İsrail hərbçiləri Nəbatiyyənin ətrafını silahlılardan təmizləməyi planlaşdırır
İsrailin Müdafiə Ordusunun xüsusi təyinatlı qüvvələri Livanın cənubundakı Nəbatiyyəyə yaxınlaşan "Hizbullah" silahlılarına qarşı əməliyyata başlayıb.
"Report"un məlumatına görə, bu barədə "Al-Hadath" telekanalı xəbər verib.
Məlumata görə, Beyrutdan 75 km məsafədə yerləşən şəhərətrafına intensiv hava hücumları və artilleriya hazırlığından sonra hücum başlayıb. İsrail hərbçiləri partlayıcı maddələri və təxribat qruplarını aşkarlamaq üçün robotlardan istifadə edir.
Xatırladaq ki, "Hizbullah" iyunun 6-da hərəkatın döyüşçülərinin Nəbatiyyədən 8 km məsafədə yerləşən və orta əsrlərə aid Bofor qalasının yaxınlığında İsrailin komanda məntəqəsinə və zirehli texnikanın cəmləşdiyi yerə atəş açdığını bildirib. Qeyd edilir ki, bir ədəd "Merkava" tankı idarə olunan mərmi ilə vurulub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 93 Tarix: 07 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
KİV: ABŞ-də 65 ildə ilk dəfə hərbçilər edam edilə bilərlər
ABŞ ordusu 1961-ci ildən bəri ilk dəfə olaraq ölüm hökmünə məhkum edilmiş dörd hərbçini edam edə bilər. xəbər verir ki, bu barədə ABC telekanalı daxili planlaşdırma sənədlərinə istinadən xəbər verir. Edam edilə biləcək məhkumlar qətl və təcavüz cinayətlərinə görə həbs olunublar. İlkin olaraq fevral ayınd
7 iyunZelenski ilə Madyarın görüşünün təşkili gündəmdədir
Kiyev və Budapeşt Ukrayna Prezidenti Volodimir Zelenski ilə Macarıstanın Baş naziri Peter Madyar arasında mümkün görüşün hazırlanması üzrə iş aparırlar. "Report" xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Vinnitsada slovakiyalı həmkarı Yuray Blanarla danışıqlarda
7 iyunDənizdə bir həftə qalan çinli turist sağ tapılıb
Çində bir həftə açıq dənizdə qalan 39 yaşlı turist xilas edilib. xəbər verir ki, bu barədə HNTV məlumat yayıb. Məlumata görə, çinli turist təsadüfən Haynan adası yaxınlığında dənizə düşüb və sahilə çıxa bilməyib. O, təxminən bir həftə ərzində xilasetmə vasitəsi olmadan suda qalıb və sağ qalmaq üçün yalnı
7 iyunKİV: İran ABŞ Hərbi Hava Qüvvələrinin Qətərdəki mərkəzini sıradan çıxarıb
İranın raket zərbələri nəticəsində Qətərin paytaxtı Doha yaxınlığında yerləşən Əl-Udeyd aviabazası ərazisindəki ABŞ Hərbi Hava Qüvvələrinin əməliyyat mərkəzi tamamilə sıradan çıxıb. xəbər verir ki, bu barədə "Air and Space Forces Magazine" məlumat yayıb. Nəşr adları açıqlanmayan yüksəkvəzifəl
7 iyun