Ulduz futbolçu müəmmalı şəkildə öldü
Meksika futbolunda faciəli hadisə baş verib. Milli futbolun gələcək ulduzlarından biri hesab edilən 19 yaşlı qapıçı İsabel Akosta Ernandes müəmmalı şəraitdə dünyasını dəyişib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, Sinaloa ştatının Masatlan şəhərindən olan gənc futbolçu iyunun 9-da öz evində ölü halda tapılıb. Hadisə yerinə çağırılan tibb işçiləri qızın artıq öldüyünü müəyyən ediblər.
Gənc idmançının ölüm şəraiti hələ də aydın deyil. Hadisə yerinə baxış keçirən polis əməkdaşları evdə zorakılıq və ya mübarizə izlərinə rast gəlməyiblər. İlkin məlumata görə, qapı və pəncərələr içəridən bağlı olub, evdəki əşyalar isə yerində qalıb. Bu da kənar şəxslərin evə daxil olması ehtimalını zəiflədir.
Bununla belə, istintaqçılar daha ətraflı araşdırma aparmaq üçün Ernandesin yaşadığı ərazini nəzarətə götürüblər. Hazırda futbolçunun ölümü ilə bağlı hər hansı saxlanılan şəxsin olduğu barədə məlumat verilməyib.
Qapıçı İsabel Akosta Ernandes regionun ən perspektivli gənc futbolçularından biri hesab olunurdu. O, karyerasına "Mazatlan" klubunda başlayıb və 19 yaşınadək burada çıxış edib.
Son vaxtlar isə Meksika çempionatının üçüncü divizionunda mübarizə aparan "Obson Dynamo" klubuna keçərək inkişafını burada davam etdirmək qərarına gəlib. Maraqlıdır ki, yeni komandasında Ernandes yalnız qapını qorumur, eyni zamanda gənc futbolçuların məşqçiliyi ilə də məşğul olurdu.
Komanda yoldaşları və məşqçilər onu əsl lider və yüksələn ulduz kimi xarakterizə edirdilər. Onun futbol akademiyasından peşəkar səviyyəyə qədər yüksəlməsi Meksikada bir çox qız uşağı üçün ilham mənbəyinə çevrilmişdi.
Qeyd edək ki, hadisənin baş verdiyi Sinaloa ştatında hazırda təhlükəsizliklə bağlı vəziyyət gərgindir. "Need To Know" nəşrinin yazdığına görə, bölgənin kənd ərazilərində mütəşəkkil cinayətkar qrupların və narkokartellərin fəallığının artması səbəbindən yerli hakimiyyət orqanları təhlükəsizlik tədbirlərini gücləndirib.
Bununla belə, rəsmi qurumlar hələlik futbolçunun ölümünün bölgədəki kriminal vəziyyətlə əlaqəli olması versiyasını təsdiqləmirlər və daha çox bədbəxt hadisə ehtimalını nəzərdən keçirirlər.
19 yaşlı, sağlam idmançının ölümünə nəyin səbəb olduğu məhkəmə-tibbi ekspertizasının nəticələrindən və aparılan araşdırmalardan sonra məlum olacaq.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 622 Tarix: 15 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Neymar "Santos"u FIFA qadağasından xilas etdi
"Santos"un hücumçusu Neymar klubun FIFA tərəfindən tətbiq edilən transfer qadağasının aradan qaldırılmasına kömək edib. "L'Equipe"ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu ailəsinə məxsus idman marketinq şirkəti vasitəsilə "Santos"un 2 milyon avro ödəməsinə yardı
13 sentyabrZubir "Qarabağ"a qayıdır? - RƏSMİ
Səudiyyə Ərəbistanının "Əl-Uruba" klubuna keçidi baş tutmayan Abdullah Zubirin yenidən "Qarabağ"da çıxış edəcəyi ilə bağlı məlumatlar yayılıb. Məsələ ilə bağlı "Qarabağ"ın mətbuat xidmətindən -ın sorğusuna cavab olaraq bildirib ki, klubda Zubirlə bağlı hazırda hər hans
9 sentyabrAvroliqa həyacanı davamn edir: "Beşiktaş" və "Yuventus" meydana çıxır
Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ilk turunun növbəti qarşılaşmaları keçiriləcək. Qaynarinfo xəbər verir ki, bu axşam doqquz qarşılaşma baş tutacaq. Günün diqqətçəkən qarşılaşmalarında "Beşiktaş" (Türkiyə) "Marsel" (Fransa) klubu ilə, "Real Soseydad" (İspaniya
17 sentyabrRonaldo və Messi eyni komandada oynayacaq - Rəsmi
Argentina millisinin sabiq ulduzu Karlos Tevez Kriştianu Ronaldo və Lionel Messinin eyni komandada oynayacağını açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, o, Buenos Ayresdəki "La Bombonera" stadionunda keçiriləcək vida matçında hər iki superulduzun meydana çıxacağını bildirib. "İkis
8 sentyabr"Mən və o ən yaxşı futbolçularıq" - Yamal
"Barselona"nın ulduzu Lamin Yamal maraqlı açıqlaması ilə diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, o, "Qızıl top"un hansı futbolçuya verilməsi ilə bağlı sualı cavablandırıb. "Məncə, bu il qazandıqlarımı nəzərə alsaq, mükafata mən layiqəm. Mənim üçün Mbappe və mən dünyanı
14 sentyabrZubir klubsuz qaldı
"Qarabağ"la yollarını ayıran Abdullah Zubir transfer olunduğu Səudiyyə Ərəbistanının "Əl-Uruba" klubunda çıxış edə bilməyəcək. "Qafqazinfo" xəbər verir ki, hazırkı klubu "Əl-Uruba" maliyyə təminatını verə bilmədiyindən futbolçu qeydiyyatdan keçirilməyib. Bildirili
9 sentyabrBenzema bu klubda pulsuz oynamağa razı oldu
Səudiyyəlilər oyunçunu buraxmaqdan imtina ediblər və bu da hücumçunun doğma çempionatına potensial qayıtmasına mane olub. -ın xarici mediaya istinadən məlumatına görə, fransız hücumçusu Kərim Benzema Liona qayıtmaq niyyətindədir. Xatırladaq ki, 38 yaşlı oyunçu "Lion"un gənclər sisteminin yetirməsidi
7 sentyabrAtası nigeriyalı, anası azərbaycanlı olan futbolçu (VİDEO)
"Atam nigeriyalı, anam azərbaycanlıdır. Bir azərbaycanlı kimi çox istərdim ki, Azərbaycan millisində oynayım". Qaynarinfo xəbər verir ki, bu sözləri ASAN TV-yə müsahibəsində "Qarabağ"ın U-14 komandasının hücumçusu Ceyms Eziasi deyib. Azərbaycanda doğulub böyüyən yeniyetmə hücumç
12 sentyabr