Pentaqon rəsmisi: Avropa ölkələri təhlükəsizlikləri üçün daha çox məsuliyyət daşımalıdırlar
Amerika qoşunlarının Almaniyadan tələsik çıxarılması planı yoxdur, lakin Avropa ölkələri öz təhlükəsizlikləri üçün daha çox məsuliyyət daşımalıdırlar.
"Report" xəbər verir ki, bu barədə Pentaqon rəhbərinin müşaviri Erik Qeress Almaniyanın "Süddeutsche Zeitung" və "Handelsblatt" nəşrlərinə verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, hazırda Amerika qüvvələrinin mümkün yenidən yerləşdirilməsi üçün müxtəlif variantlar və ssenarilər nəzərdən keçirilir: "Lakin son qərarı ABŞ Prezidenti Donald Tramp verməlidir. Heç nə tələsik edilməyəcək, heç nəyə yüngül yanaşmayacaq".
O, həmçinin ABŞ müdafiə naziri Pit Heqsetin Avropada təhlükəsizlik üçün məsuliyyətin bölüşdürülməsinə yanaşmanın dəyişdiyinə dair mövqeyini xatırladıb. Pentaqon sözçüsünün sözlərinə görə, Avropa ölkələri öz müdafiələrini təmin etməkdə daha fəal rol oynamaq üçün kifayət qədər resurs və imkanlara malikdirlər.
Qeyd edək ki, ABŞ Almaniyadan təxminən 5000 əsgərini çıxarmağı nəzərdən keçirir. Amerika mediasının məlumatına görə, bu proses altı aydan on iki aya qədər davam edə bilər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 124 Tarix: 07 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ata 4 yaşlı oğlunu öldürüb meyitini bünövrənin altında gizlətdi
ABŞ-ın Vaşinqton ştatında polis 4 yaşlı oğlunu öldürdüyünü və cəsədini gizlətdiyini etiraf edən kişini saxlayıb. Uşağın qalıqları itkin düşməsindən bir il sonra yaşayış evinin döşəməsinin altında aşkarlanıb. xarici KİV-ə istinadla bildirir ki, şəxsə ikinci dərəcəli qətl və insan qalıqlarını qanunsu
7 iyunAzərbaycan sərhədini pozmağa cəhd edən əcnəbilər saxlanılıblar
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıblar. xəbər verir ki, bu barədə DSX məlumat yayıb
6 iyun39 nəfər üzərində sınaq başladı: Bu peyvənd dünyanı dəyişə bilər
Böyük Britaniyanın Kembric Universitetinin alimləri süni intellektin köməyilə hazırlanan yeni nəsil peyvəndi ilk dəfə insanlar üzərində sınaqdan keçirməyə başlayıblar. -ın "Qafqazinfo"ya istinadla məlumatına görə, tədqiqatçılar bildirirlər ki, yeni peyvənd mövcud və gələcəkdə ortaya çıxa biləcə
6 iyunMəşhur repçinin vəkili Maduronu müdafiə edəcək
ABŞ həbsxanasında məhkəməsini gözləyən Venesuelanın sabiq prezidenti Nikolas Maduro müdafiəsi üçün repçi P.Diddinin (Şon Kombs) vəkili Anna Estevao ilə razılaşıb. -ın xəbərinə görə, bu barədə EFE agentliyi məlumat verib. Qeyd edilir ki, Estevao Venesuelanın keçmiş liderinin narkoterrorizm və narkoti
7 iyun18 yaşlı oğlan heyvan gübrəsinin altında qalıb öldü
Türkiyədə gənc oğlan faciəvi şəkildə ölüb. yerli mediaya istinadla bildirir ki, hadisə Aksaray şəhərində baş verib. 18 yaşlı Səməd Mərcan heyvan gübrəsini əraziyə boşaltmaq üçün avtomobilin yük yerini qaldırıb. Lakin qapı açılmadığı üçün Səməd sükan arxasından düşərək, qapını açmağa çalışıb. Bu zama
7 iyun