"Azərbaycan kontekstindən yanaşdıqda, rəsmi Bakı öz xarici siyasətinin balanslaşdırılmış və çoxvektorlu prinsiplərini qoruyur" - AÇIQLAMA
Azərbaycan-Avropa İttifaqı (Aİ) siyasət və təhlükəsizlik üzrə dialoqu gələn il üçün planlaşdırılıb.
Bu Aİ-nin Azərbaycandakı səfirliyindən məlumat verilib.
"Azərbaycan-Aİ siyasət və təhlükəsizlik üzrə növbəti dialoq gələn il keçirilməlidir, lakin dəqiq tarix hələ müəyyən edilməyib. Onun Brüsseldə keçirilməsi gözlənilir", - səfirlikdən bildirilib.
"Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında regionda təhlükəsizlik arxitekturasının yenidən formalaşdığı bir dönəmdə keçirilən Təhlükəsizlik Dialoqunun yeddinci iclası və onun coğrafi-format məzmununun genişləndirilməsi qərarları Bakı-Brüssel xəttindəki münasibətlərin keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Mayın 20-də Bakıda reallaşan görüş təkcə cari məsələlərin müzakirəsi deyil, həm də tərəflər arasındakı institusional əməkdaşlığın struktur baxımından təkmilləşdirilməsi ilə yadda qaldı" , - bunları Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:
"Prezidentin köməkçisi Hikmət Hacıyev və Aİ-nin xarici siyasət idarəsinin mühüm simalarından olan Olaf Skuqun həmsədrliyi ilə baş tutan iclasın ən diqqətçəkən geosiyasi nəticəsi - formatın adının dəyişdirilərək "Azərbaycan-Aİ siyasət və təhlükəsizlik məsələləri üzrə dialoqu" adlandırılmasıdır. Bu, sadəcə semantik bir dəyişiklik deyil, tərəflər arasında strateji dialoqun əhatə dairəsinin genişlənməsinin hüquqi-siyasi təsdiqidir. "Təhlükəsizlik" termininin yanına "Siyasət" komponentinin əlavə edilməsi onu göstərir ki, artıq tərəflər yalnız regional münaqişələr və qlobal təhdidləri deyil, həm də daha geniş geosiyasi koordinasiya, qarşılıqlı xarici siyasət prioritetləri və uzunmüddətli strateji tərəfdaşlıq platformalarını eyni müstəvidə müzakirə etmək niyyətindədirlər.
Növbəti görüşün gələn il Brüsseldə keçirilməsinin planlaşdırılması isə bu dialoqun konyunktur xarakter daşımadığını, tamamilə sistemli və davamlı bir xarakter aldığını sübut edir. Avropa İttifaqı rəsmi Bakını Cənubi Qafqazda və daha geniş mənada Xəzər hövzəsində təkcə enerji təhlükəsizliyinin qarantı olan iqtisadi tərəfdaş kimi deyil, həm də makroregional sabitliyin təminatında həlledici rol oynayan müstəqil siyasi aktor kimi qəbul edir.
Azərbaycan kontekstindən yanaşdıqda, rəsmi Bakı bu format vasitəsilə öz xarici siyasətinin balanslaşdırılmış və çoxvektorlu prinsiplərini qoruyur. İttifaq daxilindəki müəyyən qərəzli və birtərəfli meyllərə baxmayaraq, institusional səviyyədə Brüssel ilə təhlükəsizlik və siyasət dialoqunun davam etdirilməsi Azərbaycanın Avropa strukturları ilə praqmatik, qarşılıqlı maraqlara və suverenliyə hörmət prinsiplərinə əsaslanan əməkdaşlığa sadiq olduğunu göstərir. Tərəfdaşlığın genişləndirilmiş bu yeni formatı regionda dayanıqlı sülhün formalaşmasına, regional kommunikasiyaların (xüsusilə Orta Dəhliz layihəsinin) təhlükəsizliyinə və qlobal çağırışlara qarşı birgə fəaliyyət mexanizmlərinin güclənməsinə ciddi töhfə verə bilər".
Qeyd edək ki, mayın 20-də Bakıda Azərbaycan və Aİ arasında Təhlükəsizlik Dialoqunun yeddinci iclası keçirilib. İclasın həmsədrləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Aİ-nin Avropa Xarici Fəaliyyət Xidmətinin siyasi direktoru və siyasi məsələlər üzrə Baş katibin müavini Olaf Skuq olub. Tərəflər formatı genişləndirərək onu Azərbaycan-Aİ siyasət və təhlükəsizlik məsələləri üzrə dialoqu adlandırmağa razılaşıblar. Bu da ikitərəfli strateji əhəmiyyətindən xəbər verir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
"Bank of Baku"dan ŞİKAYƏT VAR
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Tələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama
Balaəli Xosrov Maştağalıya butulka atıb? - Dostundan açıqlama
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO