Bu yaşdan sonra sürücülük vəsiqəsi VERİLMƏYƏCƏK

Bu yaşdan sonra sürücülük vəsiqəsi VERİLMƏYƏCƏKNəqliyyat vasitələrinin idarə edilməsi və sürücülük hüququnun rəsmiləşdirilməsi məsələləri Azərbaycan qanunvericiliyində konkret normativ aktlarla tənzimlənir.

Müəyyən bir yaş həddinə çatmış, xüsusilə ahıl və yaşlı kateqoriyadan olan sürücülərin vəsiqə müddəti bitdikdə, onların bu sənədi yenidən əldə edib-edə bilməyəcəyi, qanunvericilikdə yuxarı yaş həddinin mövcud olub-olmaması həm sürücülər, həm də onların yaxınları tərəfindən tez-tez verilən və cəmiyyətdə maraq doğuran suallardan biridir. Təcrübədə bir çox vətəndaşlar elə hesab edirlər ki, müəyyən bir yaşdan sonra sükan arxasına keçməyə hüquqi qadağa qoyulur və ya proses çətinləşir.

Hüquqşünas Əkrəm Həsənov Oxu24.com-a açıqlamasında sürücülük vəsiqəsinin istər ilk dəfə alınması, istərsə də müddətinin uzadılması prosesində vətəndaşlar üçün hər hansı bir yuxarı yaş həddi və ya yaş məhdudiyyəti qoyulmadığını bildirib:

"Yəni qanunvericilik yuxarı yaşda olan şəxslərin sadəcə təvəllüdünə görə sükan arxasına keçməsini qadağan etmir və onların hüquqlarını məhdudlaşdırmır".

Ekspert vurğulayıb ki, bu məsələdə dövlətin və qanunun tələb etdiyi yeganə və ən əsas şərt sürücünün fiziki və psixoloji cəhətdən nəqliyyat vasitəsini idarə etməyə hazır olmasıdır. Hüquqi prosedura əsasən, sənədini yeniləmək istəyən hər bir yaşlı vətəndaş mütləq şəkildə müvafiq qaydada tibbi müayinədən keçməlidir.

Əgər tibbi komissiya şəxsin görmə qabiliyyətini, ümumi reaksiyasını və sanksiyasını yoxladıqdan sonra onun sağlamlıq vəziyyətinin avtomobil idarə etməyə tam imkan verdiyi barədə müsbət rəy verərsə, həmin şəxs heç bir problemlə qarşılaşmadan sürücülük vəsiqəsini yeniləyə bilər.

Hüquqşünas məsələnin birbaşa qanunvericilik tərəfini və açıqlamasında səsləndirdiyi fikirlərin mahiyyətini bu cür ifadə edib:

"Qanunvericilikdə hər hansı bir yaş məhdudiyyəti nəzərdə tutulmayıb. Burada ən əsas və yeganə meyar sürücünün sağlamlıq vəziyyətidir. Vətəndaş ilk növbədə müvafiq tibbi müayinədən keçməlidir. Əgər həkimlərin rəyi müsbət olarsa, yəni sağlamlığı sükan arxasına əyləşməyə imkan verərsə, bəli, bundan sonra o, tam qanuni şəkildə sürücülük vəsiqəsini yenidən ala və nəqliyyat vasitəsini idarə edə bilər".

Qeyd edək ki, qanunun bu yanaşması yaşından asılı olmayaraq, fiziki durumu yerində olan hər bir vətəndaşın hərəkət azadlığını və hüquqlarını qoruyur. Sürücülük vəsiqəsinin müddəti bitən yaşlı sürücülər də sənədlərini yeniləmək üçün ilkin olaraq poliklinikalarda tibbi arayışı (forma 86) təmin etməli və müayinə nəticələrinə uyğun olaraq müvafiq qeydiyyat-imtahan şöbələrinə müraciət etməlidirlər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1097   Tarix: 06 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Universitetlərə qəbul imtahanları ləğv edilə bilər? - Azərbaycanda yeni sistemə keçid mümkündürmü? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Dünyanın bir sıra ölkələrində universitetlərə qəbul zamanı abituriyentlərin orta məktəb illərindəki akademik göstəriciləri əsas meyar kimi nəzərə alınır. Bu təcrübə Azərbaycanda da ali təhsil müəssisələrinə qəbul sisteminin dəyişdirilməsi məsələsini gündəmə gətirir. Bəs ölkəmizdə qəbul imtahanlarını

17 noyabr
.

Direktorların işə qəbul nəticələri - Açıqlandı

2026-cı ildə keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb. Bildirilib ki, müsabiqədə müəyyən edilmiş tələblərə cavab verən 463 nəfər uğur qazanıb. Namizədlərin müsabiqə nəticələri barədə məlumatlar onları

16 noyabr
.

Bakıda DƏHŞƏT: Avtobus gənc qızı vuraraq öldürdü

Bakıda səhər saatlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə Koroğlu metrostansiyasının çıxışında qeydə alınıb. "Daewoo" markalı sərnişin avtobusu yolu keçən gənc qızı vurub. Zərbənin təsirindən ağır xəsarət ala

16 noyabr
.

Ev sahibi kirayəçini məhkəmə qərarı olmadan evdən çıxara bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Kirayə münasibətlərində ev sahibi ilə kirayəçi arasında yaranan mübahisələrdən biri də mənzilin boşaldılması tələbi ilə bağlıdır. Bəzi hallarda ev sahibləri kirayə haqqının gecikdirilməsini, müqavilə müddətinin başa çatmasını və ya mənzilə özlərinin ehtiyac duymasını əsas gətirərək kirayəçidən evi qıs

17 noyabr
.

Gürcüstanda azərbaycanlı gəncin meyiti tapıldı

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda faciəvi hadisə baş verib. "Qafqazinfo" yerli mediaya istinadən xəbər verir ki, rayonun Təzəkənd kənd sakini 26 yaşlı Emil Məmmədovun meyiti yaşadığı evdə tapılıb. Onun ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Gürcüstanı

16 noyabr
.

Dünyada ərzaq ucuzlaşır, Azərbaycanda isə bahalaşır - Səbəb nədir? - İQTİSADÇIDAN AÇIQLAMA

Dünya bazarında ərzaq məhsullarının qiymətində azalma müşahidə olunsa da, bu tendensiya Azərbaycanın daxili bazarında özünü eyni şəkildə göstərmir. FAO-nun oktyabr ayı üzrə göstəricilərinə əsasən, qlobal Ərzaq Qiymətləri İndeksi 1,2 faiz azalıb. Azərbaycanda isə əksinə, həmin ay ət və ət məhsulları

17 noyabr
.

"Parlament danışmaqxana deyil" - Spikerdən deputata irad

"Ötən gün keçirilən plenar iclasda çıxış üçün verilən reqlament 10 dəqiqədən 5 dəqiqəyə endirildi. Hansı deputat 3 dəqiqə danışmaq istəyirsə, danışsın. Başqalarına niyə yol göstərirlər? Bura Milli Məclisdir, danışmaqxanadır. Danışmağa sərhəd qoymaq olmaz". "Qafqazinfo" xəbər veri

17 noyabr
.

"Mahal MTK"da rüşvət və özbaşınalıq - Müştəriləri belə aldadırlar

Sumqayıt şəhərində fəaliyyət göstərən "Mahal MTK" tərəfindən tikilib sakinlərə təhvil verilməli olan mənzillərlə bağlı ciddi problemlər yaranıb. Tikinti şirkətinin qanunsuz tələbləri və vədlərinə əməl etməməsi vətəndaşların haqlı narazılığına səbəb olub. Məlumata görə, "Mahal MTK"

16 noyabr
.

"Changan" idarəetməni itirərək səkiyə çıxdı

Gecə saatlarında Novxanı-Sumqayıt yolunda qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, "Changan" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq səkiyə və yol kənarındakı ağaca çırpılıb. Bildirilib ki, hadisə yolun təmir gedən hissəsində qeydə alınıb. Qəzaya uğrayan nəqliyya

18 noyabr