KİV: İran ABŞ Hərbi Hava Qüvvələrinin Qətərdəki mərkəzini sıradan çıxarıb
İranın raket zərbələri nəticəsində Qətərin paytaxtı Doha yaxınlığında yerləşən Əl-Udeyd aviabazası ərazisindəki ABŞ Hərbi Hava Qüvvələrinin əməliyyat mərkəzi tamamilə sıradan çıxıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Air and Space Forces Magazine" məlumat yayıb.
Nəşr adları açıqlanmayan yüksəkvəzifəli ABŞ rəsmisinə və digər məlumatlı mənbələrə istinadən yazır ki, komanda məntəqəsi "ciddi zərər çəkib". Belə ki, obyekt İranın çoxsaylı raketlərinin birbaşa zərbələrinə məruz qalıb.
Məlumata görə, hadisə ABŞ və İsrailin İranla müharibəsinin ilk həftələrində baş verib. Nəşr iddia edir ki, komanda mərkəzi artıq istifadəyə yararsız vəziyyətə düşüb.
Həmçinin qeyd olunur ki, zərbələr zamanı obyekt ABŞ Silahlı Qüvvələri tərəfindən istifadə edilmirdi və şəxsi heyət arasında itki olmayıb.
Əl-Udeyd bazasındakı mərkəz ABŞ Hərbi Hava Qüvvələrinin Yaxın Şərq və Cənub-Qərbi Asiya üzrə komandanlığına tabedir. Bu komanda məntəqəsi əvvəllər Əfqanıstan, İraq, Suriya və Yəmən əməliyyatlarında fəal istifadə olunub.
Qeyd olunub ki, mərkəzin İrana yaxın yerləşməsi onun bərpa edilməsinin məqsədəuyğun olub-olmaması ilə bağlı suallar yaradıb. İndiyədək İranın bu ABŞ komanda məntəqəsini faktiki olaraq məhv etməsinə dair məlumat verilməmişdi.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 416 Tarix: 07 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Trampın impiçment tələbi ilə bağlı sənəd qəbul olunmadı
ABŞ Konqresinin Nümayəndələr Palatası ölkə Prezidenti Donald Trampa qarşı impiçment prosedurunun başlanmasını tələb edən qətnaməni qəbul etməyib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, hazırkı dövlət başçısının təmsil olunduğu Respublikaçılar Partiyasının nəzarətində olan Nümayəndələ
16 sentyabrBu ölkədə 1 əsr yaşayanların sayı 100 mini keçdi - Yeni rekord
Yaponiyada 100 və daha yuxarı yaşda olan insanların sayı ilk dəfə 100 mini keçərək 107 min 677 nəfərə çatıb. Bununla da ölkədə 100 yaşdan çox yaşayanların sayı ardıcıl 56-cı il artaraq yeni rekorda yüksəlib. "Qafqazinfo" xəbər verir ki, Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyinin məlumatın
16 sentyabrGürcüstan Azərbaycana yeni səfir təyin etdi
Giorgi Zakaraşvili Gürcüstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib. xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Qeyd olunur ki, Zakaraşvili ölkənin xaricdəki diplomatik nümayəndəliklərində çoxillik iş təcrübəsinə malikdir. Diplomat 2021-ci ildə
16 sentyabrBrent markalı neftin qiyməti bir barel üçün 103,68 dollara düşdü
Neftin qiyməti cümə səhəri düşməyə davam edir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,14 dollar (1,09 faiz) az, bir barel üçün 103,68 dollara satılır. Cümə axşamı isə onlar 1,01 dollar (0,95 faiz) azalara
18 sentyabrAlmaniyada benzinin qiyməti rekord həddə çatıb
Almaniyada "Super E10" benzinin qiyməti rekord həddə çatıb. xəbər verir ki, bu barədə Almaniyanın Avtomobil Klubu məlumat yayıb. Hazırda ölkədə "E10" benzininin litrinin orta qiyməti 2404 avrodur. Bundan əlavə, mütəxəssislər dizel yanacağının qiymətinin çox yaxın gələcəkdə rekor
14 sentyabrİranın 300-dən çox biznes nümayəndəsi Rusiyada səfərdədir
İranın 18 əyalətindən olan 300-dən çox biznes nümayəndəsi iki beynəlxalq sərgidə iştirak etmək üçün Rusiyada səfərdədir. xəbər verir ki, məlumatı İRNA yayıb. Bildirilib ki, Rusiya nümayəndələri İranın balıqçılıq və baytarlıq təşkilatlarının rəhbərləri ilə görüşdə iki ölkə arasında ticarətin artırılmas
15 sentyabrAyda yadplanetlilərin izləri ola bilər: Alimlər harada axtarmağı tapdılar
Çoxdan yox olmuş potensial yadplanetlilərin texnologiyalarının kiçik fraqmentləri ulduzlararası məkanı keçərək Aya düşmüş ola bilər. Yadplanetli mənşəli bu texnoloji qalıqları aşkar etmək, ehtimal ki, nisbətən asan olacaq. "Live Science"a istinadən xəbər verir ki, alimlər uzun müddətdir kosmosd
13 sentyabr