Günə enerji dolu başlayın: Uzmanlara görə səhər edilməli olan 5 hərəkət

Günə enerji dolu başlayın: Uzmanlara görə səhər edilməli olan 5 hərəkətMütəxəssislər bildirir ki, günə hərəkətlə başlamaq həm zehni ayıqlığı artırır, həm də bədəni fiziki olaraq günə hazırlayır.

Milli.Az xəbər verir ki, fitness və sağlamlıq üzrə mütəxəssislərin tövsiyə etdiyi 5 vacib səhər hərəkəti bunlardır:

Bütün bədəni isidən hərəkətlər
Egzersizə başlamazdan əvvəl bədəni oyatmaq vacibdir. Ayaqların ön və arxa əzələlərini, kalçanı və çiyinləri yüngülcə gərin. Ürək döyüntüsünü artırmaq üçün yerində tullanma (jumping jack) və ya dizləri qaldıraraq qaçış hərəkətlərini əlavə edə bilərsiniz.

"Ağac pozası" (Balans və fokus üçün)
Bu hərəkət bədənin tarazlığını və mərkəz əzələlərini gücləndirir, eyni zamanda zehni toplamağa kömək edir.

Dik dayanın, ayaqlarınızı birləşdirin. Ağırlığı sağ ayağınıza verin, sol ayağınızı qaldırıb sağ ayağınızın daxili hissəsinə (dizdən aşağı) yerləşdirin. Tarazlığı qoruyaraq əllərinizi sinənizdə birləşdirin. 5-10 nəfəs alıb-verin və digər ayaqla təkrarlayın.

"Aşağı baxan it" (Bədəni və zehni oyatmaq üçün)
Bu hərəkət bütün bədəni uzadır və beyinə qan axınını artıraraq daha sürətli oyanmağınıza kömək edir.

Əlləriniz və dizləriniz üstündə yerə dayanın. Nəfəs verərkən kalçanızı yuxarı qaldırın və ayaqlarınızı düzləşdirin. Bədəniniz tərs "V" forması almalıdır. Çiyinlərinizi qulaqlarınızdan uzaq tutun və kürəyinizdəki gərginliyi hiss edin.

"Ölü böcək" (Mərkəz əzələləri üçün)
Qarın və bel əzələlərini gücləndirən, bel zədələnmələrinin qarşısını alan effektiv hərəkətdir.

Arxası üstə uzanın, qollarınızı yuxarı, dizlərinizi isə 90 dərəcə bucaq altında yuxarı qaldırın. Sağ qolunuzu və sol ayağınızı yavaşca yerə doğru endirin (yerə dəyməsin), sonra başlanğıc mövqeyinə qayıdın. Digər tərəflə təkrarlayın. Başlanğıc üçün 5 təkrar etmək kifayətdir.

"Squat" (Çömbəlmə) - Ümumi hərəkət qabiliyyəti üçün
Bu hərəkət bədənin bir çox əzələsini eyni anda çalışdırır, oynaqlara dəstək olur və elastikliyi artırır.

Ayaqlarınızı çiyin genişliyində açın, dik dayanın. Dizlərinizi bükərək sanki görünməz bir stula otururmuş kimi kalçanızı geriyə itələyin. Dizləriniz ayaq barmaqlarınızın ucunu keçməməlidir. Belinizi dik saxlayaraq yuxarı qalxın. Yeni başlayanlar üçün 10-15 təkrar ideal hesab olunur.

Əgər diz, bel və ya omba nahiyənizdə hər hansı bir narahatlıq varsa, bu hərəkətləri etməzdən əvvəl həkimlə məsləhətləşin və ya mütəxəssis nəzarətində edin. Unutmayın, idman bir cəza deyil, bədəninizi qeyd etməyin bir yoludur!


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 459   Tarix: 23 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Balıq bazarında bahalaşma var - Video

Bir həftədir bəzi balıqların qiymətində artım müşahidə olunur. Xəzər TV-yə istinadən bildirir ki, balıq almaq istəyənlər bazarda fərqli qiymətlərlə qarşılaşırlar. Satıcıların sözlərinə görə, ötən həftə ilə müqayisədə bəzi balıq növlərinin qiymətində artım var. Xüsusilə İrandan gətirilən məhsullarda bahalaşm

15 noyabr
.

Deputat Ağalar Vəliyevin oğluna məxsus "Kristal Bakı" vətəndaşları aldadır?

Ölkənin aparıcı tikinti şirkətlərindən biri olan "Kristal Bakı" ASC (VÖEN - 3103396091) satışa çıxardığı mənzilləri alıcılara fərqli qiymətlərlə təqdim edir. "Real Azərbaycan" xəbər verir ki, şirkətin rəsmi saytı - " vasitəsilə satışa çıxarılan mənzillərin aylıq ödəniş məbləğlər

16 noyabr
.

Xəzər dənizinin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir

Xəzər dənizinin sahilboyu ərazilərində davamlı inkişafın və ekoloji sabitliyin təmin edilməsi ilə bağlı idarəetmə və nəzarət sahələrində iştirak edən dövlət orqanlarının koordinasiyalı fəaliyyətinin təşkili, bu sahədə səmərəliliyin və çevikliyin artırılması, rəqəmsal idarəetmə modellərinin tətbiq edilməsi

17 noyabr
.

Bu ərazilərə qar yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit yağıntılı və küləkli hava şəraiti davam edir. Bəzi dağlıq ərazilərdə - Altıağac, Xınalıq, Qrız, Quba, Qusar, Şahdağ, Kəlbəcər, Laçın və Qubadlıda arabir qa

16 noyabr
.

Azərbaycançılıq ideologiyası - milli birliyimizin, dövlətçilik ənənələrimizin və müstəqilliyimizin ideoloji təməli

"Azərbaycançılıq ideologiyası xalqımızın milli kimliyini, tarixi yaddaşını, mənəvi dəyərlərini, dövlətçilik ənənələrini və müstəqillik məfkurəsini özündə birləşdirən fundamental ideoloji konsepsiyadır. Bu ideologiya Azərbaycan xalqının vahid milli amal ətrafında birləşməsini, dövlətə sədaqətini

16 noyabr
.

"20 Yanvar"da qəza - Motosikletçi öldü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında qeydə alınıb. Hadisə zamanı avtomobil motosikletlə toqquşub. Nəticədə motosikleti idarə edən şəxs hadisə yerində ölüb

17 noyabr
.

Gürcüstanda azərbaycanlı gəncin meyiti tapıldı

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda faciəvi hadisə baş verib. "Qafqazinfo" yerli mediaya istinadən xəbər verir ki, rayonun Təzəkənd kənd sakini 26 yaşlı Emil Məmmədovun meyiti yaşadığı evdə tapılıb. Onun ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Gürcüstanı

16 noyabr
.

Güclü küləkdə paytaxtda 32 ağac sınıb - Fotolar

Noyabrın 15-i axşam saatlarından başlayaraq paytaxtda əsən güclü külək nəticəsində ümumilikdə 32 ağac sınıb, 36 ağacın isə budaqları qırılıb. xəbər verir ki, bu barədə Baki Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda ötən gündən etibarən müşahidə olunan gücl

16 noyabr
.

Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar

"Beautytime" salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyevanın təqsirləndirilən şəxs qismində cəlb olunduğu işlərdən biri yekunlaşıb. "Unikal"a istinadən xəbər verir ki, xüsusi ittihamçı Röyal Masiyevin şikayəti əsasında Könül Həmzəyevanın Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayə

16 noyabr