"Yeniyetmələr həmyaşıdları arasında qəbul edilmək üçün populyar brendlərə üstünlük verə bilərlər" - AÇIQLAMA
"Nəzərə alsaq ki, psixologiya sözünün mənası ruh aləmidir və ümumiyyətlə davranışlarımız psixoloji halımızdan xəbər verir, yeniyetmələrin brend məhsullara maraq göstərməsinin də təbii ki, bir neçə əsas psixoloji səbəbi var".
Bu sözləri Sonxeber.az-a psixoloq Samirə Bağırova danışıb.
O, açıqlamasında qeyd edib ki, Yeniyetməlik dövrü insanın özünü tanıdığı və başqalarına necə görünmək istədiyini müəyyənləşdirdiyi bir mərhələdir:
"Geyim və görünüş bəzən insanın xarakterini, özünü və ya sosial mövqeyini ifadə etmə vasitəsinə çevrilir. Buradakı səbəb kimlik formalaşdırma ehtiyacından yaranır.
Digər səbəb qrup tərəfindən qəbul olunmaq istəyidir. Yeniyetmələr həmyaşıdları arasında qəbul edilmək və özlərini qrupa aid hiss etmək üçün populyar brendlərə üstünlük verə bilərlər.
Bəzi tanınmış brendlər uğur, nüfuz və prestijlə əlaqələndirilir. Bu məhsullara sahib olmaq yeniyetmədə özünəinam və status hissini artırdığı düşüncəsini yarada bilər.
Bəzən isə sadəcə təsirə düşməklə brend geyimlərə maraq yarana bilər. Məşhurların, influenserlərin və sosial şəbəkələrdə yayılan reklam xarakterli təsirlərin nəticəsində müəyyən məhsullar daha cəlbedici görünür və yeniyetmələr onları əldə etməyə meyl göstərirlər.
Fərqlənmək və diqqət çəkmək istəyi də səbəblərdən biridir. Məsələ burasındadır ki, brend məhsullara maraq hər zaman mənfi hal deyil. Əsas məsələ odur ki, yeniyetmələr seçimlərini yalnız sosial təzyiq və ya status arzusu ilə deyil, məhsulun keyfiyyəti, faydası və şəxsi ehtiyacları əsasında etməyi öyrənməlidirlər".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 638 Tarix: 05 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO
Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr
17 sentyabr 2021Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18 sentyabr 2021Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO
Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib
17 sentyabr 2021Vətən müharibəsinin 22 iştirakçısı polis oldu
Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua
17 sentyabr 2021Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO
Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini
18 sentyabr 2021Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək
Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten
18 sentyabr 2021Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO
Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri
18 sentyabr 2021Tovuza dolu düşüb - VİDEO
Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl
17 sentyabr 2021