Ata 4 yaşlı oğlunu öldürüb meyitini bünövrənin altında gizlətdi
ABŞ-ın Vaşinqton ştatında polis 4 yaşlı oğlunu öldürdüyünü və cəsədini gizlətdiyini etiraf edən kişini saxlayıb. Uşağın qalıqları itkin düşməsindən bir il sonra yaşayış evinin döşəməsinin altında aşkarlanıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, şəxsə ikinci dərəcəli qətl və insan qalıqlarını qanunsuz şəkildə gizlətmək ittihamları irəli sürülüb.
İstintaq ailənin 6 yaşlı qızının itkin düşməsi ilə bağlı daxil olan məlumatdan sonra başlayıb. Məlum olub ki, uşaq anasının yanında təhlükəsiz vəziyyətdədir. Lakin araşdırma zamanı onun kiçik qardaşı, Eydən adlı uşağın da itkin düşdüyü üzə çıxıb.
Ata əvvəlcə oğlunun başqa ştatda yaşayan qohumlarının yanında olduğunu iddia edib. Sonradan isə ifadəsini dəyişərək müstəntiqlərə uşağın başına təsadüfən zərbə vurduğunu və ya hamam otağında yıxıldığını deyib. Lakin məhkəmə-tibbi ekspertizasının nəticələri bu iddiaları təkzib edib.
Mayın 15-də uşağın qalıqları ailənin yaşadığı evin bünövrəsinin altında, zibil torbasının içərisində tapılıb.
Ekspertlər müəyyən ediblər ki, uşağın ölümünə küt əşya ilə vurulmuş zərbə nəticəsində yaranan kəllə-beyin travması səbəb olub. Mütəxəssislərin rəyinə görə, ölüm bədbəxt hadisə nəticəsində baş verməyib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 464 Tarix: 07 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ürəyində tikiş iynəsi aşkarlandı
Çində sidikdə qan olması şikayəti ilə xəstəxanaya müraciət edən 35 yaşlı əqli inkişaf pozuntusu olan şəxsin ürəyində 36 millimetr uzunluğunda tikiş iynəsi aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, xəstənin xəstəxanaya gətirilərkən həyati göstəriciləri normal olub. Lakin həkimlər döş qəfəsini
15 sentyabrBu ölkədə 1 əsr yaşayanların sayı 100 mini keçdi - Yeni rekord
Yaponiyada 100 və daha yuxarı yaşda olan insanların sayı ilk dəfə 100 mini keçərək 107 min 677 nəfərə çatıb. Bununla da ölkədə 100 yaşdan çox yaşayanların sayı ardıcıl 56-cı il artaraq yeni rekorda yüksəlib. "Qafqazinfo" xəbər verir ki, Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyinin məlumatın
16 sentyabrAlimlər kainatın nə vaxt sona çatacağını proqnozlaşdırdı
Alimlər kainatın sonunun nə vaxt baş verə biləcəyini hesablayıblar. Nəticələr Kornell Universiteti, Şanxay Tsyaotun Universiteti və digər elmi müəssisələrin tədqiqatçıları tərəfindən əldə edilib. Qaynarinfo xəbər verir ki, bu barədə "Mirror" yazıb. Tədqiqata görə, NASA ekspertlərinin də dəstəklədiy
14 sentyabrBu ölkə kitab oxuyanlara pul verəcək
Sinqapur hakimiyyəti vətəndaşlara kitab oxuduqları üçün ödəniş etmək qərarına gəlib. "Qafqazinfo" xəbər verir ki, bu haqda "The Independent" nəşri məlumat yayıb. Ölkə "doomscrolling" (bədbin xəbərləri fasiləsiz izləmə vərdişi) ilə mübarizə aparmaq və ölkə daxilində mütali
17 sentyabrABŞ Federal Ehtiyat Sistemi son üç ildə ilk dəfə faiz dərəcələrini artırıb
ABŞ Federal Ehtiyat Sistemi (FED) federal fondlar üzrə faiz dərəcəsini 25 baza bəndi artıraraq illik 3,75-4% diapazonuna çatdırıb. xəbər verir ki, bu barədə qərar ABŞ-da inflyasiyanın qarşısını almaq zərurəti ilə əsaslandırılıb. Federal Ehtiyat Sisteminin (FERS) faiz dərəcəsinin artırılması, 2024-c
17 sentyabrAyda yadplanetlilərin izləri ola bilər: Alimlər harada axtarmağı tapdılar
Çoxdan yox olmuş potensial yadplanetlilərin texnologiyalarının kiçik fraqmentləri ulduzlararası məkanı keçərək Aya düşmüş ola bilər. Yadplanetli mənşəli bu texnoloji qalıqları aşkar etmək, ehtimal ki, nisbətən asan olacaq. "Live Science"a istinadən xəbər verir ki, alimlər uzun müddətdir kosmosd
13 sentyabrRusiyadan Ermənistana təbii qaz tədarükü dayandırılacaq
Rusiya Federasiyasında planlaşdırılan profilaktik və təmir işləri ilə əlaqədar olaraq Ermənistana təbii qazın tədarükü müvəqqəti olaraq dayandırılacaq. xəbər verir ki, bu barədə "Qazprom Ermənistan" QSC məlumat yayıb. "Rusiya Federasiyasında Şimali Qafqaz-Zaqafqaziya qaz kəmərində planlaşdırıla
14 sentyabr