Antiterror əməliyyatı və seperatizmə son qoyulması
Qarabağ Zəfərinin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi.
2023-cü il sentyabrın 19-da, Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələri genişmiqyaslı hərbi təxribatlar və terror aktları həyata keçirdi. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yoluna əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər və Daxili Qoşunların hərbi qulluqçuları arasında həlak olanlar və yaralananlar oldu.
Azərbaycan Ordusu Konstitusiya quruluşunu bərpa etmək və təxribatların qarşısını almaq məqsədilə lokal antiterror tədbirlərinə başladı. 24 saatdan qısa müddət ərzində separatçılar ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağda yaşayan erməni icmasının nümayəndələrinin Rusiya sülhməramlıları vasitəsilə müraciəti nəzərə alınaraq, 20 sentyabr 2023-cü il, saat 13:00-da tam atəşkəs razılaşması əldə olundu. Razılaşmaya əsasən, Ermənistanın Qarabağdakı silahlı qüvvələri və qeyri-qanuni erməni hərbi birləşmələri tərk-silah edilərək döyüş mövqelərini tərk etməli oldu. Sentyabrın 28-də qondarma rejimin rəhbəri separatçı qurumun ləğvi ilə bağlı sənəd imzaladı. Bununla da, 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Ermənistan ordusu Azərbaycan ərazisini tərk etdi. Qarabağdakı qanunsuz rejim ləğv edildi. Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda üçrəngli Azərbaycan bayrağı dalğalandı, ərazi bütövlüyümüz bərpa olundu.
2023-cü il noyabrın 8-də, Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Qələbənin üçüncü ildönümünə həsr olunmuş möhtəşəm hərbi paradın keçirilməsi Azərbaycanın tarixi zəfərinin simvolu oldu.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq, hər il sentyabrın iyirmisinin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü və Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhər günləri kimi qeyd edilməsini qərara alıb.
Azərbaycanın 44 günlük müharibədə qələbəsinin legitimliyinin dünyanın bütün geosiyasi qütbləri tərəfindən qəbul edilməsi, işğaldan azad etdiyimiz ərazilərimiz üzərində suveren hüquqlarımızın bərpasının beynəlxalq birlik tərəfindən tanınması, haqq işimizə əvvəlkindən daha çox dəstək verilməsi, Prezident İlham Əliyevin həm müharibə, həm də postmüharibə dövründə həyata keçirdiyi siyasətin nəticəsidir.
Aysel Mənsimova - poitoloq
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Şirin və faydalı: Alimlər sağlamlıq üçün ən yaxşı mürəbbəni açıqladı
84 ildir işıqsız və susuz yaşayır - "Heç nəyin çatışmadığını hiss etmirəm"
Bəyin atası da idarə rəisi işləyib - Foto
Sabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ
Bu fənnlər ONLAYN tədris olunacaq - AÇIQLAMA
Alimlər qocalmanı yavaşladan ideal yuxu müddətini açıqladı - 8 saat deyil
Miras qoyan şəxsin borcları varsa, vərəsələr həmin borclara görə məsuliyyət daşıyırlarmı? - AÇIQLAMA
Sabah bu ərazilərdə qaz olmayacaq
"Bəy Mamed" yaşayış kompleksinin həyətini hasarlayıb özünə villa tikdirir" (FOTO)
Sükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR
Azərbaycanlı tanınmış iş adamına cinayət işi açıldı
Tələbələrə ŞAD XƏBƏR: Təhsil krediti ilə bağlı yeni meyarlar formalaşır - Deputatdan AÇIQLAMA
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video - Yenilənib
Məhsul üzərindəki bu sözlər diqqət cəlb etmək üçün yazılır - AÇIQLAMA
İnsan zərərini bildiyi halda niyə eyni vərdişi təkrar edir? - AÇIQLAMA