"Şuşa Bəyannaməsi" böyük zəfərin təntənəsidir" - DEPUTAT

"Şuşa Bəyannaməsi" böyük zəfərin təntənəsidir" - DEPUTAT"2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanmasının beş ili tamam olur. Şuşa Bəyannaməsi İkinci Qarabağ Müharibəsində Azərbaycanın Ermənistan üzərində əldə etdiyi qələbəsindən sonra regionda yaranan yeni geosiyasi reallıqların məntiqi nəticəsi kimi çox mühüm bir tarixi sənədddir.Bu Bəyannamə imzalanandan sonra baş verən hadisələr arasında xüsusi tarixi əhəmiyyət kəsb edən və Vətən müharibəsindəki möhtəşəm zəfərimizin davamı və xalqımıza böyük qürur gətirən şanlı səhifə kimi tariximizə əbədi yazılan 2023-cü ilin 19-20 sentyabrda keçirilmiş antiterror əməliyyatı nəticəsində süverenliyimizn təmin olunması, təkcə 30 il işğal altında olan torpaqlarımızn azad edilməsi və dirçəlişini deyil, həm də bu Zəfər sayəsində Azərbaycanın regionda yaratdığı yeni situasiya Cənubi Qafqazin sülh və sabitlik mərhələsinə keçmək, regionumuz üçün öz potensialına layiq səviyyədə sosial-iqtisadi tərəqqiyə nail olmaq ümidini artıran etibarlı və perspektivli bir amildir" , - bunları Sonxeber.az -a danışan deputat Əli Məsimli deyib:

"Bu kontekstdə ŞUŞA Bəyannaməsi Böyük Zəfərin təntənəsidir.Böyük sərvətimiz olan süverenliyimizin təmin olunması isə daha böyük hədəflərə nail olmağımıza geniş yol açdı.Azərbaycanın ərazi bütövlüyünün bərpası və süverenliyin təmin olunması uğrunda mübarizədəki möhtəşəm qələbəsi sayəsində yaratdığı yeni situasiyada Cənubi Qafqazda uzun illər tətbiq edilən təsir rıçaqları artıq öz təsir gücünü itirib, diqtə olunan köhnə qaydalar da artıq işləmir.

Bu kontekstdə Şuşa Bəyannaməsinin ən mühüm özəlliyi onun təhlükəsizlik aspektidir. Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapıb. Bu, çox ciddi bir tarixi nailiyyətdir.Bu, bir daha göstərir ki,Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir.Bu birlik daha da möhkəmlənib, daha geniş planda yeni reallıqlar yaratmağa başlayıb,regionumuzda dayanıqlı sülh,əminamanlıq, təhlükəsizlik və dayanıqlı inkişafı təmin edən güclü amilə, düşmənlərimizə münasibətdə isə çəkindirici gücə çevrilib.
Şuşa Bəyannaməsi Azərbaycanın milli təhlükəsizlik,müstəqilliyimizə real məzmun verilmsinin dərinləşdirilməsi baxımından əhəmiyyəti ilə yanaşı, Cənubi Qafqaz bölgəsi daxil regional təhlükəsizlik baxımından da mühüm əhəmiyyət kəsb edir.Bu baxımda Şuşa Bəyannaməsində öz əksini tapan məsələlərin reallaşdırılması təkcə Qarabağın deyil,ümumilikdə regionun abı-havasını və mənzərəsini yaxşıya doğru əhəmiyyətli dərəcədə dəyişməyə yönəlib ki,bu da yaşadışımız regionun bütün xalqlarının əmin-amanlığı və rifahı üçün çox vacibdir.
Şuşa Bəyannaməsinin çox taleyüklü, həm regional,həm də qlobal proseslərə təsir etmə gücündə olan hərbi əməkdaşlıq aspekti təbii olaraq daha çox şərh edilsə də, bu sənəd strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətlərini-siyasi münasibətlər,ticari-iqtisadi əlaqələr, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, təhsil, mədəniyyət, idman, gənclər siyasəti və sair məqamları əhatə edir. Bununla yanaşı Bəyannamədə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilib.Zaman keçdikcə Azərbaycanın Qarabağ zəfərinin Azərbaycanla yanaşı,elə Ermənistanın özünə,Cənubi Qafqaza və dünyaya gətirdiyi faydalar daha yaxşı anlaşılaşılır. Bu baxımdan Şuşa Bəyannəməsi həm də üç Cənubi Qafqaz, eləcə də region ölkələrinin iqtisadi inkişafına da müsbət təsir edən tarixi bir sənəddir. Eyni zamanda xüsusi qeyd etmək yerinə düşər ki, gələcəklə bağlı addımlar atarkən, bu Bənannamədə təkcə iki ölkəni deyil, bölgəni əhatə edən bir qətiyyətin ifadə olunduğunu, illər keçdikcə,daha aydın şəkildə görürük.

