliyə atılır. xarici mediaya istinadən xəbər verir ki, əslində bu tarixlər hər zaman qidanın artıq istifadəyə yararsız olduğunu göstərmir. Çox vaxt bu, sadəcə keyfiyyət göstəricisidir v
24 mayAlimlər "üçüncü göz"ü aşkarladılar
Böyük Britaniya və İsveçdən olan tədqiqatçılar insan kəlləsinin dərinliyində yerləşən sirli "üçüncü göz"ün izlərini araşdıraraq onun insan təkamülündəki rolunu müəyyən etməyə çalışıblar. -a istinadən xəbər verir ki, araşdırmanın nəticələri "Current Biology" jurnalında dərc olunub
27 mayİnsan üçün adi su, yoxsa mineral qazlı su xeyirlidir?
Gündəlik maye qəbulunda ən çox müzakirə olunan mövzulardan biri adi su ilə mineral qazlı suyun müqayisəsidir. Hər iki içki orqanizm üçün vacib hesab olunsa da, onların təsiri fərqlidir. xəbər verir ki, mütəxəssislərin fikrincə, adi su orqanizmin əsas ehtiyaclarını qarşılamaq üçün ən təbii və təhlükəsi
30 maySoyuducunuzun ömrünü qısaldan SƏHVLƏR
Soyuducu günün 24 saatı fasiləsiz işləyən məişət cihazıdır və buna görə çox etibarlı görünür. Lakin əksər insanlar düşünmür ki, gündəlik vərdişlər bu texnikanı yavaş-yavaş sıradan çıxara bilər. Əslində nasazlıqların çoxu qəfil deyil, illərlə yığılan kiçik səhvlərin nəticəsidir. Bu səhvlər soyutma sistemin
30 may