60 yaşlı kişi həyətində ölü tapıldı
Türkiyənin Karabük şəhərində 60 yaşlı Dursun Kurt atasına məxsus evin həyətində ölü vəziyyətdə tapılıb.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, hadisə 5000 Evlər Bahçelievlər məhəlləsində baş verib.
Məlumata görə, qonşular Kurtu həyətdə hərəkətsiz vəziyyətdə görərək təcili tibbi yardım və polisə məlumat veriblər. Hadisə yerinə gələn tibb işçiləri onun həyatını itirdiyini müəyyən ediblər.
İlkin ehtimala əsasən, Dursun Kurt tut yığmaq üçün ağacı silkələdiyi zaman qəfil halı pisləşib. Bildirilir ki, o, son bir həftə ərzində ətrafındakılara özünü xəstə hiss etdiyini və halsızlıq yaşadığını deyirmiş.
Prokurorluğun hadisə yerində apardığı araşdırmadan sonra meyit dəqiq ölüm səbəbinin müəyyənləşdirilməsi üçün Karabük Təhsil və Araşdırma Xəstəxanasının morquna aparılıb.
Faktla bağlı araşdırma davam edir. Ölümün səbəbi məhkəmə-tibbi ekspertizanın rəyindən sonra məlum olacaq.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 554 Tarix: 19 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İtkin düşən şəxsin meyiti su anbarından tapıldı - VİDEO
Türkiyənin Ankara şəhərində bir neçə saatdır itkin düşən 42 yaşlı H.K.-nin meyiti son telefon siqnalının qeydə alındığı Çubuk 1 Su Anbarının gölündən tapılıb. xarici mediaya istinadla xəbər verir ki, yaxınlarının uzun müddət onunla əlaqə saxlaya bilməməsi barədə polisə məlumat verilməsindən sonra axtarışlar
9 sentyabrEstetik prosedur üçün klinikaya gedən 27 yaşlı influencer öldü
Finlandiyalı sosial media fenomeni Olivia Oras 27 yaşında həyatını itirib. Gənc influencerin Helsinkidəki özəl klinikada estetik prosedurdan əvvəl anesteziya aldığı zaman huşunu itirdiyi, daha sonra xəstəxanaya çatdırılsa da, həyatını xilas etməyin mümkün olmadığı bildirilib. xarici mediaya istinadl
11 sentyabrBadamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğında
16 sentyabrŞəkidə dörd nəfəri çaqqal dişləyib - FOTO
Şəki şəhərində dörd nəfər çaqqal hücumuna məruz qalıb. "Report"a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin M.Ə.Rəsulzadə prospektində baş verib. 71 yaşlı Oktay Əliyev, 71 yaşlı Töhvə Məmmədova, 61 yaşlı Reyhanə Muxtarova və 36 yaşlı Sənan Əmirlini küçədə çaqqal dişləyib
11 sentyabrAğdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi
Ağdam rayonunda 30 yaşlı qadın dərmandan zəhərlənib. -ın məlumatına görə hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini, 1996-cı il təvəllüdlü Samirə Xəlilova evinə həşərat əleyhinə kimyəvi dərman səpib. O, ehtiyatsızlıq edib və həmin dərmandan ağzına da dəyib. Qadın zəhərlənmə ilə Ağda
12 sentyabr