SEPAH ABŞ ilə zərbə mübadiləsinin xronologiyası barədə məlumat yayıb
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında ABŞ və İran arasında son zərbə mübadiləsi ilə bağlı hadisələrə dair öz versiyasını dərc edib.
"Report" "Al-Jazeera"ya istinadən xəbər verir ki, bu barədə "Fars" məlumat yayıb.
SEPAH-ın bəyanatına görə, toqquşmalar "ABŞ hərbçilərinin müşayiət etdiyi" dörd neft tankerinin "Hörmüz boğazını qanunsuz olaraq tərk etməyə" cəhd göstərməsindən sonra başlayıb.
SEPAH-ın iddiasına görə, İranın Hərbi Dəniz Qüvvələri onlara xəbərdarlıq edib, bundan sonra tankerlərdən biri "vurularaq dayandırılıb", digər gəmilər isə istiqamətini dəyişərək geri qayıdıb. Daha sonra ABŞ pilotsuz uçuş aparatları Qəşm adasındakı telekommunikasiya obyektinə və Sirik şəhərindəki limana zərbələr endirib.
Buna cavab olaraq SEPAH Küveytdəki iki ABŞ aviabazasına, həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki Beşinci Donanmasının qərargahına zərbələr endirdiyini bəyan edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 121 Tarix: 06 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
45 min illik kəllə Avropanın ilk insanının üzünü ortaya çıxardı
Çexiyada 1950-ci ildə tapılan 45 min illik qadın kəlləsi üç fərqli rekonstruksiya üsulu ilə yenidən "canlandırılıb". Ortaya çıxan üz xüsusiyyətləri müasir Mərkəzi Afrika qadınlarının cizgilərinə bənzəyir və tünd dəri ilə göz rənginə işarə edir. Qaynarinfo xəbər verir ki, 1950-ci ildə Çexiyad
2 iyunSEPAH ABŞ ilə zərbə mübadiləsinin xronologiyası barədə məlumat yayıb
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında ABŞ və İran arasında son zərbə mübadiləsi ilə bağlı hadisələrə dair öz versiyasını dərc edib. "Report" "Al-Jazeera"ya istinadən xəbər verir ki, bu barədə "Fars" məlumat yayıb. SEPAH-ın bəyanatına görə, toqquşmala
6 iyunGünəşin heç batmadığı dağlarda 20 min avroluq xəzinə ovu
Finlandiyanın məşhur xizək mərkəzi Levi yay mövsümünü 20.00 avro dəyərində qızıl axtarışı ilə açır. Gecə yarısı günəşi altında xəzinə tapmaq istəyən iştirakçılar 18 iyun tarixində Levidə bir araya gələcəklər. Qaynarinfo xəbər verir ki, Şimal işıqları və Şaxta Babanın evi ilə tanınan Laponiyanın bu bölgəs
5 iyunŞimal Qütbündə qorxulu ərimə: "Cəsəd Burnu" yüzillər sonra üzə çıxdı
Qlobal istiləşmə Svalbard arxipelaqında yerləşən tarixi məzarlıqları üzə çıxarır. "Cəsəd Burnu" (Likneset) adlanan bölgədə əsrlər boyu donmuş halda qalan torpaqların əriməsi nəticəsində 17-18-ci əsrlərdə burada dəfn edilən dənizçilərə aid skeletlər yenidən üzə çıxır. Qaynarinfo xəbər veri
1 iyun"Səhv etmək normaldır": Mükəmməllik axtarışı insanı niyə məhv edir?
Dünyanın ən məşhur fikirlərindən biri olan Stiven Hokinqin düşüncəsi yenidən milyonlarla insanın diqqət mərkəzinə düşüb. Fizik hesab edirdi ki, səhv etmək zəiflik deyil, insan varlığının şərtidir. Qaynarinfo xəbər verir ki, bu barədə "Economic Times" yazır. Hokinq bu ideyanı qısa və aydın şəkild
1 iyun