İsrail Livanda "Hizbullah"a qarşı əməliyyata başladı
İsrail ordusunun xüsusi təyinatlı dəstələri Livanın Nəbatiyyə şəhərinin ətrafında "Hizbullah" təşkilatının silahlı dəstələrinə qarşı əməliyyata başlayıb.
Oxu.Az "Al Hadath" telekanalına istinadən xəbər verir ki, paytaxt Beyrutdan 75 km məsafədə yerləşən şəhərin ətraf ərazilərinə hücum intensiv aviasiya zərbələri və artilleriya hazırlığından sonra başlayıb.
İsrail hərbçiləri partlayıcı maddələrin və təxribat qruplarının aşkarlanması üçün robotlardan istifadə edirlər.
İyunun 6-da "Hizbullah" məlumat yaymışdı ki, döyüşçülər Nəbatiyyədən səkkiz km məsafədə yerləşən və İsrailin nəzarətindəki orta əsrlərə aid Bofor qalasının yaxınlığındakı İsrailin komanda məntəqəsini və zirehli texnikalarını atəşə tutublar. İdarəolunan mərmi ilə bir ədəd "Merkava" tankı vurulub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 129 Tarix: 07 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiya Prezidenti: Tərəfdaşlarla əməkdaşlıq siyasi mülahizələrə tabe deyil
Rusiyanın Hindistan və digər tərəfdaşlarla əməkdaşlığı siyasi mülahizələrə tabe deyil; Moskva zəruri hesab etdiyini edəcək və öhdəliklərini yerinə yetirəcək. "Report" xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPIEF) plenar iclasınd
7 iyunAvstraliyada 200 min dollarlıq tarakanlar müsadirə edildi
Avstraliyada təhlükəsizlik xidmətinin əməkdaşları 200 min dollar dəyərində 100 mindən çox canlı ekzotik tarakan müsadirə ediblər. xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, müsadirə edilən həşəratlar arasında dünyanda ən iri tarakan növü sayılan - Madaqaska
7 iyunBraziliya Avropa İttifaqının ət idxalı qadağasına cavab hazırlayır
Braziliya hökuməti Avropa İttifaqının (Aİ) Braziliyadan ət məhsullarının idxalını məhdudlaşdırmaq qərarına cavab tədbirlərinin görülməsi imkanlarını nəzərdən keçirir. xəbər verir ki, bu barədə "Folha de S.Paulo" qəzetinə müsahibəsində Braziliya Kənd Təsərrüfatı Nazirliyinin ticarət və beynəlxal
7 iyunDənizdə bir həftə qalan çinli turist sağ tapılıb
Çində bir həftə açıq dənizdə qalan 39 yaşlı turist xilas edilib. xəbər verir ki, bu barədə HNTV məlumat yayıb. Məlumata görə, çinli turist təsadüfən Haynan adası yaxınlığında dənizə düşüb və sahilə çıxa bilməyib. O, təxminən bir həftə ərzində xilasetmə vasitəsi olmadan suda qalıb və sağ qalmaq üçün yalnı
7 iyunPaşinyandan etiraf: "Ermənistan Avropa İttifaqına üzv olmağa hazır deyil"
Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin hələlik Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı namizəd statusu almağa hazır olmadığını etiraf edib. TASS agentliyinə istinadən xəbər verir ki, o, bu barədə brifinqdə bildirib. "Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq barədə referendum o zaman keçiriləcə
7 iyunDünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı - SİYAHI
Dünyanın ən çox çay içən ölkələri açıqlanıb. xəbər verir ki, siyahı adambaşına içilən illik çay miqdarı əsasında hazırlanıb. Həmin siyahını təqdim edirik:. 1. Türkiyə - 3,16 kq. 2. İrlandiya - 2,19 kq. 3. Birləşmiş Krallıq - 1.94 kq. 4. İran - 1,50 kq. 5. Rusiya - 1,38 kq. 6. Mərakeş - 1,22 kq. 7. Yen
6 iyun