İkinci Qarabağ müharibsində Azərbaycanın haqq-ədaləti bərpa etməsi ilə həm də uzun zaman kəsiyindən sonra Türkiyə çox möhtəşəm bir şəkildə Cənubi Qafqazın siyasət və hərb səhnələrində öz layiqlı yerini tutmağa başlayıb. Belə bir gerçəklik şəraitində Azərbaycan Qarabağı yeni həyata qaytarmaqla yanaşı, həm də regiona qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan yeni davranış tərzi, yeni həyat,yeni perspektivlər təqdim edib. Bu kontekstdə Şuşa Bəyannaməsinin əsas qayəsi də elə ondan ibarətdir ki,Azərbaycan və Türkiyə dostluq,qardaşlıq və işbirliyini daha yüksək zirvələrə daşımaqla həm özləri, həm də region ölkələri üçün yeni əməkdaşlıq modeli, yeni mühit yaradır və yaxşı gələcəyi olan perspektivlər təklif edirlər.
Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındaki strateji əməkdaşlığı ən yüksək səviyyəyə qaldırırmaqla yanaşı, həm də keyfiyyətcə daha yüksək işbirliyinin güclü təminatıdır.Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərində Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq getdikcə genişlənməkdədir.Belə bir genişmiqyası əməkdaşlıq,eləcə də dünyada gedən proseslər, yeni geosiyasi çağırışların ticari, iqtisadi əlaqələrə yaratdığı risklərin aradan qaldırılmasında başlıca çıxış yollarından biri kimi qlobal nəqliyyat şaxələndirilməsinin aktualalığını artdığı bir zamanda,Rusiya-Ukrayna,eləcə də İsrail,ABŞ-İran müharibəsi,loqistika sahəsində yaranan yeni problemlər Şuşa Bəyannaməsində xüsusi qeyd edilən və böyük geosiyasi və iqtisadi əhəmiyyətə malik Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinin sürətləndirilməsinin aktuallığını gündən günə daha da artırır.Zəngəzur dəhlizi,regionumuzda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası və inkişafı,həm də Orta dəhlizin inkişafının təşviqi kimi Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi,malların,insanların,sərmayələrin hərəkətində yeni bir ortaq iqtisadi dəhlizdən faydalanma işini də sürətləndirəcəkdir.Orta dəhliz eyni zamanda Türk Dövlətləri Təşkilatı (TDT) üzvlərinin ticari-iqtisadi əlaqələrdən faydalanması üçün yeni imkanlar yaratmaq baxımından TransXəzər əməkdaşlığının inkişafına və dərinləşməsinə kömək edir. Zəngəzur Dəhlizi layihənin gerçəkləşməsi Orta dəhlizin sərfəliliyini, rəqabət qabiliyyətini və faydalı iş əmsalının xeyli artıracaq.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanmasından keçən beş il ərzində iki qardaş ölkə arasındaki strateji əməkdaşlıq daha da dərinləşib və genişlənib.Bu özünü ticari-iqtiadi əlaqələrin müsbət dinamikasında, onun türk dünyasına təsirinin multiplikativ effektlərində daha əyani göstərir.Şuşa Bəyannaməsinin altında Azərbaycan və Türkiyə prezidentlərinin imzası olsa da,onun beynəlxalq konteksdə genişmiqyaslı xarakterə malik olması, həm də ona dəlalaət edir ki, Türk dünyasının davamlı inkişafına yönəlmiş qarşılıqlı fəaliyyətlərin regional və beynəlxalq müstəvilərdə irəli aparılmasında səyləri birləşdirir.Bəyannamədə öz əksini tapan məqamların xeyli hissəsi iki ölkənin sərhədlərini aşaraq bütün türk coğrafiyasını əhatə etməyə başlayıb. Bu baxımdan Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə tərəfindən imzalanıb, iki qardaş ölkənin siyasi iradəsinin,strateji əlaqələrinin, məqsəd, mənafe,gələcəyə ortaq baxış və bu yöndəki hərəkət birliyini ifadə edən yol xəritəsini müəyyənləşdirməklə yanaşı, həm də Türk dünyasında inteqrasiya proseslərini sürətləndirən, regional əməkdaşlığı dərinləşdirən və yeni iqtisadi platformaların formalaşmasına təkan verən bir strateji yol xəritəsidir. Beş il əvvəl imzalanan tarixi Şuşa Bəyannaməsi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası,eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi işinə, eləcə də yeni dünya düzəninə mühüm töhfədir".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 516   Tarix: 11 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın sülh diplomatiyası və Türk dünyasının mənəvi birliyi

Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən söylədiyi nitq Azərbaycanı

16 sentyabr
.

İşğaldan azad edilən ərazilərdəki işlər tarixi ədalətin və mənəvi yaddaşın bərpasıdır

Paytaxtımız Bakı şəhəri son illərdə bir çox iri miqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu tədbirlər çərçivəsində Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatı, ICESCO təşkilatı xətti ilə bir çox tədbirlər keçirilib. 2017-ci ildə isə ölkəmizin təşəbbüsü və bütün müsəlman ölkələrinin dəstəyi ilə Bakıd

16 sentyabr
.

Prezident İlham Əliyevdən Ülvi Quliyevlə bağlı sərəncam

Ülvi Zahid oğlu Quliyev "Şöhrət" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bu ordenlə təltif edilib

16 sentyabr
.

Antiterror əməliyyatı və seperatizmə son qoyulması

Qarabağ Zəfərinin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. 2023-cü il sentyabrın 19-da, Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş ermən

16 sentyabr
.

İlham Əliyev Bakıda keçirilən beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol" mövzusunda beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb. Azərtac-a istinadən xəbər verir ki, müraciətdə qeyd olunur:. "Hörmətli konfrans iştirakçıları!

16 sentyabr
.

Bu gün ölkəmiz tarixinin ən şanlı mərhələsini yaşayır

2023-cü il sentyabrın 19-da Azərbaycan tarixində yeni bir qəhrəmanlıq səhifəsi yazıldı. Qarabağda hələ də mövcud olan Ermənistan silahlı qüvvələrinin və separatçı dəstələrin törətdiyi təxribatlar Azərbaycanın səbir kasasını daşırmışdı. Məhz bu mərhələdə Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətl

17 sentyabr
.

"Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir"

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura mütəmadi səfərləri onların təmsil etdikləri ölkələrin Azərbaycanın ərazi bütövlüyünü tanımasından və dəstəkləməsindən xəbər verir. Artıq dünya birliyi "Qarabağ Azərbaycandır!"reallığını tam qəbu

16 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Türk dünyası və İslam həmrəyliyi güclənməkdədir

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının üzvləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının nümayəndələrindən ibarət heyəti qəbul etdi, görüşdə mühüm mesajlar verdi. Ölkə rəhbərinin səsləndirdiyi fikirlə

16 sentyabr