"Azərbaycan tərəfdaşlarla enerji kabeli layihələri üzrə sıx əməkdaşlıq edir" - DEPUTAT

"Azərbaycan tərəfdaşlarla enerji kabeli layihələri üzrə sıx əməkdaşlıq edir" - DEPUTAT"Uzun illərdir ki, Bakı Enerji Həftəsi qlobal enerji sektorunda strateji dialoqun aparıldığı, həm regional, həm də qlobal enerji gündəliyinin formalaşdırıldığı, yeni əməkdaşlıq formatlarının yarandığı və biznes əlaqələrinin qurulduğu nüfuzlu platforma kimi böyük önəm daşıyır. Artıq Bakı Enerji Həftəsi qlobal enerji səhnəsində aparıcı tədbirlərdən birinə - qlobal enerji siyasətinin müzakirə olunduğu beynəlxalq platformaya çevrilib və onun əhəmiyyəti ilbəil artır. Bakı Enerji Həftəsi-nin 31-ci forumunun diqqətçəkən məqamlarından biri budur ki, bu forum ənənəvi enerji sektorundan daha geniş sahələri əhatə edərək enerji keçidi, yaşıl enerji, rəqəmsallaşma, süni intellekt texnologiyaları, logistika, sənaye və infrastruktur sahələrini də əhatə edən beynəlxalq tədbirə çevrilib. Forum çərçivəsində müzakirəyə çıxarılan mövzular arasında dövlətlərin milli təhlükəsizliyi və beynəlxalq əməkdaşlığının əsas komponentlərindən olan enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin regional rolu, enerji təchizatının şaxələndirilməsi, alternativ enerji və gələcək perspektivlər xüsusi yer tutdu".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Əli Məsimli danışıb.

O, açıqlamasında qeyd edib ki, Bakı Enerji Həftəsi-nin açılış mərasimində çıxış edən Prezident İlham Əliyev müstəqil Azərbaycanın enerji strategiyasının inkişaf yolu, əldə olunan uğurlar və qarşıda duran hədəflər barədə mühüm açıqlamalar verdi:

"Prezident İlham Əliyev enerji təhlükəsizliyi, Azərbaycan layihələrinin regional və qlobal enerji təhlükəsizliyində artan rolu, həm ənənəvi karbohidrogenlərin, həm də bərpaolunan enerji mənbələrinin paralel inkişafı zərurəti, yaşıl enerji sahəsində tərəfdaşlıqda Azərbaycanın rolu və Avropanın enerji təhlükəsizliyində artan təsiri, eləcə də Avropa enerji bazarında strateji alternativ kimi mövqelənməsi barədə danışdı.

Prezident qeyd etdi ki, Yaxın Şərqdəki böhran bir çox ölkələrin enerji təhlükəsizliyinə ciddi zərbə vurur. Azərbaycanda enerji təhlükəsizliyi sahəsində uzun illər ərzində aparılmış işlər, böyük sərmayələr və Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan, Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəmərləri kimi iri infrastruktur layihələri bu sahədə strateji əhəmiyyət kəsb edir.

Cənub Qaz Dəhlizini təşkil edən TANAP və TAP, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri 3500 kilometr uzunluğunda birləşmiş boru xətti sistemindən ibarətdir. Layihənin bir hissəsi yüksək dağlıq ərazidən, bir hissəsi isə dənizin dibi ilə keçir. Bu gün layihə, sayı artmaqda olan ölkələrin enerji təhlükəsizliyini təmin edir. Prezident vurğuladı ki, Avropa enerji bazarını Cənub Qaz Dəhlizi olmadan təsəvvür etmək çətindir və Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi artmaqda davam edir.

Azərbaycan həm elektrik enerjisi, neft-kimya məhsulları, həm də bərpaolunan enerji sahəsində ixrac imkanlarına malikdir. Bu istiqamət fəaliyyətimizin əsas prioritetlərindən biridir. Tərəfdaşlarla birlikdə investorlar üçün əlverişli şərait yaradılmışdır. Bu şərait ötən əsrin 90-cı illərində neft şirkətləri üçün yaradılmış imkanlarla müqayisə oluna bilər. Eyni əməkdaşlıq ruhu və investisiyaya açıq yanaşma bərpaolunan enerji sektorunda fəaliyyət göstərən şirkətlərə də tətbiq olunur.

Artıq bir sıra layihələr istismar mərhələsindədir. Gələn ilin sonunadək günəş və külək enerjisi üzrə ümumi gücümüz 2 giqavata çatacaq. 2032-ci ilin sonuna qədər bu göstərici 8 giqavat təşkil edəcək. Fəal şəkildə inkişaf etdirdiyimiz hidroenerji potensialını da nəzərə alsaq, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda artıq 300 meqavatdan çox güc istifadəyə verilmişdir. Bu əlavə enerji potensialı neft və qaz ixracımızı tamamlayan mənbəyə çevriləcəkdir.

