İnzibati cərimənin ödənilməməsi hansı hallarda daha ciddi məsuliyyət yaradır? - AÇIQLAMA
İnzibati xəta törədən şəxslərə tətbiq edilən ən geniş yayılmış cəza növlərindən biri pul cəriməsidir.
Lakin bəzi hallarda cərimənin müəyyən edilmiş müddətdə ödənilməməsi əlavə hüquqi nəticələrə səbəb ola bilər. Cəmiyyət arasında tez-tez "cərimə ödənilməzsə, şəxs həbs edilə bilərmi?" sualı müzakirə olunur.
Qanunvericilik bu məsələyə necə yanaşır, cərimənin ödənilməməsi hansı hallarda daha ciddi məsuliyyət yaradır və inzibati həbs hansı şərtlərlə tətbiq oluna bilər?
Mövzu ilə bağlı Rəşad Əliyev Sonxeber.az -a açıqlama verib:
"İnzibati cərimə və ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsi ilə məsuliyyət yaradır.
Belə ki, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur.
Həmçinin yol hərəkəti qaydaları əleyhinə olan inzibati törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur.
Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə isə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.
İnzibati xəta törətdiyinə ictimai işlər növündə inzibati tənbeh tərbiq edilmiş şəxs bu cəzanın çəkilməsindən boyun qaçırarsa, ona üç ayadək müddətə inzibati həbs tətbiq olunur".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Rəşid Mahmudovun evində partlayış baş verib?
Novxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video
Rusiyalı milyarderlər Putindən sonrakı dövrə hazırlaşır: Kremldə hakimiyyət dəyişikliyi ssenariləri müzakirə olunur
Güclü küləklə bağlı xəbərdarlıq
SON DƏQİQƏ! ABŞ İranın Qeşm adasını bombaladı: 5-6 partlayış baş verdi
Kadir İnanırın mirasının məbləği açıqlandı
1960-cı ildə proqnozlaşdırılan "qiyamət günü" gəldi
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığının gələcəyə hesablanmış istiqamətləri
Netanyahunun sosial şəbəkə hesablarına kiberhücum oldu - FOTO
Azərbaycan-Böyük Britaniya: regional sabitlik və qlobal əməkdaşlıq perspektivləri
Kirayəçi evi boşaltmaqdan imtina edirsə, ev sahibi nə etməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələ başlayır
Yeni Azərbaycan Partiyası - milli siyasi iradənin, dövlətçilik ənənələrinin və güclü Azərbaycan məfkurəsinin ifadəsi
Azərbaycanda siqaret yenidən bahalaşacaq? - İqtisadçıdan AÇIQLAMA