Zərgərpalan küçəsindəki söküntü ilə bağlı iddialara - Rəsmi cavab
Yasamal rayon İcra Hakimiyyəti Yasamalda yerləşən mənzilin naməlum şəxslər tərəfindən sökülməsi ilə bağlı iddialara münasibət bildirib.
Qurumdan Sonxeber.az-a verilən məlumatda bildirilib ki, bu məlumatlar əsassızdır.
"Bəzi sosial şəbəkələrdə vətəndaşa məxsus Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi 29 ünvanında yerləşən mənzilin naməlum şəxslər tərəfindən onun xəbəri olmadan sökülməsi ilə bağlı əsassız məlumatlar yayılıb.
Məlumat üçün bildiririk ki, sözügedən ərazidə istismar müddətini başa vurmuş, qəzalı vəziyyətdə olan və şəhərin estetik görünüşünə xələl gətirən binaların söküntüsü həyata keçirilir. Bu proses qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə və sakinlərə müvafiq kompensasiyalar ödənilməklə aparılır.
Qeyd edilməlidir ki, sözügedən mənzilin sahibi N. Nəbiyev tərəfindən cari ilin 23 aprel tarixində müvafiq razılıq protokolu imzalanıb, bununla da ona təklif olunan kompensasiya məbləği ilə razılaşdığı təsdiq edilib. Bu səbəbdən mənzilin sahibinin məlumatı və razılığı olmadan söküntü aparılması barədə yayılan iddialar həqiqəti əks etdirmir.
Eyni zamanda vurğulayırıq ki, sözügedən ərazidə söküntü işləri aidiyyəti qurumların iştirakı ilə, tərəflərin qarşılıqlı razılığı əsasında və qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilir", - deyə açıqlamada qeyd edilib.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 237 Tarix: 06 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda ŞOK ANLAR: Küçənin ortasında avtobusu saxladıb hücum etdi - VİDEO
Bakıda ictimai nəqliyyatda xoşagəlməz hadisə baş verib. xəbər verir ki, insident Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsində qeydə alınıb. Belə ki, 61 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən "Otokar" markalı avtobusun qarşısını dayanacaqdan kənar yerdə kəsərək saxladan qadın sərnişi
5 iyunÖlkədə məktəblər sentyabrın 1-i başlayacaq? - Məsələ GÜNDƏMDƏ
Uzun müddətdir müzakirə olunan məsələlərdən biri də dərslərin 1 sentyabrda başlayıb 25 mayda başa çatdırılması ilə bağlıdır. Bir çox valideyn hesab edir ki, iyun ayında havaların isti keçməsi uşaqların dərs prosesində çətinlik çəkməsinə səbəb olur. Tədris ilinin əvvəlki qaydada təşkil olunması və dərsləri
6 iyunSosial şəbəkələrlə bağlı tələbləri pozanlar cərimələnəcək
Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir. Axşam.az xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni - 388-4-cü maddədə əksini tapıb. Layihəyə əsasən, "İnformasiya, informasiyalaşdırma v
6 iyunAnormal təbiət hadisələri gəlir
Birləşmiş Millətlər Təşkilatı yaxın aylarda formalaşması gözlənilən El Nino hava hadisəsi ilə bağlı xəbərdarlıq edib. Bildirilib ki, bu proses qlobal temperaturun daha da yüksəlməsinə və ekstremal hava hadisələrinin artmasına səbəb ola bilər. xəbər verir ki, Ümumdünya Meteorologiya Təşkilatının açıqlamasın
5 iyunAFFA niyə Avropa çempionlarını təbrik etmədi?
Azərbaycan minifutbol milli komandasının Avropa çempionu olması ölkənin idman camiəsini sevindirdi. "Qafqazinfo" xəbər verir ki, Slovakiyada keçirilən turnirin finalında Ukraynanı 2:0 hesabı ilə məğlub edən komandamız bu titula ikinci dəfə yiyələndi. Komandamız tarix yazaraq kuboku növbət
6 iyunƏtin qiyməti bu qədər UCUZLAŞA BİLƏR - VACİB AÇIQLAMA : Yaxın günlərdə...
Qurban bayramı ərəfəsində ətin qiyməti 8-10 faiz ətrafında bahalaşdı. Bayramdan sonra qiymət artımı dayansa da, hələ ki, azalma da qeyd alınmır. Nəzərə alaq ki, havalar istiləşir, həm də hicri-qəməri təqvimi ilə Məhərrəm ayı gəlir. Bu isə ətə tələbatı azaldır. Bəs bu faktorlar bazarda ətin qiymətin
7 iyunÖtən ay Bakı və Abşerona 749 % normadan artıq yağıntı düşüb
Azərbaycanda mayda ən çox yağıntı aylıq normanın 749 faizi olmaqla Bakı və Abşeron yarımadasına düşüb. "Report" xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib. O qeyd edib ki, Bakı və Abşeron yarımadasında may ayında havanın temperaturu iqlim normas
6 iyun