Turşu qoxusunu bankadan saniyələr içində yox edən üsul

Turşu qoxusunu bankadan saniyələr içində yox edən üsulTurşu hazırlayarkən istifadə olunan sirkə, sarımsaq və müxtəlif ədviyyatların kəskin qoxusu çox vaxt bankalara elə hopur ki, adi yuma metodları ilə tamamilə təmizlənmir. Lakin heç bir kimyəvi maddə istifadə etmədən, sadəcə istiliyin gücü ilə bu qoxudan saniyələr içində xilas olmaq mümkündür.

Milli.Az hopmuş turşu qoxusunu tamamilə neytrallaşdıran praktik üsul və diqqət edilməli məqamları təqdim edir:

Şüşə səthlər nə qədər hamar və təmiz görünsə də, mikroskopik səviyyədə qoxu hissəciklərini özündə saxlaya bilir. Xüsusilə uzun müddət ağzı qapalı qalan turşu bankalarında bu qoxu daha da qalıcı olur. Üstəlik, qapağın daxili rezin hissəsi də qoxunu özünə çəkir. Adi qabyuyan mayelər bu kəskin qoxunu tam itirə bilmədiyi üçün əlavə təbii üsullara ehtiyac yaranır.

İstiliyin təsiri ilə şüşə səthə hopmuş sirkə və sarımsaq qoxuları parçalanmağa və buxarlanaraq dağılmağa başlayır. Bankanı bir neçə dəqiqə nəzarətli şəkildə ocağın üzərində tutmaq qoxunu tamamilə yox etmək üçün kifayətdir. Bu üsul təbii olduğu üçün qabda heç bir kimyəvi qalıq buraxmır və şüşə qabı tamamilə qoxusuz vəziyyətə gətirir.

Kəskin temperatur fərqi şüşənin çatlamasına və ya partlamasına səbəb ola bilər. Ona görə də aşağıdakı qaydalara mütləq əməl edin:

Bankanı ocağa qoymazdan əvvəl onun tamamilə boş, təmiz və tam quru olduğundan əmin olun. Üzərində su damcıları qalmamalıdır.

Ani yüksək temperatur şüşəni sındıra bilər, bu səbəbdən mütləq vam (az) atəş seçilməlidir.

Bankanı odda uzun müddət saxlamaq olmaz, sadəcə bir neçə dəqiqə isitmək bəs edir.

Əlinizin yanmaması üçün bankanı ocaqdan götürərkən mütləq mətbəx əlcəyi, dəsmal və ya mətbəx maşasından istifadə edin.

Qapaq hissəsindəki plastik və ya rezin materiallar əriyə biləcəyi üçün onları ocağa yaxınlaşdırmayın, ayrı şəkildə yuyun.

Bankaları təravətli saxlamağın digər təbii yolları
Turşu bitdikdən sonra bankanı içində qalıqlarla saxlamadan dərhal yuyun. Bu, qoxunun dərinə hopmasının qarşısını alır.

Bankanın içinə soda töküb limon qabığı ilə ovmaq da qoxuları neytrallaşdıran təbii vasitədir.

Yuyulmuş bankaların ağzını bağlamadan, günəş görən və hava çəkən bir yerdə bir müddət saxlamaq təbii dezinfeksiya effekti yaradır.

Qapaqdakı rezin qoxunu daha çox saxladığı üçün, eyni bankanı fərqli bir qıda üçün istifadə edərkən qapağını yenisi ilə əvəzləmək daha məqsədəuyğundur.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 982   Tarix: 31 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İnsan ölənə yaxın bu 4 sözü deyir - "Səni sevirəm"...

İnsan həyatının son anlarında nələr düşünür və hansı sözləri deməyə çalışır? Uzun illər ağır xəstələrlə çalışan məşhur onkoloq insanların ölümə yaxın vaxtlarda ən çox işlətdikləri dörd ifadəni açıqlayıb. xarici mediaya istinadla xəbər verir ki, tanınmış onkoloq, yazıçı və Pulitser mükafatı laureatı Siddharth

15 noyabr
.

Köhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu

Bir vaxtlar faylların saxlanılması və ötürülməsi üçün ən çox istifadə olunan USB fleşkartlar indi əvvəlki qədər populyar deyil. Lakin evdə qalan köhnə fleşkartları atmağa tələsməyin. fləşkartın kompüterin təhlükəsizliyini artırmaqdan tutmuş avtomobildə musiqi dinləməyə qədər yenidən istifadə etməyi

14 noyabr
.

Arıqlamaq üçün 18:00-dan sonra yemək yeməyənlərə - Xəbərdarlıq

Endokrinoloq Qriqori Dolquşin arıqlamaq istəyən şəxslərin saat 18:00-dan sonra qidadan tamamilə imtina etməsinin sağlamlıq üçün zərərli olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, həkim bu barədə məlumat paylaşıb. Mütəxəssis izah edib ki, insan acqarına yatdıqda ya gecə yarısı oyanıb yemə

17 noyabr
.

Pomidoru soyuducuda saxlamayın

Təzə pomidorları soyuducuda saxlamaq onların dadına, ətrinə və quruluşuna mənfi təsir göstərə bilər. Mütəxəssislərin fikrincə, pomidorları otaq temperaturunda saxlamaq daha məqsədəuyğundur. xarici mediaya istinadən xəbər verir ki, meyvə, tərəvəz və göyərtiləri aldıqdan dərhal sonra soyuducuya yerləşdirmə

14 noyabr
.

Ölümdən iki gün əvvəl orqanizmdə nə baş verir?

Həyatın son 48 saatında insan orqanizmi həyati funksiyalarını qorumaq qabiliyyətini tədricən itirir. Həyatın son 48 saatında insan bədəni nəzərəçarpacaq dəyişikliklərə məruz qala bilər. İnsan zəifləyir, daha çox yatır, yeməyə az maraq göstərir və nəfəs alma və qan dövranı tədricən dəyişir. Bu təzahürlə

15 noyabr
.

Mətbəxdə paket yığanlara mütəxəssislərdən xəbərdarlıq: Təhlükə saçır

Milyonlarla evdə marketlərdən gətirilən plastik paketlər "bir gün lazım olar" deyə mətbəx şkaflarında və ya rəflərin altında toplanır. Lakin mütəxəssislər demək olar ki, hər kəsin etdiyi bu vərdişin ciddi səhiyyə təhlükələri yaratdığını bildirərək, həmin paketlərin dərhal evdən atılması üçü

7 noyabr
.

Bu qış dəbdə olacaq ayaqqabılar - Stilistdən əsas trendlər

2026-2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələ

12 noyabr
.

Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq

"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv

13 noyabr
.

Qocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı

Sağlam yaşlanmaq, dərinin gəncliyini qorumaq və immuniteti güclü saxlamaq hər zaman diqqət mərkəzindədir. Orqanizmin özünün istehsal etdiyi, lakin qidalar vasitəsilə də dəstəklənməli olan kükürd tərkibli sistein amin turşusu hüceyrələrin yenilənməsində mühüm rol oynayır. Hüceyrələrin qocalmasının qarşısın

13 noyabr