"30 ildən artıq dövr ərzində həsrətində olduğumuz o torpaqlara Böyük Qayıdışın təmin olunması çox şərəflidir" - DEPUTAT
Ötən 30 il müddətində məcburi köçkün və qaçqınlarımız Azərbaycan dövlətinin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiə tədbirlərinin təkmilləşdirilməsi, insan hüquqlarının qorunması sayəsində mühüm addımlar atılıb.
Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.
O bildirib ki, iki dövlət proqramının icrası çərçivəsində məcburi köçkün və qaçqınlar üçün ölkəmizin 30 şəhər və rayonlarında 121 yeni qəsəbə və bütün zəruri sosial-texniki infrastrukturla təchiz olunmuş hündürmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb, 62 min məcburi köçkün ailəsi, 300 mindən çox soydaşımız həmin qəsəbələrdə, yaşayış komplekslərində mənzillərlə təmin olunub. Dövlət tərəfindən görülən tədbirlərin nəticəsində onların məşğulluq imkanları artırılıb, yoxsulluq həddi minimuma endirilib.
Eyni zamanda, qanunvericilik sahəsində də çox mühüm addımlar atılıb. Qaçqınlardan fərqli olaraq ölkə daxilində köçürülmüş şəxslərlə bağlı beynəlxalq praktikada imperativ xarakter daşıyan heç bir beynəlxalq konvensiyası mövcud deyil və yeganə sənəd "Daxili yerdəyişmə üzrə rəhbər prinsiplərdir" ("Guiding Principles on Internal Displacement") ki, o da "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanunlar qəbul edildikdən sonra təsdiqlənib. Bu siyasət Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən daha da təkmilləşdirilərək, zənginləşdirilərək ardıcılıqla davam etdirilib.
Deputat Vüqar Rəhimzadə çıxış edərək bildirib ki, dövlətimiz regionlarımızın, Qarabağın və Şərqi Zəngəzurun inkişafında çox böyük işlər görməkdədir. Müasir şəhərlərin, qəsəbələrin salınması və 30 ildən artıq dövr ərzində həsrətində olduğumuz o torpaqlara Böyük Qayıdışın təmin olunması çox şərəflidir.
O söyləyib ki, Mənzil Məcəlləsində, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi olduqca vacibdir. Dəyərli bir dövr yaşayırıq. İnsanların qayıdışı, müvəqqəti sözündən xilas olması, əbədi olaraq öz ata-baba, dədə-baba torpaqlarına qayıdışı çox şərəflidir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
"Bank of Baku"dan ŞİKAYƏT VAR
Tələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO