Alman avtomobil nəhəngləri böhran içində: Gəlirlər azalır

Alman avtomobil nəhəngləri böhran içində: Gəlirlər azalırAlman avtomobil sənayesi 2026-cı ildə rəqibləri ilə müqayisədə ən zəif nəticələrini nümayiş etdirib. Buna səbəb kimi gömrük rüsumları və tariflər, beynəlxalq münaqişələr, eləcə də texnoloji problemlər göstərilir.

Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi "Ernst & Young" (EY) tərəfindən hazırlanmış araşdırmaya istinadən məlumat yayıb.

EY-nin avtomobil sənayesi üzrə eksperti Konstantin Qall bildirib ki, Almaniyanın avtomobil sənayesi hazırda dərin struktur transformasiyası dövrünü yaşayır.

Onun sözlərinə görə, əsas problemlər sırasında ABŞ və Çin kimi mühüm bazarlarda mövqelərin zəifləməsi, baha başa gələn artıq istehsal gücləri, proqram təminatına yönələn yüksək investisiyalar və elektromobillərə keçidin gözləniləndən ləng getməsi yer alır.

EY-nin hesabatına əsasən, 2026-cı ilin birinci rübündə dünyanın ən böyük avtomobil konsernlərinin gəlirləri orta hesabla 2 faiz artıb. Bu dövrdə ən yaxşı nəticələri Yaponiya və ABŞ şirkətləri göstəriblər.

Eyni zamanda, Almaniya avtomobil istehsalçılarının gəlirləri 4 faiz azalıb.

EY ekspertləri hesab edirlər ki, Almaniya avtomobil sənayesində tənəzzül yaxın dövrdə də davam edə bilər və 2026-cı il sektor üçün növbəti böhran ili ola bilər.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 538   Tarix: 07 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tramp: "Biz elə bir mərhələyə çatmışıq ki, tezliklə İrandan çıxmalı olacağıq"

Tramp: "Biz elə bir mərhələyə çatmışıq ki, tezliklə İrandan çıxmalı olacağıq". "ABŞ yaxın vaxtlarda İrana qarşı əməliyyatı ya ikitərəfli razılaşma, ya da daha sərt üsullarla başa çatdırmağı planlaşdırır". TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Viskonsi

7 iyun
.

İsrail hərbçiləri Nəbatiyyənin ətrafını silahlılardan təmizləməyi planlaşdırır

İsrailin Müdafiə Ordusunun xüsusi təyinatlı qüvvələri Livanın cənubundakı Nəbatiyyəyə yaxınlaşan "Hizbullah" silahlılarına qarşı əməliyyata başlayıb. "Report"un məlumatına görə, bu barədə "Al-Hadath" telekanalı xəbər verib. Məlumata görə, Beyrutdan 75 km məsafədə yerləşə

7 iyun
.

Alla Puqaçova məhkəmədə qalib gəldi

Rusiyada Moskvanın Presnensk rayon məhkəməsi Federal Korrupsiya ilə Mübarizə və Təhlükəsizlik Layihəsinin (FPBK) rəhbəri Vitali Borodinin müğənni Alla Puqaçovaya qarşı şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi ilə bağlı iddiasını tam şəkildə rədd edib. -ın məlumatına görə, bu barədə müğənninin maraqların

7 iyun
.

Xəstəliyi ağırlaşan Norveç şahzadəsi donor orqanı üçün növbəyə alınıb

2018-ci ildə təhlükəli ağciyər fibrozu diaqnozu qoyulan 52 yaşlı Mette-Maritin sağlamlıq durumu kəskin şəkildə pisləşib. Kral sarayı Norveçin gələcək kraliçasının artıq donor orqanı gözləyəcəyini rəsmən bəyan edib. xəbər verir ki, bu barədə kral sarayının açıqlamasına istinadən "El Pais" nəşr

7 iyun
.

Zelenski ilə Madyarın görüşünün təşkili gündəmdədir

Kiyev və Budapeşt Ukrayna Prezidenti Volodimir Zelenski ilə Macarıstanın Baş naziri Peter Madyar arasında mümkün görüşün hazırlanması üzrə iş aparırlar. "Report" xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Vinnitsada slovakiyalı həmkarı Yuray Blanarla danışıqlarda

7 iyun
.

Sovet arxivlərindən çıxan ən böyük sirr: "Dyatlov keçidi" hadisəsi

Ural dağlarının ucqar bir nöqtəsində 1959-cu ildə baş verən və 9 təcrübəli alpinistin ölümü ilə nəticələnən "Dyatlov keçidi" hadisəsi onilliklər keçməsinə baxmayaraq hələ də tam şəkildə izah olunmayıb. Qaynarinfo xəbər verir ki, çadırdan panika içində qaçış anından tutmuş cəsədlərdə aşkar edilə

8 iyun
.

Marsdakı iqlim kimi: Yerdəki ən quraq səhra barədə gözlənilməz kəşf

Yeni araşdırmaya əsasən, Çilinin şimalında yerləşən Atakama səhrasında ekstremal quraqlıq elm ictimaiyyətinin əvvəl düşündüyündən on milyonlarla il daha erkən başlayıb. Qaynarinfo xəbər verir ki, bu barədə "Earth" nəşri yazır. Uzun müddət belə hesab olunurdu ki, Atakama indiki ultraquraq iqlimin

9 iyun
.

ABŞ Dövlət Departamenti Küveytə PUA-ya qarşı sistemlərin satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti Küveytə 1,98 milyard dollar dəyərində potensial hava hücumundan müdafiə sistemlərinin satışını təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat verib. "ABŞ Dövlət Departamenti Küveyt hökumətinə Xarici Hərbi Satış proqramı çərçivəsind

7 iyun
.

İsrail Livanda "Hizbullah"a qarşı əməliyyata başladı

İsrail ordusunun xüsusi təyinatlı dəstələri Livanın Nəbatiyyə şəhərinin ətrafında "Hizbullah" təşkilatının silahlı dəstələrinə qarşı əməliyyata başlayıb. "Al Hadath" telekanalına istinadən xəbər verir ki, paytaxt Beyrutdan 75 km məsafədə yerləşən şəhərin ətraf ərazilərinə hücum intensi

7 iyun