Dünyada ildə 1,5 milyon insan bu səbəbdən ölür
Bakteriyalar, viruslar, parazitlər və zəhərli kimyəvi maddələrlə çirklənmiş qidalar hər il dünyada təxminən 1,5 milyon insanın ölümünə səbəb olur.
Qaynarinfo xəbər verir ki, bu nəticəyə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri 194 ölkənin 2000-2021-ci illəri əhatə edən məlumatlarını təhlil etdikdən sonra gəliblər.
Hesabata əsasən, hər il təhlükəsiz olmayan qida ilə əlaqəli xəstəliklər təxminən 886 milyon insanda inkişaf edir. Ən həssas qrup isə 5 yaşdan kiçik uşaqlardır - bu yaş qrupunda risk digər yaş qruplarına nisbətən təxminən üç dəfə daha yüksəkdir.
"Qida təhlükəsizliyi abstrakt bir problem deyil. Bu, hər yeməyə, hər ailəyə və hər günə aiddir", deyə ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
Tədqiqat göstərib ki, XXI əsrin əvvəlləri ilə müqayisədə qida zəhərlənmələrinin ümumi sayı azalsa da, regionlar arasında ciddi bərabərsizlik qalır. Afrika və Cənub-Şərqi Asiya ölkələrinin payına qida ilə bağlı xəstəliklərin təxminən dörddə üçü və ölüm hallarının təxminən 60%-i düşür. Xəstəliklərin əsas səbəbini bioloji çirklənmələr - bakteriyalar, viruslar və parazitlər təşkil edir. 2021-ci ildə bu faktorlar təxminən 860 milyon yoluxma və zəhərlənmə halına səbəb olub.
Bununla belə, ölüm riskinin ən yüksək hissəsi kimyəvi çirklənmə ilə bağlıdır. Mütəxəssislər ən təhlükəli maddələr sırasında ətraf mühitdən qida zəncirinə daxil ola bilən arsen və qurğuşunu qeyd edirlər.
ÜST-ün qida təhlükəsizliyi üzrə texniki eksperti Yuki Minatonun sözlərinə görə, problemi bir neçə faktor daha da ağırlaşdırır.
"Məlumatlar göstərir ki, qida mənşəli xəstəliklər yalnız davam etmir, həm də iqlim dəyişikliyi səbəbilə güclənir. Bu, məhsulların çirklənmə riskini artırır. Eyni zamanda mikroorqanizmlərin antibiotiklərə davamlılığı infeksiyaların müalicəsini çətinləşdirir", deyə ekspert bildirib.
Sağlamlığa vurduğu zərərlə yanaşı, təhlükəsiz olmayan qida qlobal iqtisadiyyata da ciddi təsir göstərir. Hesabata görə, yalnız 2021-ci ildə bu xəstəliklər əmək məhsuldarlığında təxminən 647 milyard dollar itkiyə səbəb olub.
ÜST mütəxəssisləri vurğulayırlar ki, qida keyfiyyətinə nəzarət sistemlərinin gücləndirilməsi, sanitariya şəraitinin yaxşılaşdırılması və qida saxlanma standartlarının yüksəldilməsi xüsusilə aşağı və orta gəlirli ölkələr üçün ictimai səhiyyənin əsas prioritetlərindən biri olaraq qalır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 784 Tarix: 08 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu ölkədə 1 əsr yaşayanların sayı 100 mini keçdi - Yeni rekord
Yaponiyada 100 və daha yuxarı yaşda olan insanların sayı ilk dəfə 100 mini keçərək 107 min 677 nəfərə çatıb. Bununla da ölkədə 100 yaşdan çox yaşayanların sayı ardıcıl 56-cı il artaraq yeni rekorda yüksəlib. "Qafqazinfo" xəbər verir ki, Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyinin məlumatın
16 sentyabrƏrdoğan son dəfə namizəd olacaq - Seçki tarixi açıqlandı
Türkiyə Prezidentinin baş müşaviri və Prezidentin Hüquq Siyasətləri Şurasının sədr müavini Mehmet Uçum 2028-ci ildə keçirilməsi gözlənilən prezident və parlament seçkilərinin mümkün tarixi ilə bağlı proqnozunu açıqlayıb. Qaynarinfo xəbər verir ki, Türkiyə Mətbuat Federasiyasında çıxış edən Uçum seçkiləri
17 sentyabrAyda yadplanetlilərin izləri ola bilər: Alimlər harada axtarmağı tapdılar
Çoxdan yox olmuş potensial yadplanetlilərin texnologiyalarının kiçik fraqmentləri ulduzlararası məkanı keçərək Aya düşmüş ola bilər. Yadplanetli mənşəli bu texnoloji qalıqları aşkar etmək, ehtimal ki, nisbətən asan olacaq. "Live Science"a istinadən xəbər verir ki, alimlər uzun müddətdir kosmosd
13 sentyabrKaliforniyada salmonella epidemiyası qeydə alınıb
ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakterial infeksiya - red) xəstəliyi fonunda "Happy Hens" yumurtalarını istehla
13 sentyabrİranın 300-dən çox biznes nümayəndəsi Rusiyada səfərdədir
İranın 18 əyalətindən olan 300-dən çox biznes nümayəndəsi iki beynəlxalq sərgidə iştirak etmək üçün Rusiyada səfərdədir. xəbər verir ki, məlumatı İRNA yayıb. Bildirilib ki, Rusiya nümayəndələri İranın balıqçılıq və baytarlıq təşkilatlarının rəhbərləri ilə görüşdə iki ölkə arasında ticarətin artırılmas
15 sentyabrMərkəzi Asiya-Cənubi Koreya investisiya fondunun yaradılması təklif edilib
Qırğızıstan prioritet layihələrin maliyyələşdirilməsi və Koreya biznesinin region bazarlarında iştirakının genişləndirilməsi üçün Mərkəzi Asiya ölkələri və Cənubi Koreyanın birgə investisiya fondunun yaradılmasını təklif edir. "Report" Qırğızıstan liderinin mətbuat xidmətinə istinadən xəbə
16 sentyabrABŞ Milli Təhlükəsizlik Agentliyi yenidənqurma prosesinə başlayır
ABŞ Milli Təhlükəsizlik Agentliyi son on ildə bütün kəşfiyyat xidmətinin ən genişmiqyaslı yenidən qurulmasına başlayır. xəbər verir ki, "The Washington Post" qəzeti planla tanış olan hazırkı və keçmiş rəsmilərə istinadən məlumat verib. Onların sözlərinə görə, NSA rəhbəri general Coşua M. Ruddu
14 sentyabr