Braziliya Avropa İttifaqının ət idxalı qadağasına cavab hazırlayır
Braziliya hökuməti Avropa İttifaqının (Aİ) Braziliyadan ət məhsullarının idxalını məhdudlaşdırmaq qərarına cavab tədbirlərinin görülməsi imkanlarını nəzərdən keçirir.
Oxu.Az xəbər verir ki, bu barədə "Folha de S.Paulo" qəzetinə müsahibəsində Braziliya Kənd Təsərrüfatı Nazirliyinin ticarət və beynəlxalq əlaqələr üzrə katibi Luis Rua bildirib.
"Əgər bizə tərəfdaş kimi yanaşılmadığını anlasaq, Aİ-nin addımlarına necə cavab verə biləcəyimizlə bağlı artıq bəzi ideyalarımız var", - deyə məmur bəyan edib.
Ruanın sözlərinə görə, Braziliya rəhbərliyi danışıqlar yolu ilə Aİ-ni məhdudiyyətləri ləğv etməyə razı salmağa ümid edir. O xatırladıb ki, beynəlxalq ticarətdə "qarşılıqlılıq prinsipi" qüvvədədir və ölkə bu prinsipi işə sala bilər.
Xatırladaq ki, iyunun 5-də Aİ Braziliyadan ət idxalına qoyulan məhdudiyyətləri rəsmən təsdiqləyib. Brüssel bu qərarını onunla əsaslandırıb ki, Cənubi Amerika ölkəsi heyvandarlıqda antimikrob preparatların həddindən artıq istifadəsinə nəzarət qaydalarını pozub. Rua əmin edib ki, Braziliya Aİ-yə bütün lazımi texniki təminatları təqdim edə və birliyə ət ixracatçısı statusunu geri qaytara bilər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 585 Tarix: 07 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Trampın impiçment tələbi ilə bağlı sənəd qəbul olunmadı
ABŞ Konqresinin Nümayəndələr Palatası ölkə Prezidenti Donald Trampa qarşı impiçment prosedurunun başlanmasını tələb edən qətnaməni qəbul etməyib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, hazırkı dövlət başçısının təmsil olunduğu Respublikaçılar Partiyasının nəzarətində olan Nümayəndələ
16 sentyabrBu ölkədə 1 əsr yaşayanların sayı 100 mini keçdi - Yeni rekord
Yaponiyada 100 və daha yuxarı yaşda olan insanların sayı ilk dəfə 100 mini keçərək 107 min 677 nəfərə çatıb. Bununla da ölkədə 100 yaşdan çox yaşayanların sayı ardıcıl 56-cı il artaraq yeni rekorda yüksəlib. "Qafqazinfo" xəbər verir ki, Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyinin məlumatın
16 sentyabrGürcüstan Azərbaycana yeni səfir təyin etdi
Giorgi Zakaraşvili Gürcüstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib. xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Qeyd olunur ki, Zakaraşvili ölkənin xaricdəki diplomatik nümayəndəliklərində çoxillik iş təcrübəsinə malikdir. Diplomat 2021-ci ildə
16 sentyabrBrent markalı neftin qiyməti bir barel üçün 103,68 dollara düşdü
Neftin qiyməti cümə səhəri düşməyə davam edir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,14 dollar (1,09 faiz) az, bir barel üçün 103,68 dollara satılır. Cümə axşamı isə onlar 1,01 dollar (0,95 faiz) azalara
18 sentyabrAlmaniyada benzinin qiyməti rekord həddə çatıb
Almaniyada "Super E10" benzinin qiyməti rekord həddə çatıb. xəbər verir ki, bu barədə Almaniyanın Avtomobil Klubu məlumat yayıb. Hazırda ölkədə "E10" benzininin litrinin orta qiyməti 2404 avrodur. Bundan əlavə, mütəxəssislər dizel yanacağının qiymətinin çox yaxın gələcəkdə rekor
14 sentyabrİranın 300-dən çox biznes nümayəndəsi Rusiyada səfərdədir
İranın 18 əyalətindən olan 300-dən çox biznes nümayəndəsi iki beynəlxalq sərgidə iştirak etmək üçün Rusiyada səfərdədir. xəbər verir ki, məlumatı İRNA yayıb. Bildirilib ki, Rusiya nümayəndələri İranın balıqçılıq və baytarlıq təşkilatlarının rəhbərləri ilə görüşdə iki ölkə arasında ticarətin artırılmas
15 sentyabrAyda yadplanetlilərin izləri ola bilər: Alimlər harada axtarmağı tapdılar
Çoxdan yox olmuş potensial yadplanetlilərin texnologiyalarının kiçik fraqmentləri ulduzlararası məkanı keçərək Aya düşmüş ola bilər. Yadplanetli mənşəli bu texnoloji qalıqları aşkar etmək, ehtimal ki, nisbətən asan olacaq. "Live Science"a istinadən xəbər verir ki, alimlər uzun müddətdir kosmosd
13 sentyabr