"Texnoloji yeniliklərin proqramlara inteqrasiyası da günümüzün zəruri tələbidir" - AÇIQLAMA
"Elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması prosesi çoxşaxəli və məsuliyyətli bir yaradıcılıq işidir. Belə layihələrin cəmiyyətin intellektual inkişafına birbaşa təsir göstərməsi üçün ilk növbədə sistemlilik və ardıcıllıq prinsipi əsas götürülməlidir. Proqramın məzmunu elmi dəqiqliyi və pedaqoji yanaşmanı özündə ehtiva etməli, eyni zamanda auditoriyanın qavrama qabiliyyətinə uyğun şəkildə formalaşdırılmalıdır. Bu zaman elmi informasiyanın sadələşdirilməsi prosesi onun məğzini dəyişməməli, əksinə, daha dərindən və əhatəli başa düşülməsinə şərait yaratmalıdır".
Bu sözləri Sonxeber.az-a təhsil eksperti Şəmsi Qoca danışıb.
O, açıqlamasında qeyd edib ki, məzmunun formalaşdırılmasında əsas amillərdən biri hədəf auditoriyasının psixoloji və yaş xüsusiyyətlərinə bələd olmaqdır:
"Məsələn, gənc nəsil üçün hazırlanan proqramlarda vizuallaşdırma və interaktivlik elementləri ön plana çıxarılmalı, böyük yaş qrupları üçün isə analitik təfəkkürə və həyat təcrübəsinə əsaslanan, fəlsəfi dərinliyi olan mövzular üstünlük təşkil etməlidir. Proqramın effektivliyini artıran digər vacib amil isə milli və bəşəri dəyərlərin vəhdətidir. Tarixi və mədəni irsimizin elmi əsaslarla tədqiq olunaraq kütləyə çatdırılması cəmiyyətdə tarixi yaddaşın və mədəni kimliyin qorunub saxlanılmasında həlledici rol oynayır.
Təəssüf ki, bütün bu nəzəri prinsiplərlə yanaşı, reallıqda ciddi problemlər də mövcuddur. Son illərdə Elm və Təhsil Nazirliyi tərəfindən qrant müsabiqələri çərçivəsində maliyyələşdirilən bir çox layihə, təəssüf hissi ilə qeyd etmək lazımdır ki, səmərəli nəticə əldə etməkdən daha çox, sadəcə büdcə vəsaitlərinin mənimsənilməsi məqsədilə icra olunan formal fəaliyyət təəssüratı yaradır. Bu cür layihələrin həyata keçirilməsində şəffaflığın olmaması, icra olunan işlərin cəmiyyətə real faydasının görünməməsi və ən əsası, layihələrin həm gedişatına, həm də sonrakı nəticələrinə dair ciddi monitorinq mexanizminin olmaması bütövlükdə maarifçilik işinə olan inamı sarsıdır. Hər hansı elmi və ya mədəni proqramın sadəcə kağız üzərində və ya "pul silmək" məqsədilə deyil, real intellektual ehtiyacları qarşılamaq üçün icra olunması üçün ictimai nəzarətin gücləndirilməsi və nəticələrin şəffaf hesabatlılığı vacib şərtdir.
Texnoloji yeniliklərin proqramlara inteqrasiyası da günümüzün zəruri tələbidir, lakin texnologiya yalnız bir vasitə kimi çıxış etməli, məzmunun dərinliyini və tərbiyəvi funksiyasını kölgədə qoymamalıdır. Keyfiyyətli bir maarifçilik işi həm də oxucuda və ya dinləyicidə öyrənməyə, araşdırmağa və tənqidi düşünməyə maraq oyadaraq, onu sadəcə bir istehlakçıdan aktiv iştirakçıya çevirməlidir".
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması" mövzusuna uyğun olaraq dərc edilir.
Vüsalə İbrahimli

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
"Bank of Baku"dan ŞİKAYƏT VAR
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
Tələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama
Balaəli Xosrov Maştağalıya butulka atıb? - Dostundan açıqlama
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO