Ötən ay Bakı və Abşerona 749 % normadan artıq yağıntı düşüb

Ötən ay Bakı və Abşerona 749 % normadan artıq yağıntı düşübAzərbaycanda mayda ən çox yağıntı aylıq normanın 749 faizi olmaqla Bakı və Abşeron yarımadasına düşüb.

"Report" xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

O qeyd edib ki, Bakı və Abşeron yarımadasında may ayında havanın temperaturu iqlim norması ilə müqayisədə 22 gün normadan yuxarı, 9 gün isə normadan aşağı müşahidə edilib, orta aylıq temperatur 18°C isti təşkil edib ki, bu da iqlim normasından 1°C yuxarıdır.

Onun sözlərinə görə, yarımadada maksimal temperatur mayın 13-də 32°C isti (Maştağa), bölgələrdə isə mayın 28-də 33°C isti (Kürdəmir) təşkil edib.

Minimal temperatur isə Bakıda və Abşeron yarımadasında mayın 5-də 9°C isti (Maştağa), yüksək dağlıq ərazilərdə isə mayın 9-da 2°C şaxta (Şahdağ) olub:

"May ayı ərzində bəzi günlərdə hava şəraiti fasilələrlə yağıntılı keçib, dağlıq ərazilərdə sulu qar və qar yağıb. Bəzi ərazilərdə yağıntılar leysan xarakterli, intensiv və güclü olub. Ümumilikdə, bölgələr üzrə 31 gün yağıntılı hava şəraiti müşahidə edilib. Ən çox yağıntı aylıq normanın 749 faizi olmaqla Bakı və Abşeron yarımadasına (Bakı - 148 mm), aylıq normanın 199 faizi olmaqla Balakən-Şəki zonasına (Kişçay-Şəki - 206 mm) və aylıq normanın 265 faizi olmaqla Lənkəran-Astara zonasına (Biləsuvar - 85 mm) düşüb. Yağan qar nəticəsində qar örtüyünün maksimal hündürlüyü mayın 9-da Şahdağda 9 sm qeydə alınıb".

N.Mahmudov bildirib ki, may ayı ərzində ölkənin müxtəlif bölgələrində dolu hadisələri də qeydə alınıb:

"Dolu əsasən Bakı və Abşeron yarımadası, Gədəbəy, Şəmkir, Şuşa, Laçın, Qəbələ, Şəki, Qax, Balakən, Zaqatala, Yardımlı, Qusar, İsmayıllı, Ağstafa, Daşkəsən, Kəlbəcər və digər rayonlarda müşahidə olunub. Dolu dənələrinin diametri əksər hallarda 4-20 mm arasında dəyişib. Ən böyük dolu isə mayın 29-da Oğuz rayonunun Qarabulaq və Böyük Söyüdlü kəndlərində qeydə alınıb, diametri 15-30 mm təşkil edib".

Xidmətinin rəisi əlavə edib ki, 2026-cı ilin may ayı ərzində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq 10 sarı və narıncı xəbərdarlıq verilib.

"Bakı və Abşeron yarımadasında 11 gün, bölgələrdə isə 18 gün küləkli hava şəraiti müşahidə olunub. Küləyin maksimal sürəti həm Bakı və Abşeron yarımadasında, həm də bölgələrdə 28 m/s-dək güclənib", - deyə o bildirib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 347   Tarix: 06 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Universitetlərə qəbul imtahanları ləğv edilə bilər? - Azərbaycanda yeni sistemə keçid mümkündürmü? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Dünyanın bir sıra ölkələrində universitetlərə qəbul zamanı abituriyentlərin orta məktəb illərindəki akademik göstəriciləri əsas meyar kimi nəzərə alınır. Bu təcrübə Azərbaycanda da ali təhsil müəssisələrinə qəbul sisteminin dəyişdirilməsi məsələsini gündəmə gətirir. Bəs ölkəmizdə qəbul imtahanlarını

17 noyabr
.

Direktorların işə qəbul nəticələri - Açıqlandı

2026-cı ildə keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb. Bildirilib ki, müsabiqədə müəyyən edilmiş tələblərə cavab verən 463 nəfər uğur qazanıb. Namizədlərin müsabiqə nəticələri barədə məlumatlar onları

16 noyabr
.

Bakıda DƏHŞƏT: Avtobus gənc qızı vuraraq öldürdü

Bakıda səhər saatlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə Koroğlu metrostansiyasının çıxışında qeydə alınıb. "Daewoo" markalı sərnişin avtobusu yolu keçən gənc qızı vurub. Zərbənin təsirindən ağır xəsarət ala

16 noyabr
.

Ev sahibi kirayəçini məhkəmə qərarı olmadan evdən çıxara bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Kirayə münasibətlərində ev sahibi ilə kirayəçi arasında yaranan mübahisələrdən biri də mənzilin boşaldılması tələbi ilə bağlıdır. Bəzi hallarda ev sahibləri kirayə haqqının gecikdirilməsini, müqavilə müddətinin başa çatmasını və ya mənzilə özlərinin ehtiyac duymasını əsas gətirərək kirayəçidən evi qıs

17 noyabr
.

Gürcüstanda azərbaycanlı gəncin meyiti tapıldı

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda faciəvi hadisə baş verib. "Qafqazinfo" yerli mediaya istinadən xəbər verir ki, rayonun Təzəkənd kənd sakini 26 yaşlı Emil Məmmədovun meyiti yaşadığı evdə tapılıb. Onun ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Gürcüstanı

16 noyabr
.

Dünyada ərzaq ucuzlaşır, Azərbaycanda isə bahalaşır - Səbəb nədir? - İQTİSADÇIDAN AÇIQLAMA

Dünya bazarında ərzaq məhsullarının qiymətində azalma müşahidə olunsa da, bu tendensiya Azərbaycanın daxili bazarında özünü eyni şəkildə göstərmir. FAO-nun oktyabr ayı üzrə göstəricilərinə əsasən, qlobal Ərzaq Qiymətləri İndeksi 1,2 faiz azalıb. Azərbaycanda isə əksinə, həmin ay ət və ət məhsulları

17 noyabr
.

"Parlament danışmaqxana deyil" - Spikerdən deputata irad

"Ötən gün keçirilən plenar iclasda çıxış üçün verilən reqlament 10 dəqiqədən 5 dəqiqəyə endirildi. Hansı deputat 3 dəqiqə danışmaq istəyirsə, danışsın. Başqalarına niyə yol göstərirlər? Bura Milli Məclisdir, danışmaqxanadır. Danışmağa sərhəd qoymaq olmaz". "Qafqazinfo" xəbər veri

17 noyabr
.

"Mahal MTK"da rüşvət və özbaşınalıq - Müştəriləri belə aldadırlar

Sumqayıt şəhərində fəaliyyət göstərən "Mahal MTK" tərəfindən tikilib sakinlərə təhvil verilməli olan mənzillərlə bağlı ciddi problemlər yaranıb. Tikinti şirkətinin qanunsuz tələbləri və vədlərinə əməl etməməsi vətəndaşların haqlı narazılığına səbəb olub. Məlumata görə, "Mahal MTK"

16 noyabr
.

"Changan" idarəetməni itirərək səkiyə çıxdı

Gecə saatlarında Novxanı-Sumqayıt yolunda qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, "Changan" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq səkiyə və yol kənarındakı ağaca çırpılıb. Bildirilib ki, hadisə yolun təmir gedən hissəsində qeydə alınıb. Qəzaya uğrayan nəqliyya

18 noyabr