Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman
Prezident İlham Əliyev Xarici Kəşfiyyat Xidmətinin fəaliyyəti ilə bağlı normativ-hüquqi aktlarda dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Sonxeber.az President.az-a istinadən xəbər verir ki, Fərmana əsasən, aşağıdakı sənədlərdə dəyişikliklər təsdiq edilib:
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 725 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin sisteminə işə götürülən işçilərin ştat sayının həddi"ndə dəyişiklik edilib.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 iyul tarixli 1764 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin bəzi hərbi qulluqçularının pul təminatının tənzimlənməsi Qaydası"na dəyişikliklər təsdiqlənib.
Fərmanda həmçinin qeyd olunub ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu sənəddən irəli gələn məsələlərin həll edilməsi tapşırılıb.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 535 Tarix: 03 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezident İlham Əliyevdən Ülvi Quliyevlə bağlı sərəncam
Ülvi Zahid oğlu Quliyev "Şöhrət" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bu ordenlə təltif edilib
16 sentyabrÖlkəmizin sülh və həmrəylik çağırışı
Azərbaycan tarixinin bütün dövrlərində dialoq, qarşılıqlı hörmət və multikultural dəyərlərin ünvanı olub və əsrlər boyu sülhü əsas prinsip seçib. Ölkəmizin tarixində etnik və dini zəmində qarşıdurmaların, məzhəb ayrı seçkiliyinin ictimai münasibətlərin müəyyənedici amilinə çevrilməməsi xalqımızın fərql
16 sentyabrXankəndi, Xocalı, Xocəvənd və Ağdərə inkişafının yeni dövrünə qədəm qoyur
2024-cü il sentyabrın 19-da Azərbaycan-Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərində
17 sentyabr20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən
17 sentyabr