Azərbaycan tərəfdaşlarla enerji kabeli layihələri üzrə sıx əməkdaşlıq edir. "Qara Dəniz Enerji Kabeli" layihəsi Azərbaycanı Gürcüstan, Qara dəniz vasitəsilə Rumıniya, Macarıstan və digər ölkələrlə birləşdirəcək. Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan marşrutu üzrə quruda çəkiləcək elektrik kabeli layihəsi də hazırda icra mərhələsindədir.

Biz həmçinin Mərkəzi Asiyadakı tərəfdaşlarla Xəzərin şərq sahillərindən Azərbaycana qədər uzanacaq yaşıl enerji kabeli layihəsi üzərində işləyirik. Beləliklə, söhbət geniş coğrafiyanı əhatə edən böyük əməkdaşlıq məkanından gedir və bu bağlılıq yalnız bununla məhdudlaşmır. Dəmir yolu və avtomobil yolu infrastrukturuna qoyduğumuz sərmayələr sayəsində yeni nəqliyyat dəhlizləri açmış və qitələri bir-biri ilə əlaqələndirmişik. Şərq-Qərb dəhlizi uğurla fəaliyyət göstərir və onun yeni qolu - Zəngəzur dəhlizi də inşa ediləcəkdir".

Deputat onu da vurğuladı ki, Cənub Qaz Dəhlizi və onun genişləndirilmiş marşrutları vasitəsilə Azərbaycanın qazı artıq 16 ölkəyə çatdırılır:

"Bu ölkələrin hər biri ilə danışıqlar aparılmış, sazişlər imzalanmış, fikir ayrılıqları aradan qaldırılmış və imzalanma mərasimləri təşkil edilmişdir. Nəticədə, regional əməkdaşlığın çoxşaxəli və əhatəli formatı yaranmışdır. Bu prosesdə aparıcı qüvvə Azərbaycan olmuşdur.

Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas", 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi "Caspian Power" və 31-ci "Baku Energy Forum" göstərdi ki, Bakı Enerji Həftəsi artıq yalnız enerji sektoruna həsr olunan tədbir deyil. Forumun əhatə dairəsinin genişləndirilməsi onun geoiqtisadi, geosiyasi və strateji əhəmiyyətini artırdı. Bu platforma həm də Azərbaycanın beynəlxalq sistemdə tutduğu yerin, xarici siyasət prioritetlərinin və geoiqtisadi imkanlarının nümayiş olunduğu mühüm dialoq məkanına çevrilib.

Azərbaycanın səyləri nəticəsində enerji və nəqliyyat diplomatiyası bir-birini tamamlayan istiqamətlərə çevrilib. Azərbaycan indi yalnız enerji resurslarını ixrac edən ölkə deyil, həm də enerji axınlarının, logistika marşrutlarının və iqtisadi əməkdaşlıq platformalarının formalaşmasında iştirak edən aktordur. Bakı Enerji Həftəsi göstərdi ki, dünyanın ənənəvi enerji modelindən dayanıqlı və texnoloji yeniliklərə əsaslanan yeni enerji sisteminə keçdiyi hazırkı mərhələdə Azərbaycanın qlobal enerji dialoqundakı rolu daha da güclənir. Bu isə Azərbaycanın müasir dünya nizamında orta güc dövləti kimi mövqeyinin möhkəmlənməsinə xidmət edir.

Bakı Enerji Həftəsi çərçivəsində aparılan müzakirələr, təmaslar, yeni ideyalar və nəticəyönümlü planlar Azərbaycanla yanaşı, bütün iştirakçılar üçün faydalı olacaqdır".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 925   Tarix: 03 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyevdən Ülvi Quliyevlə bağlı sərəncam

Ülvi Zahid oğlu Quliyev "Şöhrət" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bu ordenlə təltif edilib

16 sentyabr
.

Ölkəmizin sülh və həmrəylik çağırışı

‎Azərbaycan tarixinin bütün dövrlərində dialoq, qarşılıqlı hörmət və multikultural dəyərlərin ünvanı olub və əsrlər boyu sülhü əsas prinsip seçib. Ölkəmizin tarixində etnik və dini zəmində qarşıdurmaların, məzhəb ayrı seçkiliyinin ictimai münasibətlərin müəyyənedici amilinə çevrilməməsi xalqımızın fərql

16 sentyabr
.

İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 16-da paytaxtın Qaradağ rayonunda 100 MVt gücündə "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib. AZƏRTAC-a istinadən xəbər verir ki, energetika naziri Pərviz Şahbazov, Çin Xalq Respublikasının ölkəmizdəki səfir

16 sentyabr
.

Xankəndi, Xocalı, Xocəvənd və Ağdərə inkişafının yeni dövrünə qədəm qoyur

2024-cü il sentyabrın 19-da Azərbaycan-Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərində

17 sentyabr
.

Bugünkü dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamını narahat edir

Prezident İlham Əliyev sentyabrın 15-ə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının və eyni zamanda böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans iştirakçıları olan Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbe

16 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr