Uzaqlaşdırma qərarına baxmayaraq evə gəldi, həyat yoldaşını uşaqlarının gözü qarşısında bıçaqladı - VİDEO

Uzaqlaşdırma qərarına baxmayaraq evə gəldi, həyat yoldaşını uşaqlarının gözü qarşısında bıçaqladı - VİDEOTürkiyənin Konya şəhərində ayrılıq mərhələsində olan qadın həyat yoldaşının bıçaqlı hücumuna məruz qalıb.

Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, hadisə Selçuklu rayonunun Akıncılar məhəlləsində baş verib. Məlumata görə, suriyalı İbrahim El Fidyen barəsində məhkəmə tərəfindən uzaqlaşdırma qərarı çıxarılsa da, o, həyat yoldaşı Emine El Musanın yaşadığı evə gəlib.

Tərəflər arasında yaranan mübahisə qısa zamanda davaya çevrilib. Bu zaman İbrahim El Fidyen uşaqlarının gözü qarşısında həyat yoldaşını boyun nahiyəsindən bıçaqlayıb. Ağır yaralanan qadın qan içində yerə yıxılıb, şübhəli isə hadisə yerindən qaçıb.

Uşaqların qışqırığını eşidən qonşular təcili yardım və polisə məlumat veriblər. Hadisə yerinə gələn həkimlər yaralı qadına ilkin yardım göstərdikdən sonra onu xəstəxanaya çatdırıblar.

Polis qaçan şübhəlinin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir. Faktla bağlı araşdırma aparılır.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 770   Tarix: 05 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Üç qurum Ağdamdakı mina partlayışı ilə bağlı MƏLUMAT YAYIB - YENİLƏNİB

Sentyabrın 5-də işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli Sarıcalı kəndi ərazisində mina partlayışı baş verib. xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Qeyd edilib ki, Ağcabəd

6 sentyabr
.

Xırdalanda Mədəniyyət evinin yaxınlığında yanğın başlayıb - VİDEO

Xırdalanda Mədəniyyət evinin yaxınlığında yanğın başlayıb. -ın məlumatına görə, yanğının güclü külək səbəbindən genişləndiyi bildirilir. Yanğının ərazidə hansı səbəbdən baş verdiyi və xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur

7 sentyabr
.

Cəlilabadda qadın su quyusuna düşərək ölüb

Cəlilabadda ölüm hadisəsi qeydə alınıb. xəbər verir ki, sentyabrın 16-da saat 7 radələrində 1953-cü il təvəllüdlü Məleykə Məmməd qızı Məmmədova yaşadığı Üçtəpə kəndindəki evin həyətində su quyusuna düşərək ölüb. Faktla bağlı araşdırma aparılır

17 sentyabr
.

Şəkidə dörd nəfəri çaqqal dişləyib - FOTO

Şəki şəhərində dörd nəfər çaqqal hücumuna məruz qalıb. "Report"a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin M.Ə.Rəsulzadə prospektində baş verib. 71 yaşlı Oktay Əliyev, 71 yaşlı Töhvə Məmmədova, 61 yaşlı Reyhanə Muxtarova və 36 yaşlı Sənan Əmirlini küçədə çaqqal dişləyib

11 sentyabr
.

3 aylıq körpə anasının qucağından yıxılıb öldü

Göyçayda 3 aylıq körpə bədbəxt hadisə nəticəsində ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Ləkçıplaq kəndində baş verib. Ana evin pilləkənindən yıxılıb. Bu zaman qucağında olan 3 aylıq körpə H.Beydullayev əlindən düşərək baş nahiyəsindən xəsarət alıb. Körpə aldığı xəsarətlər nəticəsind

7 sentyabr
.

Estetik prosedur üçün klinikaya gedən 27 yaşlı influencer öldü

Finlandiyalı sosial media fenomeni Olivia Oras 27 yaşında həyatını itirib. Gənc influencerin Helsinkidəki özəl klinikada estetik prosedurdan əvvəl anesteziya aldığı zaman huşunu itirdiyi, daha sonra xəstəxanaya çatdırılsa da, həyatını xilas etməyin mümkün olmadığı bildirilib. xarici mediaya istinadl

11 sentyabr
.

Gənc qız intiharını canlı yayımladı: Anasının yalvarışlarına baxmayaraq həyatını itirdi

Rusiyada gənc qız sosial şəbəkədə canlı yayım açaraq intihar edəcəyini açıqlayıb. Hadisə zamanı yayına qoşulan anasının göz yaşları və qızını fikrindən daşındırmaq cəhdləri nəticəsiz qalıb. Gənc qız canlı yayım davam edərkən özünü yüksəklikdən aşağı ataraq həyatını itirib. xarici mediaya istinadla xəbə

8 sentyabr
.

Ağlayan qadının şikayəti böyük dələduzluq şəbəkəsini üzə çıxardı - 2 milyonluq köçürmənin qarşısı alındı - VİDEO

Türkiyənin Samsun şəhərində polis əməkdaşlarının ağlayan bir qadını görərək onunla maraqlanması nəticəsində böyük dələduzluq işi üzə çıxıb. Özlərini polis və prokuror kimi təqdim edən şəxslərin qadının evini satdıraraq 2 milyon 329 min lirəsini ələ keçirdiyi müəyyənləşib. xarici mediaya istinadla xəbə

17 sentyabr
.

Yük maşını aşdı, toyuqlar yola dağıldı - Video

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində "İsuzu" markalı yük avtomobili aşıb. "Qafqazinfo" xəbər verir ki, marketlər şəbəkəsi üçün toyuq məhsulları və digər malları daşıyan yük maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində avtomobi

16 sentyabr