İyunun 11-də Milli Məclisdə "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin

İyunun 11-də Milli Məclisdə "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin İyunun 11-də Milli Məclisdə "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"ndan irəli gələn vəzifələr barədə ictimai dinləmə keçirilib.

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Ulu Öndər Heydər Əliyevin ölkəmizdə kənd təsərrüfatının inkişafında xüsusi rolunu qeyd edib. O, vurğulayıb ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mühüm dövlət proqramları, layihələr, imzalanan fərman və sərəncamlar, xüsusilə regionların sosial-iqtisadi inkişafı
istiqamətində görülən tədbirlər aqrar sektorun daha da inkişaf etdirilməsinə zəmin yaradıb. Bildirilib ki, dövlət başçımız cari il mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bu barədə ətraflı söz açaraq, əldə olunan uğurlara, yol verilən çatışmamazlıqlara, qarşıda duran vəzifələrə öz münasibətini bildirib. Prezidentin çıxışında səsləndirilən fikirlərin və qəbul edilən "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın aqrar sektorun inkişafı üçün aydın yol xəritəsi olduğu vurğulanıb.

Tahir Rzayev Dövlət Proqramının önəmini və bununla bağlı geniş müzakirələrin vacibliyini qeyd edib. O, Milli Məclisin sədri Sahibə Qafarovanın tövsiyəsi ilə parlamentin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin Kənd Təsərrüfatı Nazirliyi ilə birgə bugünkü dinləmənin təşkil edildiyini deyib və tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə spikerə təşəkkürünü bildirib.

Komitə sədri kənd təsərrüfatının Azərbaycan iqtisadiyyatının əsas sahələrindən olduğunu və dövlətimiz tərəfindən aqrar sektora xüsusi diqqət yetirildiyini söyləyib. Qeyd edib ki, kənd təsərrüfatı milli və ərzaq təhlükəsizliyinin təmin olunmasında, kəndlərdə məskunlaşmanın qorunmasında, yeni iş yerlərinin yaradılmasında və əhalinin gəlirlərinin artırılmasında mühüm rol oynayır. Bu sahənin inkişafı, ilk növbədə, insan amilinə, həmçinin vətəndaşların həyat şəraitinin və rifahının yaxşılaşdırılmasına xidmət edir.

O, ölkə rəhbərinin aqrar sektorun iqtisadiyyatda rolunun genişləndirilməsini, ərzaq təhlükəsizliyinin gücləndirilməsini, məhsuldarlığın artırılmasını, müasir, innovativ texnologiyaların tətbiqini, subsidiya mexanizminin, dövlət dəstəyinin daha da təkmilləşdirilməsini başlıca məqsəd kimi qarşıya qoyduğunu vurğulayıb. O, bu vəzifələrin Dövlət Proqramında da aydın şəkildə öz əksini tapdığını deyib. Qeyd edib ki, sənədə əsasən, müəyyən olunmuş illər üzrə aqrar sektorun inkişafı üçün 6 milyard manat vəsaitin ayrılması və 3 milyard manatdan çox özəl investisiyanın cəlb edilməsi nəzərdə tutulur.

Bildirilib ki, Milli Məclis aqrar sektorun inkişafına yönəlmiş dövlət dəstəyinin həyata keçirilməsində daim öndə olub. Ölkəmizdə kənd təsərrüfatının möhkəm hüquqi bazası formalaşdırılıb. Dövlət proqramlarında qarşıya qoyulan vəzifələrin ictimaiyyətə çatdırılmasında və təşviqində parlament yaxından iştirak edir. Habelə, vurğulanıb ki, dövlət başçımızın aqrar sahəyə göstərdiyi diqqət və qayğı ölkəmizin davamlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir və bu siyasət gələcək nəsillərin ərzaq təhlükəsizliyinin etibarlı şəkildə təmin olunmasına xidmət edir.

