Fransada 6,2 milyon dollarlıq "divara yapışdırılmış banan" oğurlandı
Fransanın Mets şəhərində yerləşən Centre Pompidou Muzeyində sərgilənən və dəyəri təxminən 6,2 milyon dollar olan "Divara yapışdırılmış banan" adlı sənət əsəri oğurlanıb.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, hadisə muzeyin mühafizə əməkdaşlarından birinin eksponatın bir hissəsi olan bananın yerində olmadığını aşkar etməsindən sonra üzə çıxıb. Məlumat əsasında muzeyə gələn polis əməkdaşları hadisə ilə bağlı araşdırmalara başlayıblar.
Muzey rəhbərliyi oğurluq faktı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini açıqlayıb. Bildirilib ki, əsərin tərkib hissəsi olan banan qısa müddət ərzində yenisi ilə əvəzlənib və eksponat yenidən ziyarətçilərin nümayişinə təqdim olunub.
İtaliyalı rəssam Maurizio Cattelan tərəfindən yaradılan və "Komediya" adlanan əsər ilk dəfə Art Basel Miami sərgisində nümayiş etdirilmiş, daha sonra bütün dünyada geniş müzakirələrə səbəb olmuşdu.
Gümüşü rəngli yapışqan lentlə divara bərkidilmiş bir banandan ibarət olan əsər müasir incəsənətin ən mübahisəli nümunələrindən biri hesab edilir. Əsərin üç nüsxəsindən ikisi 120 min dollara satılıb, üçüncü nüsxə üçün isə 150 min dollar qiymət müəyyənləşdirilmişdi.
Satirik üslubu ilə tanınan Maurizio Cattelanın əsərləri daha əvvəl də qeyri-adi hadisələrlə gündəmə gəlib. Rəssamın 18 karat qızıldan hazırladığı və "America" adlandırdığı unitaz formasındakı sənət əsəri 2019-cu ildə İngiltərədəki Blenheim Palace sarayından oğurlanmış və uzun müddət beynəlxalq medianın diqqət mərkəzində qalmışdı.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 465 Tarix: 01 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xoşbəxtliyin 5 əsas sirri açıqlandı
Təxminən 100 min insanın iştirak etdiyi araşdırmada cəmiyyətlərin xoşbəxtliyinə təsir edən beş əsas amil müəyyənləşdirilib. Alimlərə görə, xoşbəxt cəmiyyət yalnız xoşbəxt fərdlərin cəmindən ibarət deyil. "Qafqazinfo" xəbər verir ki, yeni araşdırma cəmiyyətlərin xoşbəxtliyinin yalnız fərdləri
28 iyulBarış Ardıç qızının gələcəyini görün necə təminat altına alır
Türk aktyor Barış Arduç 4 yaşlı qızı Jan Asyanın gələcəyini təmin etmək üçün investisiyaya başlayıb. xarici mediaya istinadla xəbər verir ki, özü kimi aktyor olan Gupse Özayla evli olan Barış Arduç da Parisdən ev alan məşhurlar sırasına qoşulub. Deyilənə görə, İzmirdə bağ evi olan Arduç Fransada dəyər
29 iyulAvropada isti hava dalğaları sürətlə artır
Ekstremal hava hadisələrinin, xüsusilə də isti hava dalğalarının daha tez-tez baş verməsi və intensivliyinin artması iqlim dəyişikliyinin əsas əlamətlərindən biridir. xarici mediaya istinadla xəbər verir ki, bu barədə İtaliyanın Kamerino Universitetinin fiziki coğrafiya və iqlim riskləri üzrə müəllim
27 iyulİnsanlara ən çox hücum edən it cinsləri
Heç bir it cinsi aqressiv doğulmur. Lakin bəzi cinslər tərbiyəyə daha çətin tabe olur və ya tarixən ov və mühafizə məqsədilə yetişdirildiyi üçün düzgün sosiallaşdırılmadıqda daha təhlükəli ola bilər. bu it cinslərini təqdim edir:. Hacker Murphy şirkətinin mütəxəssisləri ABŞ-də qeydə alınmış heyvan hücumları
28 iyulMərakeş vəliəhd şahzadəsinin əlini öpdürməməsi yenidən gündəm oldu - VİDEO
Mərakeş Kralı VI Məhəmmədin oğlu və taxtın varisi Moulay Hassanın rəsmi mərasimlərdə əlini öpmək istəyənləri nəzakətlə dayandıraraq əl sıxmağa üstünlük verdiyi görüntülər yenidən sosial şəbəkələrdə yayılıb. xarici mediaya istinadla xəbər verir ki, kadrlarda protokol üzvləri və qonaqlar ənənəyə uyğu
29 iyulVenerada müəmmalı halqalar aşkarlandı
Alimlər Veneranın atmosferinin yuxarı qatlarında nəhəng konsentrik halqalar aşkar ediblər. Bu halqalar planetin Günəş işığı düşən yarımkürəsinin böyük hissəsini əhatə etsə də, adi əks olunmuş işıqda görünməyib və yalnız xətti polyarizasiya üsulu ilə aparılan müşahidələr zamanı üzə çıxıb. xarici mediay
29 iyulMəşhur filmin bəstəkarı evində ölü tapıldı
Fransız DJ. və elektropop musiqiçisi, "Kavinski" kimi tanınan Vensan Belorje Parisdəki evində ölü tapılıb. xarici mediaya istinadla bildirir ki, 50 yaşlı sənətçinin ölüm səbəbinin müəyyənləşdirilməsi üçün prokurorluq araşdırmaya başlayıb. Təcili yardım əməkdaşları hadisə yerində şübhəli he
29 iyulSürücülük kursuna sərxoş getdi - VİDEO
Türkiyənin Kayseri şəhərində başqa bir yol-nəqliyyat hadisəsinə müdaxilə edən polis əməkdaşları şübhə əsasında saxladıqları namizəd sürücünün 2,77 promil spirtli içki təsiri altında olduğunu müəyyən ediblər. xarici mediaya istinadla xəbər verir ki, yoxlama zamanı sürücünün namizəd sürücü statusunda olduğ
28 iyul