"Azərbaycan-ABŞ arasında ticarət dövriyyəsi 2,2 dəfə artaraq 296 milyon dollara yüksəlib" - DEPUTAT
Azərbaycan regional süni intellekt habına çevriləcək.
Sonxeber.az xəbər verir ki, bunu Vüqar Bayramov Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasında bildirib.
Onun sözlərinə görə, bu ilin ilk rübündə Azərbaycan ilə ABŞ arasında ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə artaraq 296 milyon ABŞ dollarına yüksəlib: "Göründüyü kimi, ölkələr arasındakı strateji tərəfdaşlıq iqtisadi əlaqələrdə və eləcə də ticarət dövriyyəsində də özünü göstərib. Bu əməkdaşlıq Azərbaycanda süni intelekt və rəqəmsal texnologiyanın inkişafı üçün yeni imkanlar yaradır. İmzalanan müqavilələlər və eləcə də süni intellekt üzrə işçi qrupunun fəaliyyət göstərməsi təsdiq edir ki, ölkəmiz Birləşmiş Ştatlardan bu sahədə daha çox texnologiya və innovasiya transfer edə biləcək. Rəqəmsal iqtisadiyyatın qlobal həcmi ötən il əvvəlki il ilə müqayisədə 16 trilyon dollardan 24 trilyon dollaradək yüksəlib. ABŞ 25 %-lə qlobal rəqəmsal iqtisadiyyatda ən çox paya malik olan dövlətdir".
Deputat vurğulayıb ki, bütün bunlar Azərbaycanı regional süni intelekt habına çevrilməsinə imkan verəcək: "Davos Forumunun regional 4-cü sənaye inqilabı mərkəzinin qurulduğu ölkəmizdə süni intelektin inkişafı dövlət siyasətində əsas prioritetlərdəndir. Azərbaycanın süni intelekt və rəqəmsallaşmada regional drayver dövlətə çevrilməsi iqtisadiyyatın şaxələndirilməsinə xüsusi təkan verəcək. Bu ekosisteminin keyfiyyətcə daha yenilənməsi üçün xüsusi baza formalaşdırır. Azərbaycanda rəqəmsal iqtisadiyyatın həcminə gəldikdə isə, qeyri-neft ümumi daxili məhsulunun 2,8 %-i informasiya kommunikasiya texnologiyası sektorunun payına düşür. Bu o deməkdir ki, Azərbaycanda rəqəmsal sektorun həcmi 3,3 milyard manatdır. Yeni anlaşmalar bu payın daha da artırılması üçün yeni imkanlar deməkdir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
"Bank of Baku"dan ŞİKAYƏT VAR
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
Tələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama
Balaəli Xosrov Maştağalıya butulka atıb? - Dostundan açıqlama
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO