Xətaidə sakinlərin kabusu olan qonşular: Əşyaları pəncərədən atır, evdə tonqal qalayırlar - VİDEO
Paytaxtın Xətai rayonu, Məhəmməd Hadi, 66 küçəsində yaşayan sakinlərə uzun illərdir qonşuları rahat yaşamağa imkan vermirlər. Çoxmərtəbəli binanın 11-ci mərtəbəsində yaşayan ana və qızı, deyilənə görə, psixoloji problemlərdən əziyyət çəkir. Onlar mütəmadi olaraq evlərindən əşyaları yerə atır, hətta yaşadıqları evdə ocaq qalayırlar.
Oxu.Az xəbər verir ki, mövzu ilə bağlı ATV telekanalı videomaterial hazırlayıb.
Baş verənlərdən şikayətçi olan bir sakin məsələni belə şərh edib: "İki ildən çoxdur bu proses başlayıb. Hər gün, demək olar ki, davam edir, xüsusən də gecə saatlarında. Elə olub ki, evdə tonqal da yandırıblar. Fövqəladə Hallar Nazirliyi vaxtında tədbir görməsəydi, bəlkə binada partlayış da baş verə bilərdi. Polis orqanlarına, Səhiyyə Nazirliyinə məlumat verilib. Hələ bir tədbir görən yoxdur".
Müsahibə zamanı 11-ci mərtəbədə yaşayan qızın pəncərədən yarıya qədər çölə çıxdığı və hər an yerə düşmə təhlükəsinin olduğu bildirilib. Təhlükənin vaxtında qarşısını almaq üçün Daxili İşlər Nazirliyinin "102" zəng mərkəzinə məlumat verilib. Əraziyə Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsinin əməkdaşları gəliblər. Mənzilə baxış keçirilib və iki nəfərin birgəyaşayış qaydalarını pozması faktı təsdiqini tapıb.
Sonra polis əməkdaşları tərəfindən 1956 və 1984-cü il təvəllüdlü iki qadın mənzildən çıxarılıb. DİN-in mətbuat xidmətindən məlumat verilib ki, ana və qızının ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 577 Tarix: 24 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"SAB"ın kəsmiyi xarab çıxdı - VİDEO
Sosial şəbəkələrdə yerli qida istehsalçılarından birinin məhsulu ilə bağlı növbəti narazılıq işıqlandırılıb. "Yeni Sabah" xəbər verir ki, "Müştəriyəm, şikayətim var" qrupunda Əminə Abdullayeva adlı vətəndaş "Sab" markasına aid kəsmik məhsulunun qablaşdırması ilə tərkibini
16 sentyabrAzərbaycanda abortların sayı ilə bağlı DƏHŞƏTLİ STATİSTİKA
Azərbaycanda abortların sayı kəskin artıb. -a istinadən xəbər verir ki, son 15 ildə Azərbaycanda abort halları 30% artıb. Belə ki, ötən il Azərbaycanda 95 875 doğuş və 95.1 min abort qeydə alınıb. Bununla da ölkədə hər 100 doğulan körpəyə 99 abort faktı düşür. Maraqlıdır ki, 2010-cu ildə bir milyonda
16 sentyabrÖtən gün avtobuslara 2 milyon sərnişin minib - Rekord
Yeni tədris ili ilə əlaqədar avtobuslarla rekord sayda səfər olub. xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirilib ki, 15 sentyabr 2026-cı ildə Bakı üzrə 2 milyondan çox sərnişin daşınıb. "Bu ötən ilin eyni günü ilə müqayisədə 300 00 sərnişin (+18%) artıq deməkdir"
16 sentyabrAlla Axundova vəfat etdi
Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, ssenarist, şair, tərcüməçi Alla Axundova vəfat edib. xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Abuzər Bağırov məlumat verib. Qeyd edək ki, Alla Axundova 1939-cu ildə Moskvad
17 sentyabrTələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq
"TələbəPlus" vasitəsilə tələbələrə yeni üstünlük təqdim olunub. "Qafqazinfo" xəbər verir ki, belə ki, artıq tələbələr "BakıKart" üzrə gediş haqqını "TələbəPlus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. Bonus həm fiziki "TələbəPlus" kartı, hə
16 sentyabrSabah 35° isti olacaq
Sentyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal
16 sentyabr