Sonra kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxış edib. O, kənd təsərrüfatının Azərbaycanın sosial-iqtisadi inkişafında xüsusi yer tutan strateji sahələrdən biri olduğunu qeyd edib. Nazir cari il mayın 25-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatınin inkişafına həsr olunmuş müşavirədə yeni proqramın hazırlanmasının zəruriliyinin vurğulandığını söyləyib. Eyni zamanda, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, idxalın azaldılması, yerli istehsalın artırılması, infrastrukturun inkişafı və investorların bu sahəyə cəlbi ilə bağlı tapşırıqların verildiyini bildirib.
Məcnun Məmmədov "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın önəmindən danışaraq, sənədə əsasən müasir çağırışlara uyğun hüquqi bazanın formalaşdırılmasının, qarşıdakı dövrdə kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrində normativ-hüquqi təşəbbüslərin həyata keçirilməsinin nəzərdə tutulduğunu deyib.
Aqrar sahədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görüləsi işlərdən bəhs edən nazir kənd təsərrüfatı fəaliyyəti, məhsulu və istehsalçısı kimi əsas anlayışların təsbitinin, aqrar xidmətlər və dövlət dəstəyi mexanizmlərinin hüquqi əsaslarının formalaşdırılmasının, habelə aqrar terminologiyanın unifikasiyasının, iqlim dəyişikliklərinin, kənd yerlərinin inkişafı və dayanıqlı istehsal kimi müasir yanaşmaların qanunvericilikdə əks olunmasının vacibliyini qeyd edib. O, həmçinin, balıqçılıq və akvakultura sahəsində qanunvericiliyin yenilənməsinin, bu sahədə rəqəmsallaşmanın genişləndirilməsinin, qeydiyyat və uçotun sadələşdirilməsinin, elektron xidmətlərin tətbiqinin və idarəetmənin təkmilləşdirilməsinin təmin edilməsinin nəzərdə tutulduğunu bildirib. Bununla yanaşı, bitkiçilik sektorunda toxumçuluq sahəsində islahatların aparılacağını söyləyib.

Eyni zamanda, bildirilib ki, Dövlət Proqramının əsas istiqamətlərindən biri torpaq ehtiyatlarının səmərəli istifadəsidir. Bu məqsədlə kənd təsərrüfatı torpaqlarının parçalanmasının qarşısının alınması və torpaq konsolidasiyası mexanizmlərinin tətbiqi nəzərdə tutulur. Qeyd olunub ki, bu sahədə qanunvericilik dəyişiklikləri ilə hüquqi və institusional baza yaradılacaq, torpaqların birləşdirilməsi və səmərəli istifadəsi təmin ediləcək. Bununla yanaşı, fermerlərin maliyyə resurslarına çıxışının genişləndirilməsi ilə bağlı müvafiq addımların atılması planlaşdırılır.
Məcnun Məmmədov Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan normativ-hüquqi islahatların aqrar sektorun idarə edilməsinin təkmilləşdirilməsinə, rəqabətqabiliyyətliliyinin artırılmasına, investisiya mühitinin yaxşılaşdırılmasına və kənd təsərrüfatının müasir inkişaf çağırışlarına uyğun şəkildə transformasiyasına töhfə verəcəyini vurğulayıb.
Sonra tədbirdə Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov çıxış edərək, "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nı slaydlar vasitəsi ilə təqdim edib.

O, son 10 il ərzində ölkədə kənd təsərrüfatının müxtəlif istiqamətlərində məhsulların istehsalında müşahidə edilən artım, infrastruktur və resurs bazası üzrə əldə edilən nailiyyətlər barədə məlumat verib. Bununla yanaşı, resurs və ətraf mühit təsirləri, torpaqların inkişafı, iqlim dəyişiklikləri, habelə struktur və iqtisadi təsirlər, müasir texnologiyaların tətbiqi, ixrac potensialı, urbanizasiya, kadr potensialı, xarici təsirlər ilə bağlı qarşıda duran çağırışlardan bəhs edib.
Məruzəçi ölkə Prezidentinin tapşırığına uyğun olaraq, eyni zamanda, yuxarıda qeyd olunan çağırışları nəzərə alaraq, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müvafiq Dövlət Proqramının hazırlandığını bildirib. O, Dövlət Proqramının 5 prioritet istiqamət, 16 fəaliyyət istiqaməti, 86 tədbir və 23 hədəf indikatorlarından ibarət olduğunu söyləyib. Dövlət Proqramının qısa müddətli dövrü əhatə etdiyini, layihə əsaslı tədbirlərin həyata keçirilməsinin, regionların inkişafına yönəlmiş işlərin görülməsinin, o cümlədən, infrastruktur və investisiya layihələrinin nəzərdə tutulduğunu qeyd edib.
Diqqətə çatdırılıb ki, Dövlət Proqramında fundamental və dəstəkləyici tədbirlər əks olunub. Dəstəkləyici tədbirlər çərçivəsində qanunvericilik təşəbbüsləri, institusional islahatlar və rəqəmsallaşma ilə bağlı məsələlər əhatə olunur. Fundamental tədbirlər çərçivəsində buğda bitkisi üzrə istehsal potensialının gücləndirilməsi, pambıqçılıq klasterinin inkişafı, müasir suvarma sistemləri ilə təminatın yaxşılaşdırılması, pilot konsolidasiya layihəsinin tətbiqi, intensiv bağların genişləndirilməsi, istixana sahələrinin inkişafı, taxıl siloları və soyuducu anbar infrastrukturunun yaxşılaşdırılması ilə bağlı, iribuynuzlu heyvandarlıq, qoyunçuluq, quşçuluq sektorlarında, balıqçılıq və akvakultura sahəsində hədəf göstəricilər və tədbirlər müəyyən edilir. Bununla yanaşı, Dövlət Proqramında göstərilən işlərin həyata keçirilməsi üçün maliyyə ehtiyacı və investisiya mənbələri barədə də məlumat verilib.

