"Marketinq sahəsində süni intellektin tətbiqi kampaniyaların effektivliyini artırır" - AÇIQLAMA
"Rəqəmsal texnologiyaların sürətli inkişafı fonunda süni intellekt artıq sadəcə texnoloji trend deyil, biznes və marketinq strategiyalarının ayrılmaz tərkib hissəsinə çevrilməkdədir. Bu texnologiya şirkətlərə daha dəqiq məlumat analizi aparmaq, müştəri davranışlarını proqnozlaşdırmaq və fərdiləşdirilmiş təcrübələr yaratmaq imkanı verir".
Bu sözləri Sonxeber.az-a Strateji Kommunikasiya üzrə ekspert Səfər Aslanov danışıb.
O, açıqlamasında qeyd edib ki, xüsusilə marketinq sahəsində süni intellektin tətbiqi kampaniyaların effektivliyini artırır, resurslardan daha optimal istifadə olunmasına şərait yaradır və qərarvermə prosesini sürətləndirir:
"Eyni zamanda, avtomatlaşdırma alətləri sayəsində müştəri ilə ünsiyyət daha operativ və davamlı olur. Nümunə kimi deyə bilərik ki, "PwC"nin proqnozlarına görə, 2030-cu ilə qədər süni intellekt qlobal iqtisadiyyata 15 trilyon dollardan çox əlavə dəyər qazandıra bilər. Bunun da əhəmiyyətli hissəsi məhz müştəriyönümlü sahələrdən, o cümlədən marketinqdən gələcək.
Bununla yanaşı, süni intellektin tətbiqi yalnız texnoloji transformasiya deyil, həm də biznes yanaşmasının dəyişməsini tələb edir. Şirkətlər bu imkanlardan maksimum fayda əldə etmək üçün həm texniki infrastruktur, həm də insan resursları baxımından uyğunlaşma prosesinə diqqət yetirməlidirlər. Məsələn, "Gartner" hesab edir ki, AI inteqrasiyası üçün şirkətlər yalnız texnologiyaya deyil, həm də data mədəniyyətinə və insan kapitalına investisiya etməlidirlər.
Nəticə etibarilə, süni intellektdən düzgün və strateji şəkildə istifadə edən şirkətlər rəqabət üstünlüyü qazanaraq bazarda daha dayanıqlı mövqe əldə edə bilərlər".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 806 Tarix: 05 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDirektorların işə qəbul nəticələri - Açıqlandı
2026-cı ildə keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb. Bildirilib ki, müsabiqədə müəyyən edilmiş tələblərə cavab verən 463 nəfər uğur qazanıb. Namizədlərin müsabiqə nəticələri barədə məlumatlar onları
16 noyabrBakıda DƏHŞƏT: Avtobus gənc qızı vuraraq öldürdü
Bakıda səhər saatlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə Koroğlu metrostansiyasının çıxışında qeydə alınıb. "Daewoo" markalı sərnişin avtobusu yolu keçən gənc qızı vurub. Zərbənin təsirindən ağır xəsarət ala
16 noyabrGürcüstanda azərbaycanlı gəncin meyiti tapıldı
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda faciəvi hadisə baş verib. "Qafqazinfo" yerli mediaya istinadən xəbər verir ki, rayonun Təzəkənd kənd sakini 26 yaşlı Emil Məmmədovun meyiti yaşadığı evdə tapılıb. Onun ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Gürcüstanı
16 noyabr"Parlament danışmaqxana deyil" - Spikerdən deputata irad
"Ötən gün keçirilən plenar iclasda çıxış üçün verilən reqlament 10 dəqiqədən 5 dəqiqəyə endirildi. Hansı deputat 3 dəqiqə danışmaq istəyirsə, danışsın. Başqalarına niyə yol göstərirlər? Bura Milli Məclisdir, danışmaqxanadır. Danışmağa sərhəd qoymaq olmaz". "Qafqazinfo" xəbər veri
17 noyabr"Mahal MTK"da rüşvət və özbaşınalıq - Müştəriləri belə aldadırlar
Sumqayıt şəhərində fəaliyyət göstərən "Mahal MTK" tərəfindən tikilib sakinlərə təhvil verilməli olan mənzillərlə bağlı ciddi problemlər yaranıb. Tikinti şirkətinin qanunsuz tələbləri və vədlərinə əməl etməməsi vətəndaşların haqlı narazılığına səbəb olub. Məlumata görə, "Mahal MTK"
16 noyabr"Changan" idarəetməni itirərək səkiyə çıxdı
Gecə saatlarında Novxanı-Sumqayıt yolunda qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, "Changan" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq səkiyə və yol kənarındakı ağaca çırpılıb. Bildirilib ki, hadisə yolun təmir gedən hissəsində qeydə alınıb. Qəzaya uğrayan nəqliyya
18 noyabr