"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)Bakı Media Mərkəzinin istehsalı olan, rejissor Fariz Əhmədovun "Sükut içində addımlar" adlı tammetrajlı sənədli filminin Avropanın ən qədim kino tədbirlərindən biri sayılan 66-cı Krakov Film Festivalının müsabiqəsində dünya premyerası baş tutub. İyunun 2-də keçirilən nümayiş festival iştirakçıları tərəfindən maraq və alqışlarla qarşılanıb.

Qaynarinfo xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, ARKA və Polşa Kino İnstitutunun maliyyə dəstəyi ilə Bakı Media Mərkəzi, Drygas Film Production və Polşa Televiziyası (TVP) tərəfindən birgə istehsal oluan filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, ko-prodüseri Vita Jelakeviçut (Polşa), prodüseri Orman Əliyev, ssenari müəllifləri Fariz Əhmədov və İsmayıl İman, quruluşçu operatoru Mateuş Çuxnovskidir.

Rejissor Fariz Əhmədovun və Cəmilə Qəhrəmanovanın bu mötəbər festivalda iştirakı Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) tərəfindən dəstəklənib.

Filmin nümayişi ilə bağlı "Modern Times Review" da Berenika Balcerin resenziyası da yayımlanıb. Qeyd edək ki, "Modern Times Review" sənədli filmlər və kitablar üzrə ixtisaslaşmış, Avropa mərkəzli rəqəmsal və çap jurnalı platformasıdır.

Berenika Balcerin resenziyasında Fariz Əhmədovun "Steps in Silence" filmi Qarabağda mina təmizləmə işləri aparan qadınlardan ibarət qrupun gündəlik həyatını və fəaliyyətini müşahidəçi üslubda təqdim edən sənədli film kimi qiymətləndirilir. Müəllif filmin qəhrəmanlıq ritorikasından uzaq duraraq səbir, peşəkarlıq və müharibədən sonrakı bərpa prosesini sakit və təsirli şəkildə göstərdiyini vurğulayır. Resenziyaya görə, filmin ən güclü tərəfi səs tərtibatı və qadın minatəmizləyənlərin torpağı addım-addım həyata qaytarmaq missiyasını təbii və dramatizasiyasız təqdim etməsidir.

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 486   Tarix: 04 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

AZAL Bakıdan Aktöbəyə ilk reysini həyata keçirib (FOTO)

"Azərbaycan Hava Yolları" (AZAL) QSC Qazaxıstanın Aktobe şəhərini marşrut şəbəkəsinə əlavə edərək bu istiqamət üzrə ilk uçuşunu həyata keçirib. Bu barədə -a səhmdar cəmiyyətindən bildirilib. Yeni marşrutun açılması ilə aviaşirkətin Qazaxıstanda uçuş həyata keçirdiyi şəhərlərin sayı altıya çatıb

17 sentyabr
.

DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi: 11 nəfər saxlanıldı (VİDEO)

Azərbaycan Respublikası (AR) Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilən antiterror və əməliyyat-axtarış tədbirləri zamanı AR və xarici ölkə vətəndaşlarının gizli təşkilatlanma, terrorçuluğa hazırlıq və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı cinayət əməlləri aşkar edilib. B

18 sentyabr
.

Şəxsiyyət vəsiqəsində ANA ADI yazılmalıdır? - AÇIQLAMA

Hazırda şəxsiyyət vəsiqəsində valideynlərə dair məlumatların necə əks etdirilməsi məsələsi cəmiyyətdə müzakirə olunan mövzulardan biridir. Həm ata, həm də ana adının sənəddə göstərilməsi uşağın hər iki valideyni ilə bağlı məlumatların eyni formada təqdim olunması baxımından yeni yanaşma kimi qiymətləndiril

17 sentyabr
.

Bakıda TDT-nin təhlükəsizlik gündəliyi: yeni strateji arxitekturanın konturları

[b]Sentyabrın 17-də Bakıda keçirilən yüksək səviyyəli görüş Türk Dövlətləri Təşkilatının inkişafında diqqətçəkən mərhələlərdən birini ortaya qoydu. Azərbaycan Prezidenti İlham Əliyevin TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkista

18 sentyabr
.

Türk dünyasının təhlükəsizlik gündəliyi: İlham Əliyevin Bakı görüşündə verdiyi strateji mesajlar

17 sentyabr 2026-cı ildə Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərinin iştirakı ilə keçirilən görüş Azərbaycanın TDT-yə sədrliyi çərçivəsində təhlükəsizlik əməkdaşlığının ayrıca və daha sistemli istiqamət kimi önə çıxdığını göstərən mühüm tədbirlərdən biri oldu

18 sentyabr
.

"Məni iki dəfə vurdu, sonra boğdu": Şəmkirdə dəhşətli yanğından əvvəl nə baş verib?

Şəmkir rayonunun Xuluf kəndində baş verən yanğın hadisəsinin təfərrüatı məlum olub. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, ailədə tez-tez mübahisələr yaranırmış. Ev sahibi Nəzakət İsmayılova iddia edir ki, oğlu Rauf Vəliyev onunla mübahisə edir və ona fiziki təzyiq göstərirmiş:

17 sentyabr
.

Azərbaycanın Xankəndi şəhəri ilə qardaşlaşma prosedurunu başlayan ilk Avropa şəhəri Rumıniyanın Baia Mare şəhəri oldu

17 sentyabr tarixində Rumıniyanın Baia Mare şəhərinin meri Ioan Doru Denkuş və Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Baia Mare və Xankəndi şəhərləri arasında qardaşlaşma sazişin imzanması haqqında niyyət protokolu imzalayıblar

17 sentyabr
.

Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər

Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması ilə əlaqədar tələbələrin təhsilinin fasiləsizliyinin təmin edilməsi məqsədilə onların digər ali təhsil müəssisələrinə köçürülməsi yekunlaşıb. xəbər verir ki, bu barədə Bizim.Media-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib. Qey

16 sentyabr
.

Mobil nömrə istifadədən çıxarılıb başqa şəxslərə satıldıqda təhlükəsizlik necə qorunur? - AÇIQLAMA

Mobil nömrələrin istifadədən çıxarılaraq sonradan başqa şəxslərə verilməsi vətəndaşların şəxsi məlumatlarının təhlükəsizliyi ilə bağlı müəyyən risklər yarada bilər. Xüsusilə bank tətbiqləri, sosial şəbəkələr, elektron poçt və müxtəlif onlayn xidmətlərdə hesabların telefon nömrəsinə bağlı olması nömr

17 sentyabr