Sonra Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, İntizam komissiyasının sədri Eldar İbrahimov çıxış ediblər.
Çıxışlarda vurğulanıb ki, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, qeyri-neft sektorunun genişləndirilməsi, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, ixrac potensialının artırılması və müasir texnologiyaların tətbiqi istiqamətlərini vahid inkişaf konsepsiyasında birləşdirən Dövlət Proqramı ölkənin dayanıqlı iqtisadi inkişafını təmin edən mühüm strateji sənədlərdən biridir. Qeyd olunub ki, son illərdə qlobal ərzaq bazarlarında müşahidə edilən qiymət dəyişkənliyi, iqlim dəyişikliklərinin təsirləri, logistika zəncirlərində yaranan problemlər və geosiyasi proseslər kənd təsərrüfatının strateji əhəmiyyətini daha da artırıb. Bu şəraitdə daxili istehsalın gücləndirilməsinin və ərzaq təminatının etibarlı əsaslar üzərində qurulmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu vurğulanıb.

Diqqətə çatdırılıb ki, qarşıdakı illərdə torpaq və su ehtiyatlarından maksimum səmərəli istifadə etməklə yüksək əlavə dəyər yaradan, rəqabətqabiliyyətli və ixracyönümlü aqrar modelin formalaşdırılması əsas hədəflər sırasındadır. Bu baxımdan kənd təsərrüfatında intensiv inkişaf modelinə keçid Dövlət Proqramının mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Çıxışlarda aqrar istehsalda rəqəmsal texnologiyaların tətbiqi, ağıllı suvarma sistemlərinin genişləndirilməsi, müasir seleksiya və toxumçuluq fəaliyyətinin inkişafı, elmi tədqiqatların istehsal prosesləri ilə inteqrasiyası, innovativ yanaşmaların təşviqi və aqrar sahədə kadr potensialının gücləndirilməsinin məhsuldarlığın artırılmasına xidmət edən əsas amillər olduğu bildirilib.

Qeyd edilib ki, əkin sahələrinin strukturunun təkmilləşdirilməsi, torpaq ehtiyatlarının səmərəli idarə olunması, aqrar rayonlarda əhalinin rifah səviyyəsinin yüksəldilməsi, kənd yerlərində məşğulluğun artırılması, aqrar siyasətdə ixtisaslaşmanın dərinləşdirilməsi və elektron kənd təsərrüfatı sisteminin inkişaf etdirilməsi qarşıda duran mühüm vəzifələrdəndir. Həmçinin fermerlərin dövlət dəstəyi mexanizmlərinə çıxışının genişləndirilməsinin, subsidiya və güzəştli kredit mexanizmlərinin təkmilləşdirilməsinin, kənd təsərrüfatı kooperasiyalarının inkişafının və aqrar sığorta sisteminin əhatə dairəsinin genişləndirilməsinin sektorun dayanıqlığını artıracağı vurğulanıb.

Çıxışlarda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin kənd təsərrüfatının inkişafı üçün yaratdığı yeni imkanlardan da bəhs olunub. Bildirilib ki, həmin ərazilərdə su anbarlarının və müasir suvarma infrastrukturunun istifadəyə verilməsi əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına, su ehtiyatlarının balanslı və səmərəli idarə edilməsinə, monitorinq və nəzarət sistemlərinin qurulmasına mühüm töhfə verir.

Vurğulanıb ki, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində kənd təsərrüfatı ölkə iqtisadiyyatının aparıcı sahələrindən biri kimi mövqeyini daha da möhkəmləndirəcək, ərzaq təhlükəsizliyinin təmin olunmasına, qeyri-neft ixracının artmasına və regionların davamlı inkişafına mühüm töhfələr verəcək.

Məsələ ilə bağlı müzakirələrdə Aqrar siyasət komitəsinin sədr müavini Razi Nurullayev, deputatlar Ziyad Səmədzadə, Əlibala Məhərrəmzadə, Əli Məsimli, Vüqar İskəndərov, Tahir Mirkişili, Müşfiq Cəfərov, Aydın Hüseynov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov və Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov çıxış edərək, aqrar sahədə qarşıya qoyulan vəzifələrin, həyata keçiriləcək tədbirlərin vacibliyindən bəhs ediblər, bəzi qeyd və təkliflərini səsləndiriblər.

