Azərbaycan və Türkmənistan mədəniyyət sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırır

Azərbaycan və Türkmənistan mədəniyyət sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırırTürkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli arasında görüş keçirilib.

"Report" xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkmənistan arasında mədəni-humanitar əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər mədəniyyətin iki qardaş xalq arasında tarixən formalaşmış dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıblar.

Söhbət zamanı mədəniyyət müəssisələri, muzeylər, kitabxanalar, yaradıcı kollektivlər və ixtisaslaşmış təhsil ocaqları arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti qeyd edilib.

Görüşdə Türkmənistanın Aşqabad və Arkadağ şəhərlərində keçirilən Azərbaycan Mədəniyyəti Günlərinin iki ölkə xalqları arasında mədəni yaxınlaşmanın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə mühüm töhfə verdiyi bildirilib.

Tərəflər həmçinin hər iki ölkənin zəngin tarixi-mədəni irsinin təbliğinə xidmət edən birgə layihələrin, sərgilərin və digər mədəni təşəbbüslərin həyata keçirilməsinin vacibliyini vurğulayıblar. Sənət adamları və yaradıcı ziyalılar arasında əlaqələrin daha da intensivləşdirilməsinin əhəmiyyəti də diqqətə çatdırılıb.

Görüş zamanı beynəlxalq təşkilatlar və mədəni platformalar çərçivəsində əməkdaşlığın inkişafı, həmçinin Türkmənistan-Azərbaycan mədəni-humanitar tərəfdaşlığının dərinləşdirilməsinə xidmət edən yeni əməkdaşlıq formatları ətrafında fikir mübadiləsi aparılıb.

Sonda tərəflər ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf etdirilməsində maraqlı olduqlarını ifadə edərək xalqların rifahı naminə konstruktiv dialoqun davam etdiriləcəyinə əminliklərini bildiriblər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 158   Tarix: 06 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

AFFA niyə Avropa çempionlarını təbrik etmədi?

Azərbaycan minifutbol milli komandasının Avropa çempionu olması ölkənin idman camiəsini sevindirdi. "Qafqazinfo" xəbər verir ki, Slovakiyada keçirilən turnirin finalında Ukraynanı 2:0 hesabı ilə məğlub edən komandamız bu titula ikinci dəfə yiyələndi. Komandamız tarix yazaraq kuboku növbət

6 iyun
.

MM əmlak həbsi ilə bağlı mübahisələrin məhkəmədə həllini ilk oxunuşda qəbul edib

Milli Məclis əmlak həbsi ilə bağlı mübahisələrin mülki deyil, məhkəmə nəzarəti qaydasında həll edilməsi təklifini birinci oxunuşda qəbul edib. xəbər verir ki, bununla bağlı Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü ilk iclasında müzakirəyə çıxarılıb

5 iyun
.

Azərbaycan və Türkmənistan mədəniyyət sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırır

Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli arasında görüş keçirilib. "Report" xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkmənistan arasında mədəni-humanitar əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflə

6 iyun
.

Bu qaydanı bilməyənlər daha çox cərimə ödəyir

Cari İnzibati Xətalar Məcəlləsi 2016-cı il martın 1-dən qüvvəyə minib. Həmin vaxt balla qiymətləndirilən inzibati xətaların sayı 14 idi və ümumi bal sistemi 54 baldan ibarət idi. xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında deputat Kamal Cəfərov məluma

6 iyun
.

Bu ərazidə pensiyalar tam verildi

Naxçıvan Muxtar Respublikası üzrə iyun ayının pensiya ödənişləri yekunlaşıb. xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Belə ki, nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyun ayının pensiya ödənişi başa çatdırılı

6 iyun
.

Deputat aqrar sığortaya əlavə vəsaitlərin ayrılmasını təklif edib

Azərbaycanda fermerlərə dəymiş ziyanın ödənilməsi üçün aqrar sığortaya əlavə vəsaitlərin ayrılması vacibdir. xəbər verir ki, bunu deputat Əli Məsimli bu gün keçirilən Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasında bildirib. Onun sözlərinə görə, intensiv yağışlar həm Bakıda, həm də regionlard

5 iyun
.

10 gündən sonra bu şəxslər işsiz qalacaq - AÇIQLAMA

Məhərrəm ayının başlaması ilə əlaqədar ölkədə toy, nişan və kütləvi əyləncə tədbirlərinin müvəqqəti dayandırılması xidmət sektorunda çalışan yüzlərlə sahibkarı və fərdi fəaliyyət göstərən şəxsi ciddi sınaq qarşısında qoyub. İllərdir formalaşan bu ənənəvi durğunluq dövrü şadlıq saraylarından tutmuş musiqiçilərə

6 iyun
.

Sosial şəbəkələrlə bağlı tələbləri pozanlar cərimələnəcək

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir. Axşam.az xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni - 388-4-cü maddədə əksini tapıb. Layihəyə əsasən, "İnformasiya, informasiyalaşdırma v

6 iyun
.

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında iyunun 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-19 isti

5 iyun