Dənizdə batan Pərviz Məcidovun atası: Bir-birini xilas etmək istəyiblər, hamısı boğulub
Ötən gün Mərdəkan qəsəbəsi ərazisində dənizdə boğulan dörd nəfərdən biri - Məcidov Pərviz Zöhrab oğlunun axtarışları davam etdirilir.
P.Məcidovun atası Zöhrab Məcidov Teleqraf-a açıqlamasında bildirib ki, oğlu üzməyi bilməyib.
Onun sözlərinə görə, sonuncu dəfə Pərviz dayısı Namiq Əzimov, həmçinin qohumları Elnur və Elmarla birlikdə dəniz kənarında kabab bişiriblər. Onlar spirtli içki qəbul etməyiblər. Bundan əlavə, Namiqin iki azyaşlı övladı da onların yanında olub.
Yeməkdən sonra Elnur Məcidov qayalıq ərazidə dənizə girib. Bir müddət sonra boğulmağa başlayıb. Bunu görən azyaşlılar kömək üçün ataları Namiqə müraciət ediblər. Dərhal Pərviz və Elmar Elnuru xilas etmək üçün suya giriblər. Lakin onlar da müvazinətlərini itirərək boğulmağa başlayıblar.
Hər üç şəxsi xilas edəcəyi ümidi ilə Namiq də suya baş vurub. Nəticədə dörd nəfərin hamısı dənizdə boğulub.
Zöhrab Məcidov bildirib ki, onun dörd övladı var və Pərviz övladlarının ən böyüyü idi:
"Onun çox arzuları vardı…"
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili Teleqraf-a bildirib ki, qurumun əməkdaşlarından ibarət üç axtarış qrupu hazırda axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.
Onun sözlərinə görə, ərazidə sualtı axınların müxtəlif istiqamətləri nəzərə alınaraq ətraf sulardakı xilasetmə məntəqələrinin dalğıc-xilasediciləri də axtarışlara cəlb olunublar.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 562 Tarix: 24 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"SAB"ın kəsmiyi xarab çıxdı - VİDEO
Sosial şəbəkələrdə yerli qida istehsalçılarından birinin məhsulu ilə bağlı növbəti narazılıq işıqlandırılıb. "Yeni Sabah" xəbər verir ki, "Müştəriyəm, şikayətim var" qrupunda Əminə Abdullayeva adlı vətəndaş "Sab" markasına aid kəsmik məhsulunun qablaşdırması ilə tərkibini
16 sentyabrAzərbaycanda abortların sayı ilə bağlı DƏHŞƏTLİ STATİSTİKA
Azərbaycanda abortların sayı kəskin artıb. -a istinadən xəbər verir ki, son 15 ildə Azərbaycanda abort halları 30% artıb. Belə ki, ötən il Azərbaycanda 95 875 doğuş və 95.1 min abort qeydə alınıb. Bununla da ölkədə hər 100 doğulan körpəyə 99 abort faktı düşür. Maraqlıdır ki, 2010-cu ildə bir milyonda
16 sentyabrÖtən gün avtobuslara 2 milyon sərnişin minib - Rekord
Yeni tədris ili ilə əlaqədar avtobuslarla rekord sayda səfər olub. xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirilib ki, 15 sentyabr 2026-cı ildə Bakı üzrə 2 milyondan çox sərnişin daşınıb. "Bu ötən ilin eyni günü ilə müqayisədə 300 00 sərnişin (+18%) artıq deməkdir"
16 sentyabrAlla Axundova vəfat etdi
Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, ssenarist, şair, tərcüməçi Alla Axundova vəfat edib. xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Abuzər Bağırov məlumat verib. Qeyd edək ki, Alla Axundova 1939-cu ildə Moskvad
17 sentyabrTələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq
"TələbəPlus" vasitəsilə tələbələrə yeni üstünlük təqdim olunub. "Qafqazinfo" xəbər verir ki, belə ki, artıq tələbələr "BakıKart" üzrə gediş haqqını "TələbəPlus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. Bonus həm fiziki "TələbəPlus" kartı, hə
16 sentyabrSabah 35° isti olacaq
Sentyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal
16 sentyabr