Sonra kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışlarda qaldırılan məsələlərə münasibət bildirib.
Tədbirdə parlamentin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım, deputatlar Xanlar Fətiyev, Cavanşir Paşazadə, Rövşən Muradov, Zaur Şükürov, Bədəl Bədəlov, Eyvaz Qurbanov, Kamran Bayramov, Ceyhun Məmmədov, Tural Gəncəliyev, Heydər Əsədov, Vüqar Rəhimzadə, Naqif Həmzəyev, Afət Həsənova, Məşhur Məmmədov, Mircəlil Qasımlı, Milli Məclis Aparatının əməkdaşları,  aidiyyəti dövlət qurumlarının nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 126   Tarix: 11 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Ermənistanla sülh sazişinin əsasını dövlətlərarası münasibətlərin normallaşması təşkil edir" -

Ermənistanla sülh sazişinin əsasını dövlətlərarası münasibətlərin normallaşması təşkil edir. xəbər verir ki, bunu Milli Məclisin deputatı Rizvan Nəbiyev "Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycan və sülh gündəliyi" mövzusunda keçirilən tədbirdə deyib. Onun sözlərinə görə, sülh saziş

11 iyun
.

Keçmiş köçkünü "Prior Leasing" MMC aldadıb

Kəlbəcər rayon sakini Elnur Babayev Bərdədə qarşılaşdığı vəziyyətlə bağlı şikayət məktubu ünvanlayıb. Şikayəti olduğu kimi təqdim edirik:. - Mən, Kəlbəcər rayon sakini Elnur Babayev, hazırda Bərdə rayonunda məskunlaşmışam və başıma gələn hadisə ilə bağlı aidiyyəti dövlət qurumlarına, hüquq-mühafizə orqanların

11 iyun
.

Qubada BƏDBƏXT HADİSƏ - Ölən var

Quba rayonunda 74 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. -ın məlumatına görə, hadisə iyunun 10-da axşam saatlarında rayonun Cağacuq kəndində baş verib. Kənd sakini 1952-ci il təvəllüdlü Əşrəf Baloğlanov yaşadığı evin həyətyanı sahəsindəki yarımtikilidə dəmir borunu kəsərkən laqunda ehtiyatsızlıqda

11 iyun
.

Məhkəmə şikayətə baxdı: "Dünyagöz"ün baş həkiminə cinayət işi açıla bilər

Məhkəmə "Dünyagöz" xəstəxanasının baş həkimi Kenan Yıldırım barəsində "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" məhkəmə nəzarəti qaydasında şikayətə baxıb. Qaynarinfo-nun məlumatına görə, məsələ 2024-cü ildə V.G. adlı şəxsin sol gözündə aparılan katarakt əməliyyatında

11 iyun
.

İş və şəxsi həyat balansını qorumaq üçün nə etmək lazımdır? - AÇIQLAMA

Müasir dövrdə sürətli iş tempi, yüksək gözləntilər və rəqəmsal texnologiyaların həyatımızın ayrılmaz hissəsinə çevrilməsi iş və şəxsi həyat arasındakı sərhədləri getdikcə daha da zəiflədir. Bir çox insan iş yükünün təsiri ilə ailəsinə, dostlarına və özünə kifayət qədər vaxt ayıra bilmir. Mütəxəssislə

10 iyun
.

Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT: Saxlanılanlar var

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsində əməliyyat keçirib. "Unikal"a istinadən xəbər verir ki, əməliyyat zamanı 4 gömrük əməkdaşı saxlanılıb. Onlardan ikisi, Aysel və Xalidə adlı xanım əməkdaşlardır. İlkin məlumata görə, saxlanılanlarda

11 iyun
.

Culfada yanğında 3 yaşlı uşaq öldü

Bu gün Naxçıvan Muxtar Respublikasının (MR) Culfa şəhərində beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yanğın olub. "Report"a istinadən xəbər verir ki, hadisə zamanı 2004-cü il təvəllüdlü Fidan Dünyamin qızı Zeynalova və onun 2023-cü il təvəllüdlü övladı Emil Cəfər oğlu Zeynalov xəsarə

11 iyun
.

Daşkəsəndə güclü sel: 70-dən çox heyvan tələf oldu (FOTO)

Daşkəsəndə güclü sel kənd yollarına və təsərrüfata ziyan vurub. "Report"a istinadən xəbər verir ki, təbiət hadisəsi nəticəsində Quşçu kənd sakini Təhməz Rzayevə məxsus 77 baş xırdabuynuzlu heyvan tələf olub. Hadisə Zəylik kəndi istiqamətinə gedən yolun kənarında yerləşən yataqda baş verib

11 iyun
.

Prezidentdən elektron müraciətlərlə bağlı - Fərman

Elektron müraciətlərə təşkilatlar tərəfindən, müraciət edən şəxsin seçimi əsasında, elektron və ya poçt ünvanı, yaxud Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra - EHİS) vasitəsilə yazılı cavab verilməklə baxılır. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığ

10 iyun